15 Dekabr 2023 10:35
1087
Mədəniyyət
A- A+
Qızılbaş irsinin izi ilə…

Qızılbaş irsinin izi ilə…

 

"Qızılbaş" deyəndə istər-istəməz ilk xatırlanan, yada düşən Azərbaycan Səfəvilər dövlətinin ərazilərini genişləndirən, torpaqlarımızı birləşdirib mərkəzləşdirilmiş nəhəng Azərbaycan dövlətini yaradan tarixi şəxsiyyət Şah İsmayıl Xətai olur.
Xalqın tarixini və yaddaşını unutmayan insan özünü bu tarixin bir hissəsi kimi dərk edir. Əsrlərboyu vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərləri bölüşən milyonlarla insanı bir ideya ətrafında birləşdirən tarixi şəxsiyyətlər çox olub. Bu şəxsiyyətlər əbədiyaşarlıq ömrü qazanaraq  bir istinad mənbəyinə çevrilmişlər.
Şah İsmayıl Xətai böyük dövlət xadimi və sərkərdə, birləşmiş Azərbaycan dövlətini yaradan şəxsiyyət kimi yaddaşımızda əbədiyaşarlıq ömrü qazanan nadir insanlardandır. Şah İsmayıl Səfəvi xanədanını yaradan Ərdəbil şeyxləri nəslindəndir. Səfəviliyin Azərbaycanın mənəvi mühitinə gətirdiyi mübarizliyin, döyüşkənliyin və mənəvi zənginliyin mahiyyətini dərk etmək həm də Qızılbaşlığın mahiyyətini dərk etməkdir. 
Əslində, Şah İsmayılın tarixi yükünü mənsub olduğu mənəvi qaynaq müəyyənləşdirmişdir. Təsadüfi deyil ki, tarixi mənbələr Şah İsmayılın gücünü onun özündə yox, əsaslandığı və mənəvi güc aldığı Səfəviyyə təriqətində görmüşdür.
Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsini yazan Qızılbaş irsi həmişə tarixçilərin, elm adamlarının diqqət mərkəzində olan,  aktuallığını itirməyən mövzulardan olub. Azərbaycan Diasporuna Dəstək Fondunun və "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə" mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın iştirakçıları  xalqımızın tarixində önəmli yer tutan bu hərəkatın daha geniş coğrafiyada tədqiqi və elmi araşdırmaların daha geniş arealda yayılmasının vacib olduğundan bəhs etdilər. 
Konfrans iştirakçısı, Qızılbaş nəslinin nümayəndəsi, Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin professoru Ahmet Taşğın bizimlə söhbətində bildirdi ki, qızılbaşların dünyanın böyük bir hissəsində, İraqda, Suriyada, Əfqanıstanda, Pakistanda, Hindistanda, Yunanıstanda, Bolqarıstanda yaşayaraq fəaliyyət göstərmələrini təsdiq edən tarixi abidələr, türbələr, sərdabələr mövcuddur. Qızılbaşlıq xalqımızın qəhrəmanlıq tarixinin ən yaddaqalan şərəfli bir dövrünü əhatə edir.
"Qızılbaşlıq bir ideyadır" deyən Ahmet Taşğın bildirdi ki, ən cəsur oğullarımız, ölümdən qorxmayan qəhrəmanlarımız zamanında bu ideya ətrafında birləşərək böyük bir xanədan qurmuşdular. Xalqımızın qəhrəmanlıq tarixinin və ənənələrinin bərpa olunduğu bir zamanda dünyada olan qızılbaşların Bakıda bir araya gəlməsinin çox böyük rəmzi mənası var: "Bu, uzun illərdən sonra bərpa olunan qəhrəmanlıq tarixinin bizə bəxş etdiyi birliyin nümunəsidir. Bütün dünya azərbaycanlılarının Lideri, Qarabağın xilaskarı İlham Əliyevin azərbaycançılıq ideyası ətrafında dünya azərbaycanlılarını birləşdirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini XV əsrdə baş verən hadisələrlə müqayisə etsək, heç də səhv etmərik. Zaman sübut edir ki, böyük  ideyaları yalnız güclü liderlər reallaşdıra bilirlər". 
"Biz Şuşada da olduq" dedi professor A.Taşğın. "Şuşaya gedərkən yolboyu, eləcə də gözəl təbiəti, bənzərsiz coğrafiyada yerləşən bu gözəl məkanda erməni vandalizminin sarsıdıcı nümunələrini gördük. Qızılbaş ənənəsini yaşadan, ölümün üstünə məğrurcasına gedən Azərbaycan əsgərinin qəhrəmanlıq tarixi yazdığı yerlərlə tanış olduq. O yerləri görəndən sonra bir daha əmin oldum ki, yaşadığımız dünyada "möcüzə" deyiləcək bir şey yoxdur. İnsan Liderinə inananda, güvənəndə "möcüzə" yarada bilir. Qəhrəmanlıq sarsılmaz inamdan yaranır. Xalqın inamını bərpa edən, yaşadan, yeni qəhrəmanlıq səhifəsi yazan Liderimiz 
İlham Əliyevə minnətdaram".
Konfrans iştirakçısı, Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini doktor Arşi Qızılbaşla da söhbət etmək imkanımız oldu. Məlumat üçün bildirək ki, Arşi Qızılbaş Harvard Universitetinin məzunudur. Hazırda Amerikanın məşhur "Delta Hels" tibb şirkətinin Kanadanın Toronto şəhərində təmsilçisi olaraq baş direktor vəzifəsində çalışır. Arşi bəy dedi ki, soyadından da göründüyü kimi, Qızılbaş nəslindən, məşhur Şeyx Əliqulu xan Ovşarın səcərəsindəndir. "İki il əvvəl də Azərbaycanda olmuşam. Sonralar dəfələrlə işlə əlaqədar Bakıya gəlmişəm. Azərbaycan mənim vətənimdir. Yaşadığım və işlədiyim şəhərdə Azərbaycan diasporunun bütün tədbirlərində fəal iştirak edir, eləcə də Kanadada fəaliyyət göstərən "Azərbaycan evi" ilə də əməkdaşlıq edirəm. Qeyd etmək istəyirəm ki, konfransdan sonra Şuşaya da səfərimiz oldu. Bu, mənim  Şuşaya üçüncü səfərim idi. İlk dəfə iki il bundan əvvəl orada keçirilən Dünya azərbaycanlılarının qurultayında iştirak etmişdim. Bu gözəl məkana hər səfərimdə qəribə hisslər keçirirəm. Nədənsə mənə elə gəlir ki, Şuşaya avtomobillə yox, at belində, ulu babam Əliqulu xanla birlikdə gedirəm. Qəribədir, hər səfərimdə də ulu babamın ruhunu öz canımda hiss edirəm. Şübhəsiz ki, Şuşa bir qəhrəmanlıq şəhəri, zəngin tarixi keçmişin, müasir hərb tarixinin şanlı səhifəsinin yazıldığı bir məkan olduğu üçün canında vətən sevgisi, ruhunda tarixinə bağlılıq varsa, bu ad çəkiləndə qan qaynamalıdır". 
Arşi bəy dedi ki, Azərbaycanımızın böyük qələbəsindən sonra dünyada artan nüfuzu, şübhəsiz ki, təşkilatımızın da fəaliyyətinə ciddi təsir göstərib: "Məqsədimiz  təşkilatı daha da inkişaf etdirmək, BMT və UNESCO tərəfindən dünya irsini qoruyan bir qurum kimi tanınmasına nail olmaqdır".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!