26 May 2026 19:43
182
SİYASƏT
A- A+
Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü münasibətilə mayın 25-də Riqada “Zuzeum” incəsənət muzeyində Heydər Əliyev Fondu və Azərbaycanın Latviyadakı səfirliyinin birgə təşkilatçılığı ilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Latviyanın səhiyyə naziri Hosam Abu Meri, Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini İvars Lasis, Dövlət Gəlirlər Xidmətinin Baş direktoru Bayba Şmite-Roke, Milli Gömrük Şurasının direktoru Raymonds Zukuls və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 28 May-Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 108-ci ildönümünün qeyd edildiyini və bu münasibətlə MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan danışıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan bəhs edərək, onun mütərəqqi qanunlar qəbul etdiyini, qadınlara seçki hüququ verdiyini və güclü milli dövlətçilik şüuru yaratdığını qeyd edib. O, 90-cı illərin əvvəlində yenidən müstəqillik qazanan zaman böyük çətinliklərlə qarşılaşan ölkəmizin Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dayanaqlı sülh, regional əməkdaşlıq, bağlantıların təşviq edilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həyata keçirdiyi siyasət barədə danışıb, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını qeyd edib.

E.Sultanov bu layihənin ərsəyə gətirilməsi və Latviyada həyata keçirilməsində göstərdiyi dəstəyə görə Leyla Əliyevaya dərin minnətdarlığını bildirərək, sərginin Latviyanın aparıcı muzeylərindən biri olan “Zuzeumda” təqdim olunmasından məmnunluğunu bildirib.

Latviyanın səhiyyə naziri Hosam Abu Meri hökuməti adından Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb. O, Leyla Əliyevanın layihənin konsepsiyasına qatdığı fəlsəfəni yüksək qiymətləndirib və nümayiş etdirilən əsərlərə heyran qaldığını bildirib.

“Zuzeum” incəsənət muzeyinin yaradıcısı Yanis Zuzans sərginin əhəmiyyətindən danışıb. O, bu sərginin iki ölkənin incəsənət xadimləri arasında yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə, Azərbaycanın Latviyada daha da tanıdılmasına və qlobal ətraf mühit problemlərinin həllin zəruriliyinə diqqətin cəlb edilməsinə xidmət edəcəyini söyləyib.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi “Zuzeum” incəsənət muzeyində avqustun 30-na kimi davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb  

23:21
26 May

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşüb

22:58
26 May

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir  

22:15
26 May

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib  

22:12
26 May

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB

21:36
26 May

Nazir: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

21:23
26 May

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur  

21:12
26 May

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub  

20:41
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb  

20:23
26 May

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan  

19:59
26 May

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan  

19:58
26 May

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən  

19:56
26 May

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən  

19:54
26 May

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

19:52
26 May

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

19:51
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

19:49
26 May

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

19:47
26 May

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır 

19:45
26 May

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

19:43
26 May

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub  

19:40
26 May

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

19:37
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!