06 Yanvar 2026 11:43
215
İQTİSADİYYAT
A- A+
Qlobal iqtisadi böhran neftin qiymətinə necə təsir edir?  

Qlobal iqtisadi böhran neftin qiymətinə necə təsir edir?  


Dünya bazarında neftin qiymətinin enmə tendensiyasının davam etməsi geosiyasi amillərlə əlaqədardır. Buna bazarın neftlə həddindən çox təmin olunması ilə yanaşı, bir sıra qlobal xarakterli iqtisadi faktorlar da təsir edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq investisiya banklarının və təşkilatlarının proqnozlarını ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, bu il də neftin 1 barelinin qiyməti 58-60 dollar ətrafında sirkulyasiya edəcək. Bu proqnozlar neftin qiymətində azalma tendensiyasının davam edəcəyini deməyə əsas verir. ABŞ və Çində iqtisadi artımın yavaşlaması da böyük rol oynayan amillərdəndir.

“Global Market Intelligence” konsaltinq korporasiyasının hesabatına göstərilir ki, ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq siyasəti istehlak mallarının qiymət artımına gətirib çıxardı ki, bu da əhalinin alıcılıq qabiliyyətinə, iqtisadi dövriyyənin, sənayedə və kənd təsərrüfatı istehsalın azalmasına, nəqliyyat və tranzit sahəsində enerji qiymətlərinin artmasına səbəb oldu. Bütün bunlar şirkətlərin və dövlətin qənaət rejiminə keçməsi ilə müşahidə olunur. Bu proses enerjiyə olan tələbatı aşağı salır ki, nəticədə dünya bazarında neftin qiymətinə təsir edir.

Ötən ilin 11 ayı ərzində ABŞ-da 717 şirkət müflis olub ki, bu da 2024-cü illə müqayisədə 14 faiz artım deməkdir. Müflis olan şirkətlərin 110-u sənaye sahəsində fəaliyyət göstərən şirkətlər idi ki, bunun da nəticəsində 70 min iş yeri bağlandı. “Cornerstone Research” investisiya korporasiyasının hesabatında deyilir ki, müflis olan 17 şirkətin 1 milyard dollar borcu olub. “Spirit Airlines” (aviasiya şirkəti), “Nikola Corp” (elektrik yük avtomobilləri istehsalçısı), “iRobot” (robot tozsoran istehsalçısı) kimi şirkətlər satışlarda və ixracda problem yaşadıqlarına görə borclarını ödəyə bilmədilər və müflisləşmələri barədə məhkəməyə müraciət etdilər. Kreditlərin faiz dərəcəsi ilə inflyasiyanın artması şirkətləri gəlirlərdən məhrum etdi.

Yel Universitetinin professoru Cefri Zonnenfeld bildirib ki, bu şirkətlər ABŞ-ın gömrük rüsumu siyasətinə və bankların faiz dərəcəsini yüksəltməsinə təsir göstərə bilməyəcəklərini yaxşı başa düşürlər. Onlar bütün əlavə xərclərini alıcının üzərinə yükləyirlər ki, sadə alıcılar da artıq bu yükü daşıya bilmirlər.

“The Washington Post” qəzeti yazır ki, ABŞ-da rəqabətə davam gətirə bilməyən şirkətlərin müflisləşməsi qeyri-adi proses deyil. Hər il müflisləşmə qeydə alınır. Lakin ötən 15 il ərzində son 11 aydakı kimi 700-dən çox şirkətin müflisləşməsi qeydə alınmamışdı. Bu da ABŞ iqtisadiyyatında ciddi problemlərin mövcudluğunu göstərir.

Çin iqtisadiyyatında isə problemlər tamamilə başqa cürdür.

Çin iqtisadiyyatında son illərdə durğunluq və yavaşlama müşahidə olunur. Əsas səbəblər arasında ifrat istehsal, kəskin daxili rəqabət (xüsusən avtomobil sənayesində), istehlakın zəifləməsi və deflyasiya meyilləri var. Bu durum ümumi daxili məhsul (ÜDM) artımını zəiflədir. İlk növbədə qeyd etmək lazımdır ki, Çini geosiyasi rəqibi hesab edən ABŞ Prezidenti D.Tramp 2024-cü ildə Çindən idxal olunan mallara əlavə rüsumlar tətbiq edərək onun ixracına böyük zərbə vurdu. “Bloomberg” yazır ki, 2025-ci ildə əlavə rüsumlar Çin ixracının 20 faiz azalmasına səbəb oldu ki, bu da böyük rəqəmdir.

Çində istehlak mallarının həddən artıq istehsalı qiymətlərin ucuzlaşmasına, bu da istehsalın, ardınca isə ÜDM-in azalmasına səbəb olub. Avtomobil sənayesində fəaliyyət göstərən 130 şirkətin rəqabəti qiymətlərin çox ucuzlaşmasına səbəb olub. Bəzi avtomobil zavodları fəaliyyətlərini məcburi dayandırmalı olublar və 1 milyon iş yeri bağlanıb. Daha bir problem Çinin daşınmaz əmlak bazarında yaranıb. İstər paytaxt Pekində, istərsə də digər şəhərlərdə evlərin qiyməti kəskin aşağı düşüb.

“Wall Street Journal” yazır ki, Çinin “Shandong Chenming Paper” şirkəti həddən artıq kağız məhsulları istehsal edərək anbarları doldurub. Məhsulun satılması üçün şirkət qiymətləri endirərək 280 milyon dollar ziyana düşüb və müflisləşmə ərəfəsindədir.

Qlobal bazarda enerji daşıyıcılarının qiymətinə təsir göstərəcək bir fakt da ondan ibarətdir ki, Çin alternativ enerjiyə sürətlə keçid edir. Çinin Qobi səhrasında 7 min hektar ərazidə 6 milyon Günəş paneli quraşdıraraq 7,5 milyard kilovat elektrik enerjisi istehsal etmək gücünə malik olan Günəş elektrik stansiyası istismara verilib. Bu stansiya 2 milyon təsərrüfatı enerji ilə təmin etmək iqtidarına malikdir.

Göründüyü kimi dünya iqtisadiyyatında aparıcı rola malik olan 2 nəhəng dövlətdə yaranan böhranın maraqlı cəhətləri ondan ibarətdir ki, ABŞ-da inflyasiya, Çin də isə deflyasiya prosesi hökm sürür. Hər 2 halda istehsalçı, ixracatçı, idxalatçı şirkətlərə zərər dəyir, iqtisadi fəallıq, dövriyyə azalır, əhalinin alıcılıq qabiliyyəti zəifləyir və ümumi iqtisadi artım dayanaraq geriləyir. Bütün bu proseslər enerjiyə olan tələbatı hər ay azaldır. Müflisləşən və istehsalını azaldan şirkətlərin enerji istifadəsi də azalır. Neftayırma zavodları da sifariş almadıqda dünya bazarından xam neft alıb emal etmir.

İqtisadiyyatının əsas hissəsi neftdən asılı olan dövlətlər isə müxtəlif yollarla neft ixrac edib maliyyə resursları əldə etməyə can atırlar. Neft hasilatçıları nefti daha da ucuz qiymətə satmağa razıdırlar ki, neft quyuları bağlanmasın. Bu quyuların yenidən işə salınması böyük həcmdə maliyyə və texnologiyalar tələb edir.

Bu proseslər 2026-cı və 2027-ci illərdə dünya bazarında neftin qiymətinin sabit olmayacağını deməyə əsas verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!