21 Noyabr 2025 19:02
471
CƏMİYYƏT
A- A+
Qlobal media mühiti sürətli transformasiya dövrü yaşayır

Qlobal media mühiti sürətli transformasiya dövrü yaşayır


D-8 Media Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə yüksək diqqət və qayğı göstərdiyinin bariz  nümunəsidir


"D-8 Media Forumunun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan bu günə qədər bir çox yerli və beynəlxalq tədbirin uğurlu təşkilatçısı kimi dünyada tanınıb. D-8 kimi mühüm quruma üzv ölkələrin media forumunun ölkəmizdə baş tutması Azərbaycanın həm də media sferasında ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunun göstəricisidir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, D-8-ə üzv olan ölkələrin 1,2 milyard nəfərə yaxın əhalisi var və dünyanın geniş coğrafiyasını birləşdirən təşkilatdır. Eyni zamanda qlobal çağırışlarla bağlı media forumunun keçirilməsi göstərir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də dünyada baş verən qlobal dəyişikliklərə önəm verir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətində qeyd etdiyi istiqamətlər çox vacibdir. "Xüsusən dezinformasiyaya qarşı  mübarizə, feyk nyuslar, dipfeyk tipli məlumatların yayımlanması, bundan başqa, süni intellektlə bağlı ortaq layihənin həyata keçirilməsi günümüzdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan forumun ölkəmizdə keçirilməsi Azərbaycanın yalnız iqtisadi, enerji, siyasi deyil, həmçinin media sahəsində təşkilata üzv ölkələrlə ortaq layihələrdə maraqlı olduğunun bariz göstəricisidir", - deyə o əlavə edib.

H.Heydərli qeyd edib ki, forumun panellərində dünyada media ilə bağlı məsələlərin müzakirəsi onu göstərir ki, Azərbaycan növbəti mərhələlərdə D-8-ə üzv ölkələrlə həm də media sahəsində əməkdaşlığı gücləndirəcək. Azərbaycan jurnalistləri üçün də bu forum bir "yol xəritəsi" olacaq. Təşkilata üzv ölkələrin bu sahədə fəaliyyət göstərən media qurumları ilə əlaqələrin qurulması çox önəmlidir. Sosial mediada gündən-günə artan dezinformasiyaların, saxta videoların qarşısının alınmasında həmin ölkələrin təcrübəsindən də istifadə etmək olar. Əslində, forum çərçivəsində həyata keçirilən "workshop"lar da buna istiqamətlənib. Azərbaycan jurnalistləri bu kimi istiqamətlərdə daha fəal şəkildə iş görə bilərlər.

Baş redaktor deyib ki, D-8 Media Forumunda qarşıya qoyulan əsas məqsəd üzv ölkələrin hər birində doğru, qərəzsiz, obyektiv məlumatların cəmiyyətə çatdırılması, eyni zamanda bu ölkələrin dezinformasiyaya qarşı birgə mübarizəsi prioritet istiqamətlərdir. 

H.Heydərli düşünür ki, Azərbaycan jurnalistləri bu sahədə təcrübələrini də üzv ölkələrin nümayəndələri ilə bölüşəcəklər: "Növbəti mərhələlərdə qlobal dəyişiklik fonunda Azərbaycanın da bu prosesə töhfə verdiyinin şahidi olacağıq. Əslində, ilk media forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə nə qədər diqqət və qayğı göstərdiyinin bariz  nümunəsidir. Hazırda qlobal media mühiti sürətli transformasiya dövrü yaşayır. İnformasiyanın istehsalı və yayılması sahəsində texnologiyanın inkişafı imkanlarla yanaşı, risklər də formalaşdırır. Prezident İlham Əliyevin ünvanladığı müraciətdə də əsas risklər önə çəkilib".

O vurğulayıb ki, son illərdə yayılan yalan məlumatlar, saxta xəbərlər, dipfeyk texnologiyaları və süni intellektdən sui-istifadə halları dünyada ciddi narahatlıq doğurur. Bu proseslər ölkələrin imicinə, daxili ictimai-siyasi sabitliyinə və beynəlxalq münasibətlərdə etimad mühitinə mənfi təsir göstərir. Nəticə etibarilə informasiya məkanında qeyri-müəyyənlik artır, cəmiyyət arasında çaşqınlıq yaranır, bütövlükdə qlobal təhlükəsizlik mühiti zəifləyir. Məhz buna görə də D-8 Media Forumunun qarşısında duran əsas vəzifələrdən biri doğru, qərəzsiz, məsuliyyətli informasiya mühitinin formalaşmasıdır.

H.Heydərli qeyd edib ki, üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın gücləndirilməsi dezinformasiyaya qarşı birgə mübarizənin ən effektiv yollarından biridir: "Bu əməkdaşlıq həm regionda, həm də qlobal səviyyədə daha sabit və şəffaf media ekosisteminin qurulmasına mühüm töhfə verə bilər. Növbəti illərdə forumun, verilən qərarların əhəmiyyətini üzv ölkələrin cəmiyyətlərinin fəaliyyətində aydın şəkildə görəcəyik. Bundan sonra digər üzv ölkələrdə keçirilən media forumlarında Azərbaycan jurnalistlərinin, media nümayəndələrinin də iştirakı gözlənilir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!