13 Avqust 2025 08:17
398
SİYASƏT
A- A+
Qlobal diplomatiyada tarixi əhəmiyyət daşıyan uğur

Qlobal diplomatiyada tarixi əhəmiyyət daşıyan uğur


Amerikada əzəmətlə dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın haqqının, zəfərinin nə qədər ədalətli və bəşəri olduğunu bütün dünyaya göstərdi. 

Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın baş şəhəri sayılan Vaşinqtonda Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazıldı. Bütün dünyanın diqqət mərkəzində olan ABŞ-Azərbaycan rəhbərlərinin ikitərəfli görüşünün Vaşinqton sammitinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi xalqımızı ürəkdən sevindirdi. Sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi. 

Prezident İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mətbuata verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirərək bu günü tarixi hadisə hesab edir: "Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın birnömrəli paytaxtında, dünyanın birnömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq".

Bu uğurun tarixi əhəmiyyəti həm də ona görə böyükdür ki, xalqımızın 44 günlük Vətən müharibəsindəki, eləcə də birgünlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrinin məntiqi davamı nəhayət ki, sülh və barışla nəticələndi. 

Bütün dünyaya, tərəqqipərvər ictimaiyyətə yaxşı bəllidir ki, Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanması böyük diplomatik qələbədir.

İki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da ictimaiyyətdə rəğbətlə qarşılanmışdır. 

Bu görüşlər çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində bir sıra digər məsələlər də uğurla nəticələnib. Dünyanın tanınmış politoloqlarının, habelə bu sahə ilə məşğul olan tarixçi-alimlərin fikrincə, dövlətimizin başçısının səfəri zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin keçirilməsi, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması qlobal diplomatiyanın ən  uğurlu yekunudur.

Redaksiyamıza daxil olan müraciətlərdə, telefon zənglərində, sosial şəbəkələrdəki çıxışlarda hər kəs, xüsusən də ziyalılarımız bu görüşlərdən məmnun qaldıqlarını, habelə Ermənistanın ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihənin reallaşmasının sülh prosesinə böyük töhfələr verəcəyinə əminliklərini bildirirlər. Prezident İlham Əliyevin nikbin notlarla vurğuladığı kimi: "ABŞ-də süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq. Bu gün, həqiqətən də, bütün aspektlərdən - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik".

Dövlətimizin başçısı İlham Əliyev Vaşinqton görüşlərini çox əhəmiyyətli hesab edir: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir". 

Görüşdə Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi sözlər xalqımız tərəfindən fərəhlə qarşılanıb: "Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm". 

Ağ Evin rəmzi açarının dövlətimizin başçısına təqdim olunması yüksək etimadın və dostluğun ifadəsi hesab olunur. Bu açarı Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill İkinci Dünya müharibəsi zamanı ABŞ ilə sıx əməkdaşlığın simvolu kimi, Fransanın keçmiş prezidenti Şarl de Qoll Avropada müttəfiqlik münasibətlərinin rəmzi olaraq, həmçinin Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela demokratiya və insan haqları uğrunda mübarizəsinin tanınması məqsədilə alıb. Donald Tramp bu simvolik hədiyyəni daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və "SpaceX" şirkətinin rəhbəri İlon Maska təqdim edib.

Böyük fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur doğuran diplomatik uğurlardır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirdi. 

Prezident İlham Əliyev strateji gedişləri ilə təkcə 44 günlük müharibədə məğlub olan Ermənistanı yox, onun havadarlarını da diplomatik masada iflasa uğratdı.  Reallıq  ondan ibarətdir ki, Vətən müharibəsindən sonra Azərbaycan liderinin həyata keçirdiyi diplomatiyanı beynəlxalq münasibətlər elminin yeni cərəyanı - müharibədə və masada qələbənin necə qazanıldığının tərifi hesab etmək olar.

Bu diplomatik uğurları ilə Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, o, təkcə Cənubi Qafqazda iki yüz ildən artıq davam edən erməni vandalizminə son qoyulmasının yox, həm 44 günlük Vətən müharibəsinin qalibi, həm də böyük sülhün müəllifidir. 


Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!