27 Sentyabr 2025 08:10
391
SİYASƏT
A- A+
Qürur və xatirə günü

Qürur və xatirə günü


27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatları   Azərbaycan Silahlı Qüvvələrinin tam və qəti qələbəsi ilə başa çatdı. Xalqımızın qürur tarixinə çevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü dünyaya göstərdi - erməni işğalına son qoyuldu və ərazilərimiz bütövləşdi.      

1990-cı illərdən bəri davam edən işğal, eləcə də sülh danışıqlarının nəticəsiz qalması Azərbaycanın hərbi yolla torpaqlarını azad etmək qərarını şərtləndirdi. Rəsmi İrəvan uzun illər ərzində Azərbaycana qarşı düşmənçilik siyasəti aparırdı. Bu siyasət təkcə hərbi işğalla deyil, eyni zamanda ideoloji, siyasi və mədəni sahələrdə də həyata keçirilirdi. 

Hələ çar Rusiyası dövründə, xüsusilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvi erməni köçü təşkil olunmuşdu. Bu siyasət Rusiya imperiyasının regional maraqları çərçivəsində həyata keçirilirdi, bölgədə müsəlman əhalisini zəiflətmək və yeni etnik balans yaratmaq məqsədi daşıyırdı. Xalqımıza qarşı yönəlmiş bu düşmənçilik siyasəti artıq 200 ildən çox bir dövrü əhatə edirdi. Bu fakt erməni millətçilərinin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi ardıcıl siyasətin planlı, sistemli və uzunmüddətli xarakter daşıdığını göstərirdi. 

Tarixboyu, xüsusilə XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilir, etnik təmizləmələr aparılır, yerli əhali doğma yurdlarından sürgün olunur və mədəni irsimiz məqsədyönlü şəkildə məhv edilirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımıza məxsus toponimləri dəyişdirməyə başlamışlar. Məsələn, Xankəndinin adının dəyişdirilməsi, Şuşanın erməni şəhəri kimi təqdim olunması bu siyasətin  nümunələri idi.

Ermənilərin məskunlaşdığı bölgələrdə azərbaycanlılara qarşı təzyiqin müxtəlif  formaları geniş yayılmışdı. "Daşnaksütyun" partiyası XIX əsrin sonlarında yaranaraq ifrat millətçi və ekspansionist ideologiya ilə tanınırdı. Bu partiyanın əsas hədəfi "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi. Rusiya və Osmanlı imperiyalarının zəiflədiyi dövrlərdə - xüsusən 1905-1907-ci illər və 1918-1920-ci illər aralığında daşnak silahlı dəstələri Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirirdilər. Bu siyasət birbaşa erməni millətçiliyinin radikal qolu olan "Daşnaksütyun"un ideoloji xəttinə söykənirdi və nəticədə Azərbaycana qarşı düşmənçilik və işğalçılıq strategiyasına çevrilirdi.

Qondarma "dənizdən-dənizə Ermənistan" ideyası, yəni Qara dənizdən Xəzər dənizinədək uzanan "böyük Ermənistan" yaratmaq xülyası əsassız və təhlükəli bir etnik imperializm layihəsi idi. Bu ideya təkcə Azərbaycan üçün deyil, bölgədəki bütün qonşu xalqlar üçün təhdid idi. 1948-1956-cı illərdə SSRİ rəhbərliyinin qərarı ilə 150 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. 1987-1989-cu illərdə Ermənistandan daha 300 min azərbaycanlı zorla çıxarıldı, Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi də bu ideyanın tərkib hissəsi idi. Məqsəd təkcə Qarabağı deyil, Azərbaycanın digər ərazilərini də zəbt etmək idi. Bu sərsəm ideya ilə təkcə tarixi saxtalaşdırmağa deyil, müharibə və insan faciələrini legitimləşdirməyə çalışırdılar.

Sovet İttifaqının dağılması ilə yaranan boşluqdan istifadə edən Ermənistan xarici siyasi və hərbi dəstəyə arxalanaraq Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi. Bu işğal zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, mülki əhali qətlə yetirildi, dinc insanlar etnik təmizləməyə məruz qaldılar. Başlıbel, Ağdaban və Bağanis-Ayrım kimi kəndlərdə törədilən qətliamlar erməni silahlı qüvvələrinin sistemli və amansız cinayətlərini göstərir. Xocalı soyqırımı isə bu vəhşiliklərin zirvəsi oldu.

