11 Dekabr 2024 08:50
184
SİYASƏT
A- A+
Revanşist keşiş yenidən "dirçəlir"

Revanşist keşiş yenidən "dirçəlir"


Baqrat Qalstanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışıb


Revanşistlərin Paşinyan hökuməti əleyhinə yenidən kütləvi etiraz aksiyalarına başlayacaqları gözlənilir. 

Diqqət ediləsi məqam isə aksiyalara yenidən din adamlarının başçılıq etməsidir. Xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin din xadimlərindən vasitə kimi istifadə etmələri açıq-aydın ortadadır.   

"Vətən naminə Tavuş" Hərəkatının başçısı, keşiş Baqrat Qalstanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışıb. Keşiş belə bir planlarının olduğunu gizlətməyib. 

O, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryana müraciət edərək onu açıq görüşə dəvət edib. Deyib ki, görüş zamanı Asryana sərhəddə baş verənlərlə bağlı ətraflı məlumat verəcək. O vurğulayıb ki, baş qərargah rəisinin çağırışa cavab verməməsi, onu sadəcə olaraq, yalnız vəzifə və pulun maraqlandırdığını göstərəcək.

Revanşist keşiş ötən günlərdə İrəvandakı "Respublika" meydanında "İradə" təşəbbüsünün oturaq aksiyasında iştirak edib. Qeyd edək ki, bu, Qarabağdakı keçmiş separatçı rejimin həbs olunmuş və hazırda barələrində ədalət mühakiməsinin çıxaracağı hökmü gözləyən "rəhbərlərinin" qaytarılmasına nail olmaq məqsədilə yaradılıb. Aksiyada çıxış edən keşiş Azərbaycanı düşmən adlandırıb. Deyib ki, "soydaşlarımızın hələ də düşmən həbsxanalarında olması sadəcə olaraq qəbuledilməzdir".

Bununla belə o, N.Paşinyanın başçılıq etdiyi ölkədə yaşayanların hər birinin həbsdə olduğunu sözlərinə əlavə edib: "Bu gün hər birimiz cəzaçəkmə müəssisəsindəyik, həbsdəyik və bunun ən yaxşı təsdiqi telefon söhbətidir. Bu o deməkdir ki, biz həbsdə yaşayırıq. Buna görə də həbsxanadan çıxıb azadlığımıza qovuşmalıyıq. Məndən tez-tez soruşurlar ki, bütün bunlar necə və nə vaxt bitəcək? Sizi inandırıram ki, bu, bizim çox vaxtımızı aparmayacaq. Biz bu yolla gedirik və bu yolda məqsəd qələbəmiz olmalıdır. Paşinyan iqtidarının yenilməz olmasına dair əfsanəni unudun".

Qeyd edək ki, Qalstanyan Paşinyan hakimiyyətinə qarşı bundan əvvəlki etirazlarda nəinki təhlükə törədə bildi, hətta ciddi həyəcan yaşatmağı belə bacarmadı. Az qala ölkəni qarış-qarış gəzsə də, ətrafına kifayət qədər adam toplaya bilmədi və axırda da müəyyən vaxtadək siyasi fasiləyə yollanmaq qərarını aldı. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə növbəti dəfə hərbi xuntanın və ona bənzər digər araqızışdıranların çevriliş etmək xəyalları erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir.  Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarladıb ki, onun xilası mümkün deyil.  Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti  çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşürlər ki,  böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da ölkədəki  daxili siyasi vəziyyət barədə danışıb. Xatırladıb ki, ölkədə növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir, amma 2025-ci ildə növbədənkənar seçkilərə də gedilə bilər. Eks-nazir onu da bildirib ki, Ermənistan müxalifəti növbədənkənar seçkilərə hazır deyil. O, müxalifəti növbədənkənar seçkilərə hazırlığa başlamağa çağırıb.

Oskanyan etiraf edib ki, Ermənistanda seçkilər yolu ilə iqtidar dəyişikliyinə nail olmaq həqiqətən çətindir. "Ermənistanın növbəti hökumətinin kim olacağı artıq müəyyən edilib və biz bunu 2018-ci ildə rəsmiləşdirmişik", - deyə pessimistcəsinə qeyd edən Vardan Oskanyan "müxalifət iş görməlidir" söyləyib.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

23:30
11 Dekabr

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib  

23:27
11 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

21:18
11 Dekabr

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

21:16
11 Dekabr

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib  

19:51
11 Dekabr

Həftəsonu Geminid meteor selinin piki olacaq

19:48
11 Dekabr

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

19:48
11 Dekabr

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

18:19
11 Dekabr

BMT: 2020-ci ildən bəri dünyada insan alveri qurbanlarının sayı 43% artıb  

17:54
11 Dekabr

Londonda fermerlərin etiraz aksiyası 

17:53
11 Dekabr

Olimpiya mükafatçımız ilin ən yaxşıları arasında

17:53
11 Dekabr

Olimpiya çempionu dünya rekordunu yeniləyib

17:52
11 Dekabr

Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatıb

17:50
11 Dekabr

Moldovada enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunacaq

17:49
11 Dekabr

Suriyada PKK/YPG terrorçuları TRT jurnalistlərinə hücum edib

17:48
11 Dekabr

“Sora” istifadəyə verilib

17:46
11 Dekabr

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

17:46
11 Dekabr

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

17:38
11 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

17:35
11 Dekabr

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

17:34
11 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

17:33
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!