03 May 2025 09:15
2187
Elm və texnika
A- A+
Qızıl şüalardan "yaşıl enerji"yə

Qızıl şüalardan "yaşıl enerji"yə


Planetimizin ekoloji tarazlığını tənzimləyən Günəş ən böyük potensiala malik bərpaolunan enerji mənbəyidir. Ən təhlükəsiz enerji mənbələrindən biri olan Günəş enerjisi ətraf mühiti çirkləndirmir, radioaktiv tullantıların yaranmasına səbəb olmur, ən əsası isə bütün dünyada elektrik stansiyalarına bərabər miqdarda enerji verə bilir.

İnsanları bərpaolunan enerji mənbələrindən istifadəyə təşviq etmək məqsədilə 1978-ci ildən başlayaraq, demək olar ki, dünyanın bütün ölkələrində mayın 3-ü Beynəlxalq Günəş Günü kimi qeyd edilir. 

Azərbaycanda da təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə, təbii mühitin qorunub-saxlanmasına, ekoloji problemlərə diqqətlə yanaşılır və bu istiqamətdə müvafiq işlər görülür. Ulu Öndər Heydər Əliyev bununla bağlı demişdir: "...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir..."


Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saat təşkil edir


Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik  fiziki-coğrafi mövqeyə sahibdir. Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saat təşkil edir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə Günəş enerjisi üzrə 23 min MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə hər zaman dövlətimizin prioritet məsələlərindən olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb.

Ölkəmizin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi, ölkəmiz üçün yeni olan pilot layihələrin reallaşdırılması daim diqqətdə saxlanılır. Buna nümunə olaraq açılış mərasimi ötən ilin iyulunda həyata keçirilən su hövzəsi üzərində istismara verilən günəş elektrik qurğusunu nümunə göstərmək olar. "Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım" layihəsi çərçivəsində Böyükşor gölü üzərində qurulan Günəş enerjisi qurğusunun ümumi gücü 100 kVt-dir. O, illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı üçün nəzərdə tutulub. 


Şəfəq, Şəms, Üfüq...


Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən qısa müddət sonra bu ərazilərdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Artıq bir sıra yaşayış məskənləri "ağıllı" şəhər və kənd layihələri əsasında qurulub, dağılmış ekosistem bərpa edilib. 

Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji istehsalı üçün olduqca geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. 

Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində  günəş və külək enerjisi potensialı mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir.

Ötən il Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir. Şəfəq GES-də illik, təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Virtual Enerji Ötürülməsi Mexanizmi çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Tikintisinə bu il start veriləcək stansiyanın ərazisi artıq minalardan təmizlənib.

Aprelin 4-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Cəbrayılda 50 MVt gücündə Üfüq Günəş-Elektrik Stansiyası (GES), 50 MVt gücündə Şəms GES layihələri üzrə İnvestisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə İcra Müqaviləsi imzalanıb. "Yaşıl enerji zona"larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Dövlətimiz tərəfindən həyata keçirilən bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəldəcək, gələcəyimizin daha dayanıqlı və möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər kənd təsərrüfatında inkişafı daha da sürətləndirəcək  

12:54
26 May

Latifə Orujun “Sirli yürüşlər” romanında insan, cəmiyyət, zaman və əxlaq, mənəvi dərslər

12:37
26 May

Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib

11:52
26 May

DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib  

11:48
26 May

Altıillik fasilədən sonra sərnişin qatarı Bakıdan Tbilisiyə gəlib 

11:41
26 May

Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb

11:03
26 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:02
26 May

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm 

10:51
26 May

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür 

10:50
26 May

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

10:49
26 May

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:43
26 May

Tacikistan su məsələləri üzrə Düşənbə çərçivə proqramını hazırlamağı təklif edir

10:42
26 May

Minskdə 28 May–Müstəqillik Günü münasibətilə rəsmi qəbul

10:36
26 May

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik başa çatıb

10:32
26 May

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

10:16
26 May

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

10:14
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır

10:04
26 May

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib 

10:03
26 May

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

09:51
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!