 Azərbaycan-Ermənistan münaqişəsində beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu 29 il ərzində hər hansı nəticə doğuran bir addım belə atmamış, işğalçı və işğala məruz qalan tərəflərə eyni mövqedən yanaşmışlar. Bu "neytrallıq", əslində, Ermənistanın maraqlarına xidmət etmiş, işğalın dondurulmasına səbəb olmuşdur. Beləliklə, "ikili standartlar" siyasəti Azərbaycanın ərazi bütövlüyünə qarşı səssiz razılıq kimi qiymətləndirilə bilər. 

Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin sülh, diplomatik yolla həlli üçün səbir və siyasi iradə nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz olaraq geri çəkilməsini tələb etsə də, icra olunmadı. Beynəlxalq ictimaiyyətin bu məsələdə təsirsiz və zəif reaksiyası işğalın uzunmüddətli olmasına şərait yaratdı. 

Sülh danışıqları aparıldığı illər ərzində Ermənistan təxribatlardan çəkinməmiş, təmas xəttində dinc azərbaycanlıları hədəfə almış və silahlı hücumlar və diversiya qrupları vasitəsilə vəziyyəti daim gərgin saxlamışdır. Bu təxribatlar Ermənistanın sülh istəmədiyini və münaqişəni dondurmaqla torpaqları əbədi işğal altında saxlamaq niyyətində olduğunu ortaya qoyurdu.

Lakin Azərbaycan xalqı işğalla heç vaxt razılaşmadı. Bu, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz hadisələrində və nəhayət, 44 günlük Vətən müharibəsində sübut olundu. Azərbaycan uzun illər ərzində sülh və danışıqlar yolunu üstün tutaraq beynəlxalq hüquqa sadiqlik nümayiş etdirmişdi. Lakin bu müddət ərzində Ermənistan tərəfindən işğalın davam etməsi, mütəmadi hərbi təxribatlar, 2020-ci il 27 sentyabr tarixində atəşkəsin kobud şəkildə pozulması Azərbaycan xalqının səbir kasasını daşdırmışdı.

Həmin gün Ermənistan silahlı qüvvələri yalnız hərbi mövqelərimizi deyil, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl kimi yaşayış məntəqələrimizi də artilleriya atəşinə tutaraq dinc əhaliyə qarşı növbəti təcavüz aktı həyata keçirdi. Bu hücumlar nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslər də həlak oldular. Cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Noyabrın 9-da Şuşa şəhərinin azad olunması ilə müharibənin taleyi həll edildi və Ermənistan kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bu sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan həm hərbi, həm də siyasi masada qələbəsini möhkəmləndirmiş oldu. 

Bu müharibə yalnız silah və texnika ilə deyil, xalqın ordusuna və dövlətinə olan sarsılmaz dəstəyi ilə qazanıldı. Müharibə dövründə "Öldü var, döndü yoxdur" şüarı xalqın qələbə əzmini, şəhidlərimizin və qazilərimizin ruhunu ifadə edən milli birlik simvoluna çevrildi. Azərbaycan xalqı bu 44 gündə bir yumruq kimi birləşdi, cəbhədə döyüşən əsgərin arxasında dayandı. Bu həm də milli iradənin, milli ləyaqətin və milli ruhun təntənəsi idi. 

44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə xalqın, ordunun və dövlətin vəhdətinin təntənəsi oldu. Bu zəfərin əsas memarları - qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz xalqımızın qürur mənbəyidir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə olan dərin ehtiramın ifadəsidir. 

Dövlət müharibədən sonra da öz qəhrəman övladlarını unutmur. Şəhid ailələri və qazilərə göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qələbənin əbədiləşdirilməsi üçün bir çox orden və medal təsis olunub. Bakıda salınan Zəfər Parkı və Memorial Kompleks həm şəhidlərimizin xatirəsini yaşatmaq, həm də qələbəmizi vizual və mənəvi olaraq nümayiş etdirmək baxımından mühüm layihədir.

Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, birlik və əzm sayəsində tarix yazdı. Qazanılan Zəfər yalnız bir döyüşün yox, əsrlərlə davam edən ədalət mübarizəsinin qələbəsidir və o, hər bir azərbaycanlının qəlbində yaşayır, gələcəyə inam bəxş edir.


Sevil MİKAYILOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!