11 Dekabr 2024 17:34
255
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli Liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb: “Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev ölkəmizin inkişaf tarixində yeni bir dövr başladıb və məhz onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində Sovetlər Birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb”.

Baş prokuror həmçinin vurğulayıb ki, həmin illərdə Ulu Öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub: “Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaqgörən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılan addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də və bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılan hər bir addımın, o dönəmdə verilən hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.

Belə ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü il mayında imzalanan Bişkek protokolu həmin dövrdə birmənalı qarşılanmasa da, tarix sübut etdi ki, müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaqgörənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.

Ulu Öndərin simasında biz bu qətiyyətin və uzaqgörənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir”.

Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, Ümummilli Liderin xatirəsinə həsr olunan “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

11:54
17 Yanvar

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

11:41
17 Yanvar

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

11:17
17 Yanvar

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

11:15
17 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

10:56
17 Yanvar

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir  

10:53
17 Yanvar

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

10:48
17 Yanvar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

10:42
17 Yanvar

“Azeri Light” markalı neft ucuzlaşıb

10:24
17 Yanvar

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

10:22
17 Yanvar

Roma Papası yıxılaraq qolundan zədələnib

10:06
17 Yanvar

Ruben Vardanyanın məhkəməsi başlayır

09:41
17 Yanvar

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır

09:35
17 Yanvar

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

09:31
17 Yanvar

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

09:19
17 Yanvar

Mifopoetik ənənələrdə çillələr

09:15
17 Yanvar

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

09:10
17 Yanvar

Bakı Limanı Xəzər regionunda əsas logistika qovşağı kimi fəaliyyətini genişləndirib

09:05
17 Yanvar

Cəbrayıl daha 153 sakinini qarşıladı

09:00
17 Yanvar

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

08:55
17 Yanvar

Paşinyan hakimiyyətini çətin günlər gözləyir

08:50
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!