27 Avqust 2025 08:05
818
SİYASƏT
A- A+
Qlobal nüfuzun növbəti təsdiqi

Qlobal nüfuzun növbəti təsdiqi


Donald Trampın şəxsi imzası ilə İlham Əliyevə hədiyyə etdiyi fotoşəkillər və üzərində yazdığı xoş sözlər ABŞ Prezidentinin dövlətimizin başçısına olan yüksək ehtiramının təcəssümüdür


Dövlətin inkişafı, beynəlxalq nüfuzunun, o cümlədən xalqın rifahının yüksək olması müxtəlif siyasi və sosial-iqtisadi amillərlə yanaşı, həm də ona rəhbərlik edən şəxsin siyasi, mənəvi və liderlik keyfiyyətləri ilə birbaşa əlaqəlidir. Lideri güclü olan dövlətə dünyada da ehtiramla yanaşırlar. Rəhbər qətiyyətli olanda dövlət qarşısında dayanan bütün milli məqsədlərə çata bilir.


Donald Tramp: "İlham, siz böyük lidersiniz!"


Güclü liderlərin dövlətlərin taleyindəki tarixi xidmətləri barədə çoxsaylı misallar göstərmək mümkündür. Çağdaş siyasətdə bunun ən böyük nümunələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti və ona göstərilən yüksək beynəlxalq ehtiramdır. Bu günlərdə ABŞ Prezidenti Donald Trampın şəxsi imzası ilə Prezident İlham Əliyevə hədiyyə etdiyi tarixi fotoşəkillər və həmin fotoların üzərində yazdığı, "İlham, siz böyük lidersiniz!" və digər xoş sözlər bir daha dövlətimizin başçısının hörmətlə qarşılanan lider olmasının və yüksək beynəlxalq nüfuzunun təcəssümünə çevrildi. Qeyd edək ki, Prezident İlham Əliyev Donald Trampın hədiyyəsi ilə əlaqədar sosial media hesablarında paylaşım edib, təşəkkürünü bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə avqustun 7-8-də Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycanın siyasi-diplomatiya tarixinin ən mühüm hadisələrindən oldu. Bu səfər respublikamızı bir daha dünyaya yaxından tanıtdı, onun beynəlxalq nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi və Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesini hüquqi baxımdan gücləndirdi. Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açıldığını bəyan etdi: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi".


ABŞ Prezidentinin xoş sözləri real həqiqətlərə əsaslanır


Prezident İlham Əliyevin Vaşinqtonda Donald Tramp tərəfindən ən yüksək səviyyədə qarşılanması, olduqca səmimi ovqatda keçirilən görüşlər, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının verilməsi İlham Əliyevin ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Qeyd edək ki, bütün dövlət və hökumət başçıları Ağ Evdə belə səviyyədə qarşılanmır. ABŞ rəhbərliyi Ağ Evdə heç də hamıya bu cür səmimi münasibət göstərmir. Prezident Donald Tramp özü də etiraf etdi ki, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir. Vaşinqtonda Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması zamanı da Donald Tramp Prezident İlham Əliyev haqqında "Siz böyük lidersiniz" söyləməsi də diqqətdən yayınmadı.

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri zamanı ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması da bir daha dövlətimizin başçısına olan ehtiramdan xəbər verdi. Bu baxımdan ABŞ Prezidentinin sözügedən sərəncamı həm də rəmzi məna daşıdı.

Əlbəttə, bütün bunlar barədə fikir yürüdərkən ABŞ-nin əvvəlki administrasiyasının Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli münasibəti də unutmuruq. Bu qərəzin kökündə dayanan səbəblər bir tərəfdən, erməni sevgisi ilə bağlı idisə, digər tərəfdən, Bayden-Blinken cütlüyü Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə razılaşa bilmirdilər. Məhz onların rəhbərlikləri dövründə Azərbaycana, dövlətimizin başçısına təzyiq etmək, öz yolundan döndərmək üçün ən müxtəlif yollara əl atdılar. Hətta Baydenin hakimiyyəti dövründə Azərbaycandan rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə məhdudiyyət tətbiq olunmuşdu. Vaşinqtonda müxtəlif siyasi səviyyələrdə respublikamıza qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflər eşidilirdi.

Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti qarşısında niyyətlərinə çata bilmədilər. Bayden administrasiyasının anti-Azərbaycan fəaliyyətinin qarşısında rəsmi Bakı heç vaxt geri çəkilmədi və qətiyyətli siyasət yürüdərək milli maraq və mənafelərini layiqincə təmin etdi. 

ABŞ Prezidenti Donald Tramp isə Baydendən fərqli olaraq reallıqları düzgün dəyərləndirir. Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan, regionda və dünyada söz sahibi olan dövlət kimi tanınan, ərazilərini döyüş yolu ilə işğaldan azad edən Azərbaycan beynəlxalq akutal məsələlərin müzakirəsində yaxından iştirak edir. "Bizim sözümüz imzamız qədər dəyərlidir" deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, tərəfdaşlarına arxa durub. Elə buna görə Prezident İlham Əliyev dünyada sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən siyasi liderlərdəndir. ABŞ kimi supergücün rəhbərinin Prezident İlham Əliyevlə bağlı xoş sözlər söyləyərkən, əlbəttə ki, obyektiv və real həqiqətlərə əsaslanır, dövlətimizin başçısının liderlik keyfiyyətlərinə istinad edir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!