24 May 2023 09:10
1145
SİYASƏT
A- A+
Regiona sülhü Azərbaycanın qətiyyəti gətirəcək

Regiona sülhü Azərbaycanın qətiyyəti gətirəcək

 

2020-ci il noyabrın 10-dan etibarən Vətən müharibəsinin diktə etdiyi yeni reallıqlar əsasında Ermənistan və Azərbaycan arasında normallaşmaya, sülh razılaşmasına dair aparılan danışıqlar bu il xeyli intensivləşib.
Belə ki, tərəflər arasında vasitəçilərin iştirakı ilə cari il mayın 1-dən 4-nə kimi Vaşinqtonda, 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Eləcə də iki ölkənin liderləri mayın 14-də Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə növbəti dəfə Brüsseldə üçtərəfli görüşdə sülh prosesini müzakirə ediblər. Sayca beşinci olan budəfəki Brüssel görüşü politoloqlar, siyasi şərhçilər tərəfindən Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində atılan addımlar baxımından xüsusilə nəticəyönümlü, məhsuldar hesab edildi. Azərbaycanın bölgədəki reallıqlara əsaslanaraq sülhlə bağlı diktə etdiyi şərtlərlə razılaşan Hayastan əvvəlki Praqa və Soçi görüşlərində olduğu kimi, mayın 14-də keçirilən görüşdə də Azərbaycanla sərhədlərin - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmasını rəsmən qəbul etməyə məcbur oldu. 
Sözügedən görüşün ən mühüm nəticələrindən biri isə iki ölkə arasında sülh sazişinin imzalanmasının yalnız Azərbaycanın irəli sürdüyü tələblərin yerinə yetirilməsi ilə mümkünlüyünü ortaya qoydu. 
10 noyabr üçtərəfli Bəyanatında da tövsif olunduğu kimi, ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə söykənən 5 baza prinsipi irəli sürüb və sülh müqaviləsi də yalnız bu tələblər yerinə yetiriləcəyi təqdirdə mümkündür. 

 

Sülh anlaşması beynəlxalq norma və prinsiplərə söykənməlidir

 

Azərbaycan 44 günlük müharibədə döyüş meydanında ədaləti güc yolu ilə təmin etdiyi kimi, postmüharibə dövründə də sülhə nail olunması üçün konstruktiv səy nümayiş etdirir. Mayın 22-də Litvada rəsmi səfərdə olan Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı da ümidlə vurğuladı ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. 
Dövlət başçısı xatırlatdı ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. 
Buna baxmayaraq, "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək", - deyə bildirən Azərbaycan Prezidenti onu da əlavə etdi ki, sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.
Vilnüsdə Litvanın Baş naziri xanım İnqrida Şimonite ilə görüşü zamanı da dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub. Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib. Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti də vurğulanıb. 

 

Ədalətli sülhə doğru 

 

Ümumiyyətlə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Cənubi Qafqazda davamlı sülhün əldə olunması naminə əməli addımlar atıb. Rəsmi Bakı sülh prosesi çərçivəsində baş tutan üçtərəfli görüşlərdə hər zaman sülh tərəfdarı olduğunu nümayiş etdirib. 
Eyni zamanda iki ölkə arasında normallaşmaya nail olunması üçün mühüm işlər görən Azərbaycan təkcə sözdə deyil, əməldə də barış tərəfdarı olduğunu nümayiş etdirib. Buna ölkəmizin üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri layiqincə və zamanından öncə yerinə yetirməsi də bariz göstəricidir. 
Hayastan isə faktiki olaraq ötən müddət ərzində sülh istiqamətində hansısa addım atmayıb, davamlı olaraq ölkəmizə qarşı təxribatlara əl ataraq danışıqlara maneçilik törətməyə çalışıb. Heç şübhəsiz, Hayastanı sülhü pozucu davranışlara həm də arxalandığı məkrli xarici havadarları təhrik edib, necə deyərlər şirnikləndirib. Lakin iki il yarım müddətdə ölkəmizə qarşı təxribatlar törədən və hər dəfəsində burnu ovularaq yerinə otuzdurulan Hayastan da, nəhayət, anlamağa başlayıb ki, heç bir xarici qüvvə ona kömək edə bilməz. Cənubi Qafqazda söz sahibi yalnız Azərbaycandır və onun bölgədəki reallıqlara, o cümlədən beynəlxalq qanunlara əsaslanan tələblərini qəbul edərək sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur. Elə buna görədir ki, Hayastan son Brüssel görüşündə Azərbaycanın şərtlərini qəbul etdiyini rəsmən təsdiqlədi. 

 

Hayastan üçün vaxt geriyə işləyir

 

Qarşıdakı yaxın müddətdə də iki ölkə arasında normallaşmaya nail olunması, sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan arasında vasitəçilərin iştirakı ilə mühüm üçtərəfli görüşlər planlaşdırılıb. 
Belə ki, mayın 25-də Moskvada, iyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə ölkə rəhbərləri səviyyəsində görüşlərin olacağı gözlənilir. 
Yarım il ərzində gerçəkləşən və qarşıda keçirilməsi gözlənilən üçtərəfli görüşlər də onu deməyə əsas verir ki, 2023-cü il Cənubi Qafqazda sülhün əldə olunması üçün atılan addımlar baxımından əlamətdar olacaq.
Bir məsələyə də xüsusi diqqət çəkək ki, Prezident İlham Əliyev hələ bu ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibəsində 2023-cü ili sülh üçün son şans kimi dəyərləndirib. 
Elə buna görə də İrəvan ona verilən qızıl vaxtdan düzgün istifadə etməli və danışıqlar prosesini süni əngəllərlə uzatmaq kimi məkrli cəhdlərindən əl çəkməlidir. Hayastan özü də yaxşı bilir ki, iki ölkə arasında normallaşmaya, ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhə xidmət edəcək sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!