05 Sentyabr 2024 09:05
572
İQTİSADİYYAT
A- A+
Qusar: davamlı dəstək, bərəkətli torpaq, zəhmətkeş kəndli

Qusar: davamlı dəstək, bərəkətli torpaq, zəhmətkeş kəndli

 

Üstəgəl, dupduru su və tərtəmiz hava... Bol və keyfiyyətli məhsul  yetişdirmək üçün əsas şərtlərdən olan bunların hamısı Qusarda var. O üzdən rayonda məhsuldarlıq getdikcə yüksəlir, kənd təsərrüfatının  rayonun iqtisadi inkişafında rolu artır.
Təbiətin verdiyi bütün imkanlardan səmərəli şəkildə bəhrələnən  qusarlılar həm yerli   bazarın  ərzaq  məhsulları ilə təmin olunmasına,  həm də ölkənin ərzaq  təhlükəsizliyinə  töhfələrini   davam etdirirlər. Dövlətin  hərtərəfli dəstəyi, eləcə də    yeni  texnika  və texnologiyaların tətbiqi ilə rayonda aqrar sektor ildən-ilə inkişaf edir. Bunun bir səbəbi də rayonda iqtisadi islahatların sürətlənməsi, ümumiyyətlə, kənd təsərrüfatına xüsusi diqqət verilməsidir. Sahənin qarşısında dayanan mühüm məsələlərlə bağlı vaxtaşırı tədbirlərin keçirilməsi bu məqsədə xidmət edir. 
Bu günlər yerli sahibkarların iştirakı ilə daha bir tədbir keçirilmişdir. Tədbir  rayonun Kuzunqışlaq kəndi ərazisində yerləşən iri meyvəçilik təsərrüfatı -   "Soyuzaqrokontrakt" MMC-nin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyırdı. Əslində, fermerlərlə görüş kimi təşkil olunan tədbirdə təsərrüfat haqqında geniş məlumat verilmişdir. Dövlətin göstərdiyi dəstək qeyd olunmuş, həyata keçirilən islahatlar və qarşıda duran vəzifələr haqqında danışılmışdır. 
 Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov meyvə yığımı prosesi, soyuducu anbar və kalibrlənmə xəttinin işi ilə tanış olmuş, məhsuldarlıq, məhsulun satışı və qiymətləri ilə maraqlanmış, təsərrüfat rəhbərləri ilə onları maraqlandıran məsələlər mövzusunda söhbət aparmışdır. "Soyuzaqrokontrakt" MMC-nin ərazisində tikilmiş 21 min  tonluq soyuducu anbara baxış zamanı rayon rəhbərliyinə və qonaqlara tikilinin funksiyası, iş üsulu və texniki göstəriciləri barədə məlumat verilmişdir.
Təşkil olunan  "Dəyirmi masa"  ətrafında isə rayon ərazisində fəaliyyət göstərən iri fermer və sahibkarlarla mövcud çətinliklər, problemlər, həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılmışdır.  Görüşə dəvət olunmuş "İSFA" MMC-nin təsisçisi, Qusar və Yevlax rayonlarında intensiv bağ və tingçilik təsərrüfatlarının rəhbəri Samir Xeyirbəyov, heyvandar fermerlər Sabir Fərzəliyev və Fikrət Ağamirzəyev, "Manner Azerbaycan" və "Ata-baba" MMC-nin direktoru Sudabə Orucova, kartofçu fermer Obayat Mirzağayev təsərrüfatları haqqında ətraflı məlumat vermiş, gələcək planları barədə fikirlərini və təkliflərini  bildirmişlər.
Sonda  görüş zamanı  səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi,  fermerlərin  və təsərrüfat rəhbərlərinin işində yeni qaydaların tətbiq ediləcəyi vurğulanmışdır.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!