23 Oktyabr 2024 16:57
783
İDMAN
A- A+
Qurban Qurbanov: “Klubda ən məsuliyyətli şəxs mənəm, utanmırıq, çəkinmirik”  

Qurban Qurbanov: “Klubda ən məsuliyyətli şəxs mənəm, utanmırıq, çəkinmirik”  

"Qarabağ" Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində sabah Bakıda "Ayaks"ı qəbul edəcək. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov magtçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çox vacib oyundur. Tanınmış kluba qarşı, "Ayaks" kimi dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. "Ayaks"a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün avantajdır. Nəticədən asılı olmayaraq belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq. Hazırlaşmaq üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

- Zədəlilərlə bağlı problem var?

- Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdular. Müalicə alırlar.

- İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz, yoxsa onlara sıradan matç kimi təqdim edəcəksiz?

- Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Bizim hətta azyaşlı futbolçularımız görəndə ki, bu cür böyük klublar Azərbaycana gəlir... Valideynləri görəndə də, Bakıya gəlir, istər-istəməz futbola sevgini, inamı çoxalda bilər. Ona görə bu cür fikir bildirirəm. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqdan, böyük məğlubiyyətlərdən çəkinməli deyilik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinməməliyik. Bunlar olduqda, inanıram ki, qarşıda daha da yaxşı kollektiv görə, tez inkişaf edə bilərik. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.

- Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması, nə qədər rahatdır?

- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq. Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə bütün oyunçuların sağlam olması çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım. Milli dönəmdə də 9-10 əsas oyunçu olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cürə yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla birlikdə hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Düşüncələrimizi yerinə yetirmək üçün hazır olması məni həmişə sevindirir. Buna görə də uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması məni sevindiridi.

- Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?

- Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər bəlkə orada məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti bəlkə də onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.

- Aleksey Kaşukun hazırlıq durumu imkan verir ki, "Ayaks"la matçda daha çox meydanda olsun?

- Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

- Keçmiş futbolçunuz Raydel Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurabnov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsüz ki, legionerlərdən mental olaraq tələbkarlıq onlarda diskomfort yaradır?

- Klubda ən məsuliyyətli şəxs mənəm. Mənim üçün hər bir futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Ətrafımda axşam saatlarında oralarda olmayanlardır(gülür). Gecəyə qədər olan adamlardır. Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir necə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Aşağı salmaq üçün söz vermişdi. Çəkisi çox olurdu, bəzən üstündən keçirdim(gülür). Biz bəzən futbolçuların şikatəyini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur... Amma müəyyən müddət keçəndən sonra anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, ilboyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Bu gün ələlxüsus da cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmirlər. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. Bir-iki məğlubiyyət komandaya inamsızlıq, güvənsizlik yaradır. Sizlər, azarkeşlər və bəlkə də rəhbərlik tərəfdən. Hamı qalib gəlmək istəyir. Futbolçularıma nə qədər bəzi anlarda sərt olsam da, onların dostuyam, həmişə yanlarındayam. Problemləri olanda istənilən saatda onların yanında olmağa hazıram. Özümdən bunu tələb edirəm, sonra futbolçulardan. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Onları ən çox istəyən, uğur əldə etmələrini istəyən birinci şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir. Amma aysberqin görünməyən tərəfləri var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Yaxşı olmaları üçün bəzən xoşları gəlməsə də, onlardan bunu tələb edəcəm.

- Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?

- Bu il turnir fərqli formatdadır. İki oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım yox deyil, var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq. Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımız sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-off-a çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!