30 İyul 2025 09:11
442
İQTİSADİYYAT
A- A+
Quruculuğun coğrafiyası 300 kilometr yol, 21 təhsil ocağı, 19 səhiyyə mərkəzi

Quruculuğun coğrafiyası 300 kilometr yol, 21 təhsil ocağı, 19 səhiyyə mərkəzi

 

Tariximizin ən ağrılı səhifələrindən biri olan Qarabağ həsrəti artıq geridə qalıb. 2020-ci ildə qazanılan şanlı Zəfər təkcə torpaqlarımızın azad olunması deyil, həm də Böyük qayıdışın başlanğıcı oldu. İllərin sükutundan sonra  regionda torpaqlar dirçəlir, yaşayış bərpa edilir.

Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın əsasını təşkil edir və artıq bu proses real nəticələr verməyə başlayıb. Yol infrastrukturundan tutmuş məktəb və xəstəxanalara, yaşayış komplekslərindən enerji təchizatına qədər atılan hər addım, icra olunan hər layihə doğma torpaqlara işıq və ümid verir, gələcək qurur. Bütün dünya görür ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən Böyük qayıdış  ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarındandır. Beş milli prioritetdən biri kimi qəbul olunan bu qayıdış  təkcə məcburi köçkünlərin doğma torpaqlarına dönməsi deyil, həm də bölgənin tamamilə yenidən dirçəldilməsi deməkdir. Müasir infrastruktur yaradılır, yeni yollar, enerji xətləri, sosial obyektlər və yaşamaq üçün əlverişli şərait qurulur, şəhərciklər tikilir, kəndlər salınır. Hər daşında tarix, hər nəfəsində Vətən həsrəti olan bu torpaqlarda indi həyat qaynayır. Proses təkcə regional dirçəliş deyil, həm də Azərbaycanın bir dövlət kimi gücünü, iradəsini və gələcəyə olan inamını əks etdirən böyük bir qayıdışdır.

Bu günlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər. İİTKM-in nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun Həsənriz və Vəngli kəndləri, Kəlbəcər şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Bəylik kəndləri, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndləri, Zəngilan şəhəri, Zəngilan rayonunun Ağalı, Cahangirbəyli və Məmmədbəyli kəndlərində icra olunan tikinti, yenidənqurma və bərpa işlərinə, həmçinin kommunikasiya, infrastruktur və digər obyektlərə yerində baxış keçirilib. Eyni zamanda nümayəndə heyəti Ağdam Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, "Qozlukörpü" və "Çaykənd" su-elektrik stansiyaları, "Təkəqaya" və "Ağçay" kiçik su-elektrik stansiyaları, "Şəfəq" Günəş- Elektrik Stansiyası və Cəbrayıl rayonunda yerləşən "Tingçilik və Təlim-Tədris Mərkəzi"ndə görülmüş işlərlə yaxından tanış olub.

İİTKM nümayəndələrinin səfəri zamanı əldə olunan təəssüratlar bir daha göstərdi ki, Böyük qayıdış kağız üzərindəki plan deyil, bölgədə  real bərpa işləri həyata keçirilir. İnfrastrukturun qurulması və sənaye imkanlarının genişləndirilməsi ilə paralel əhalinin mərhələli şəkildə geri dönüşünə də şərait yaradılır. Əsas məqsəd  keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və onların rahat, təhlükəsiz şəkildə məskunlaşmasıdır. Fakt  görülən işlər nəticəsində təkcə 2025-ci ilin iyuluna qədər 15 mindən çox insan doğma torpaqlarına qovuşub. Bu, Böyük qayıdışın real nəticələrindən yalnız biridir. Hazırda burada 50 min nəfərdən artıq əhali yaşayır. Bu rəqəmlər hər birimizin qürur mənbəyidir. Çünki bu, yalnız qayıdış deyil, həm də torpaqlarımızda yeni nəfəs, yeni həyat deməkdir.

2025-ci ilin birinci yarısına olan bu məlumatlar prosesin necə genişmiqyaslı və sistemli şəkildə irəlilədiyini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində görülən tədbirlər insanların gündəlik həyatına birbaşa təsir edir. Dövlət proqramı çərçivəsində bir sıra əhəmiyyətli layihələr icra olunub. Artıq 1 ali, 14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil ocaqları nəinki gənc nəsil yetişdirəcək, həm də  bölgənin intellektual potensialının formalaşmasında mühüm rol oynayacaq.

Sağlam gələcək sağlam bünövrədən başlayır. Buna görə də səhiyyə infrastrukturunun yaradılması Böyük qayıdışın əsas istiqamətlərindən biridir. Yeni tikilən xəstəxanalar, tibb məntəqələri və müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisələr əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığını təmin etməklə yanaşı, bölgələrə peşəkar tibbi kadrların cəlb olunması və gələcək fəaliyyətləri  üçün şərait yaradır. 19 səhiyyə müəssisəsinin fəaliyyətə başlaması, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinika  deyilənlərin sübutudur. Səhiyyə ilə bağlı görülən işlər  işğaldan azad olunmuş ərazilərdə yaşayan və buraya qayıdacaq əhali üçün etibarlı tibbi xidmətin təminatından xəbər verir.

Ərazilərin fiziki və iqtisadi birləşdirilməsi isə keyfiyyətli yol infrastrukturu ilə mümkün olur. 2025-ci ilin birinci yarısında 300 kilometrdən artıq avtomobil yolunun tikintisi tamamlanıb. Bu yollar təkcə məntəqələri bir-birinə bağlamır, həm də insanları doğma yurdlarına, öz köklərinə qovuşdurur. Onlar bölgəyə iqtisadi nəfəs gətirir, investisiyaların və xidmətlərin axınını təmin edir, kənd təsərrüfatının, sənayenin və turizmin inkişafına təkan verir, regionun potensialını üzə çıxarır. Yol infrastrukturu sayəsində həm yerli əhali, həm də sahibkarlar üçün yeni imkanlar yaranır, bazarlara çıxış asanlaşır.

Bütün bu sadalananlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində güclü və dayanıqlı həyat mühitinin yaradıldığını sübut edir. Böyük qayıdış sadəcə əhalinin doğma yurdlarına qayıdışı deyil, həm də mədəniyyətin, tarixin, iqtisadiyyatın və sosial həyatın yenidən dirçəldilməsidir. Bu gün səslənən rəqəmlər sabahın reallıqlarıdır. Və bu reallıqlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda həyat planlı, düşünülmüş və möhkəm təməl üzərində qurulur.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!