05 Sentyabr 2024 08:25
572
SİYASƏT
A- A+
Revanşizm İrəvanı iflasa aparır

Revanşizm İrəvanı iflasa aparır

 

Ermənistanda kilsə təxribat yuvasına çevrilib

 

Ermənistanda Nikol Paşinyan hakimiyyətinin siyasətinə qarşı çıxan sabiq iqtidar təmsilçiləri yenidən qarşıdurma yaratmaqla ölkədə növbəti xaos formalaşdırmaq məqsədi güdürlər. Belə ki,  son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda keçmiş hərbi xuntanın revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. 
Proseslər göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək kilsəni də siyasi proseslərə qataraq ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bütün bunların fonunda Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Bu qarşıdurmada əsas motiv göründüyü kimi Qarabağ məsələsidir. 
Əsas revanşistlərdən olan bütün ermənilərin katolikosu II Qaregin Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirərək Eçmiədzin kilsəsinin Ermənistanda davam edən revanşizmin əsas ideoloqu olduğunu təsdiqlədi. O, 2 sentyabr "müstəqillik" mesajında  kimliklərini qoruduğunu və müharibənin fəlakətli nəticələrinə baxmayaraq, öz milli arzularını həyata keçirməyə çalışacaqlarını bildirib. Kilsənin erməni terroru və iddialarında əsas rol oynadığını nəzərə alsaq, Qareginin çağırışının Azərbaycan-Ermənistan sülh danışıqlarına ciddi problem yarada biləcəyi görünür. Paşinyan hakimiyyəti Qareginin mövqeyini qəbul etməsə də, kilsənin bu çağırışı erməni revanşizminin davam edəcəyindən xəbər verir. 
"Hraparak" nəşrinin yazdığına görə isə, Surp Anna deyilən kilsədə keşiş Baqratın çağırışı ilə toplaşmış haylar "Artsax günü" ilə bağlı növbəti yas tədbirində iştirak edib və həmin kilsəni özlərinin baş qərargahı kimi tanımağı qərara alıblar. Keşiş Baqrat deyib ki, əgər hakimiyyət buraya nə vaxtsa axtarış üçün polis, yaxud təhlükəsizlik xidməti əməkdaşı göndərərsə, müqəddəs məkan çirklənmiş olacaq. Sırf dini xurafat nümunəsi olan bu fikir artıq mətbuatda da yayılmağa başlayıb. Göründüyü kimi, ermənilərin müqəddəs Anna adlandırdıqları bu dini məkan da çoxdan terror, təxribat yuvasına çevrilib.
Son günlərdə İrəvanda xalqı Paşinyana qarşı qaldıranlardan, səsləndirdiyi fikirlərlə, açıqlamaları ilə yerli medianın diqqət mərkəzində yer alanlardan biri də sabiq baş nazir Qrant Baqratyandır. O da Ermənistanı növbəti vətəndaş qarşıdurmasına sürükləməyə çalışır. Məqsəd isə hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirməkdir. Baqratyan erməni diasporunun siyasətdəki ən ciddi fiqurlarından biridir. O, sülh prosesinin və Ermənistan - Türkiyə əlaqələrinin bərpasına qarşı sərt müxalif mövqe ortaya qoyur. 
Sosial şəbəkələrdə paylaşımlara görə, müxalifət düşərgəsində həbslərin aparılması planlaşdırılır və qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət indidən xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edəcəklər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin keçiriləcəyini bildirib. 
Beləliklə, müxalifət İrəvanda etirazlara başlayacağını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirir.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanı qarşıdakı dövr ərzində qanlı günlər gözləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

13:11
13 Mart

Çinin səfiri: Azərbaycan ÇXR Sədrinin qlobal təşəbbüslərini dəstəkləyir

12:43
13 Mart

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub  

12:13
13 Mart

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər verilib

12:10
13 Mart

Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

12:09
13 Mart

Ötən il 959 təhsil müəssisəsində cari təmir işləri aparılıb

12:08
13 Mart

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

12:01
13 Mart

Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib  

11:53
13 Mart

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq

11:51
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!