22 Sentyabr 2025 12:01
373
CƏMİYYƏT
A- A+
Renson İnqonqa: Konstitusiya cəmiyyətin təməlini möhkəmləndirir  

Renson İnqonqa: Konstitusiya cəmiyyətin təməlini möhkəmləndirir  


Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd olunması dərin düşüncə üçün fürsətdir. 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlət suverenliyinə, birliyinə və qanunun aliliyi əsasında demokratik dövlətin qurulmasına sadiqliyin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bərabərlik, insan ləyaqəti, siyasi plüralizm və sosial ədalət prinsiplərini təsbit edərək Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunduğu cəmiyyətin təməlini möhkəmləndirir: "Sizin Konstitusiyanızın ən davamlı xüsusiyyətlərindən biri xalqın dövlət hakimiyyətinin mənbəyi kimi tanınmasıdır. Həmin fundamental prinsip idarəetmənin xalqın iradəsindən irəli gəldiyini, onun rifahı naminə həyata keçirildiyini təmin edir. Bununla sıx bağlı olan hakimiyyət bölgüsü Konstitusiya çərçivəsində aydın şəkildə ifadə olunub. Konstitusiya qanunvericilik səlahiyyətlərini Milli Məclisə, icra hakimiyyətini Prezidentə və hökumətə, məhkəmə hakimiyyətini isə məhkəmələrə verməklə, hakimiyyətin bir qurumda cəmləşməsini aradan qaldıraraq, nəzarət və tarazlığı təmin edir. Həmin doktrina sadə struktur quruluşu deyil. O, konstitusional demokratiyanın şah damarıdır. Bununla zəmanət verilir ki, qanunlar legitim əsasla qəbul edilsin, məsuliyyətli şəkildə icra olunsun və qərəzsiz şəkildə təfsir edilsin. Bu halda dövlət qurumlarına etimad güclənir, hökumətin hamının, yəni, həm çoxluq təşkil edənlərin, həm də azlıqda olanların xidmətində olmasını təmin edir. Konstitusiyada əsas hüquq və azadlıqların qorunmasına da xüsusi diqqət yetirilir. Qanun qarşısında bərabərlik, azadlıq və təhlükəsizlik, ifadə, vicdan və din azadlığı, habelə ədalət mühakiməsi hüququ Konstitusiyada təsbit olunur. Həmin təminatlar insan hüquqları üzrə Ümumdünya Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Razılaşmaya uyğundur və Azərbaycanı insan ləyaqətinin qorunmasına sadiq olan dünya ölkələri cərgəsinə qoşur. Prokurorlar kimi bizim rolumuz həmin konstitusional hüquqların sadəcə arzular deyil, yaşanmış reallıqlara çevirilməsini təmin etməkdə əsas hesab olunur. Hər bir cinayət mühakiməsində təqsirsizlik prezumpsiyasını dəstəkləməyə, ədalətli mühakimə hüquqlarını təmin etməyə və zərərçəkənlərin ləyaqətini qorumağa çalışmalıyıq. Beləliklə, ədalət konstitusionalizmin əməli ifadəsinə çevrilir. Ədalət təmin edir ki, Konstitusiya, sadəcə, mətn kimi oxunmalı deyil, həm də insanların gündəlik həyatında hiss olunmalıdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!