18 May 2025 08:10
473
SİYASƏT
A- A+
Regionda lider, qlobal səviyyədə söz sahibi olan dövlət

Regionda lider, qlobal səviyyədə söz sahibi olan dövlət


Azərbaycanın təşəbbüsləri beynəlxalq iqtisadi əməkdaşlıq proseslərini də stimullaşdırır


Azərbaycanın regionun lideri və aparıcı dövləti olmasını şərtləndirən amillər müxtəlifdir. Bunların sırasında respublikamızın uğurlu və çoxvektorlu xarici siyasət kursu, həm Avropa, həm Asiya dövlətləri ilə münasibətləri, regional və qlobal aktuallıq kəsb edən problemlərin həllinə verdiyi mühüm töhfələr xüsusilə qeyd edilməlidir.


Strateji yanaşmanın göstəricisi


Respublikamızın yalnız regiondakı güclü mövqelərə sahib olmasını deyil, beynəlxalq səviyyədə də söz sahibi kimi çıxış etməsini şərtləndirən siyasi-iqtisadi amillərdən biri Asiya ilə Avropanı, şimalla cənubu birləşdirən və əlaqələndirən strateji kommunikasiya bağlarına malik olmasıdır. Təsadüfi deyil ki, Azərbaycandan keçməklə şərqdən qərbə, şimaldan cənuba doğru uzanan nəqliyyat dəhlizləri qlobal rəqabətdə öz dominantlığını artıq təsdiq edir. 

Bu barədə söz açarkən ilk öncə Azərbaycan dövlətinin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakla bağlı uzaqgörən fəaliyyətini və strateji yanaşmasını xüsusi qeyd etməliyik.  Hələ 1998-ci ildə  Bakıda  tarixi İpək yolunun bərpasına həsr olunmuş konfransın keçirilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində iştirakına verdiyi böyük önəmin göstəricisi idi. Bu sahədə  gerçəkləşdirilən qətiyyətli və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı ideyadan praktik müstəviyə keçdi.

Bu siyasəti zamanın çağırışlarına uyğun olaraq dinamik şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya sektorunda mövqelərini daha da möhkəmləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, habelə respublikamızın daxilində digər nəqliyyat və logistika infrastrukturlarının inkişaf etdirilməsi  ilə Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, son illərdə ixracatını sürətlə artıran və dünya bazarlarına çıxışlar üçün yeni imkanların axtarışında olan Çin dövləti "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat yollarının əhəmiyyətini yüksək dəyərləndirir. Son illərdə möhkəmlənən Azərbaycan-Çin tərəfdaşlığının bir istiqamətini də Orta dəhliz üzrə əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyevin aprel ayında Çinin "Sinxua" agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Orta dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. 


Çoxvektorlu xarici siyasi kurs 


Avropa İttifaqı da ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini və eyni zamanda Azərbaycanın qlobal proseslərdəki rolunu başa düşməyə başlayıb. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Prezident İlham Əliyevlə görüşündə nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri respublikamızdan kifayət qədər uzaq məsafədə yerləşən Vyetnam dövlətinin də marağındadır. "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri Vyetnama ixracatını artırmağa imkan verə bilər.

Azərbaycan eyni zamanda həm regionda, həm də qlobal səviyyədə enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqeləri olan dövlətdir. Respublikamızın təşəbbüsləri və iradəsi ilə reallaşan enerji dəhlizləri bir çox dövləti bir-biri ilə əlaqələndirən polad körpülərdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycandan "qoca qitə"yə qədər 3500 kilometr məsafə qət edən "Cənub qaz dəhlizi" ölkəmizin qlobal proseslərdə yüksək iştirak səviyyəsindən xəbər verir.  Hazırda 10 Avropa dövləti, -  hansı ki onlardan 8-i Avropa İttifaqının üzvüdür, - enerji təhlükəsizliklərinin təmin olunmasına görə məhz Azərbaycana minnətdardırlar. 

Elə Azərbaycanın əməkdaşlıq əlaqələrinə olan sadiqliyinin, cənab Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olmasının nəticəsidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri, dünyanın ən böyük siyasi və iqtisadi güclərindən olan Çin Xalq Respublikası ilə respublikamız arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanmışdır. Bütün bunlar həm də Azərbaycanın uğurlu və çoxvektorlu xarici siyasətindən xəbər verir. 

Bütövlükdə, həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı regionun liderinə, qlobal səviyyədə söz sahibi olan dövlətə çevirib. Respublikamızın təşəbbüsləri və həyata keçirdiyi layihələr həm də beynəlxalq iqtisadi əməkdaşlıq proseslərini stimullaşdırır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

20:34
22 İyun

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

20:33
22 İyun

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

20:29
22 İyun

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

20:27
22 İyun

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

19:31
22 İyun

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

18:29
22 İyun

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

17:16
22 İyun

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

17:15
22 İyun

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!