27 Yanvar 2024 10:40
5649
Səhiyyə
A- A+
Qızıl kimi qan

Qızıl kimi qan

 

Tibbi təsnifata görə, insanlarda dörd qan qrupu mövcuddur. Tərkibindəki zülallara əsasən, onlar O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV qrup) olaraq adlandırılır. Lakin bu qan qruplarından əlavə, ötən əsrin ortalarında yeni və nadir rast gəlinən bir qan qrupunun varlığı da aşkarlanıb. Bu, "Rh-null" və ya "Qızıl qan" kimi bilinən qan qrupudur.
İnsandan insana qan köçürülməsinə XIX əsrdən etibarən başlanılıb. O zaman qan qrupları müəyyən edilmədiyi üçün  proses lazımi nəticə verməmişdi. XX əsrdə amerikalı Karl Landşteyner I, II, III qan qruplarını, çex alimi Yan Yanski isə IV qan qrupunu aşkar edib. 
Ömürboyu dəyişməz olaraq qalan qan qrupları valideyndən irsən keçir. Statistikaya əsasən, onlar arasında ən geniş yayılanı I qan qrupudur. Bu qan qrupuna dünya əhalisinin 33,5 faizində rast gəlinir. Dünya əhalisinin cəmi 5 faizində görülən IV qan qrupu isə ən az yayılmış hesab edilir. 
Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85 faizində rezus-amil müsbət, 15 faizində isə mənfidir. İnsanlara qan qrupuna uyğun qan köçürülmədikdə bu, ciddi fəsadlarla nəticələnə bilər. Ona görə də hər bir insanın öz qan qrupunu bilməsi çox vacibdir. Lazım gəldikdə qan verib kiminsə həyatını xilas etmək mümkündür. Donorlar qan verdikdə onların orqanizmi nəinki ziyan görmür, hətta bədəndə qan hüceyrələrinin yaranması və yenilənməsi sürətlənir.
Ən qədim qan qrupu olan A tipi insan irqinin inkişafından bəri mövcuddur. B tipi isə qan hüceyrələrinin strukturunda təxminən 3,5 milyon il əvvəl baş verən dəyişikliklərin nəticəsidir. 2,5 milyon il əvvəl başqa bir mutasiya O qan qrupunun meydana gəlməsinə səbəb olub.
"Qızıl qan"ın isə dünyada neçə nəfərdə olduğu dəqiq məlum deyil. Bu qan qrupu son 60 il ərzində yalnız 43 nəfərdə müəyyən edilib. Belə insanların sayının daha çox olduğu güman edilir, sadəcə olaraq bu günə kimi onlar müəyyənləşdirilərək qeydə alınmayıb.
Bu qan qrupu ilk dəfə 1961-ci ildə avstraliyalı bir aborigen qadında aşkarlanıb. Daha öncə belə bir qan qrupunun mövcudluğuna inanmayan alimlər bu qan sahiblərini fəal şəkildə axtarmağa başlayıblar. Dünyada hər 6 milyon insanın yalnız birində "qızıl qan" olduğu ehtimal edilir.
Bəs "qızıl qan" nə deməkdir? Mütəxəssislər bildirirlər ki, "Rh-null"un Rh sistemində 61 mümkün antigenin hamısı olmadığı üçün o, sıfır qandır. Maraqlısı odur ki, bu qan qrupu irsi genlər vasitəsilə ötürülür. Lakin buna, həmin qana sahib insanların valideynlərində rast gəlinmir. Bu qan qrupuna sahib insanların ata-anasında adi qan tipi müəyyən edilib. Alimlər həmin insanların bu qan genini bəlkə də əsrlər öncə yaşamış əcdadlarından aldığını güman edirlər.
Nadir qana sahib insanların işi isə heç də asan deyil. Qanköçürmə və ya başqa ciddi əməliyyat zamanı  onlar üçün uyğun qanı əldə etmək olduqca çətindir. Bu qan qrupu donor qanı kimi də tanınır. Dünyada cəmi 10 "qızıl qan" donoru var. Bu da onu dünyanın ən qiymətli qan qrupu edir, elə ona görə də "qızıl qan" adlandırlır. "Rh-null" hər kəsə köçürülə bildiyi üçün universal hesab edilir. Belə ki, bu qana sahib insanlar istənilən qan qrupuna qan verə bilir, lakin digər qan qruplarından qan ala bilmirlər.
Tibdə ən qədim və ən təmiz hesab olunan bu nadir qan qrupu xüsusi əhəmiyyət kəsb edir. Alimlər "Rh-null"un bəzi xəstəlikləri sağaltmaq qabiliyyətinə malik olduğunu sübut ediblər. Buna görə də "qızıl qan"a sahib insanların onu artırmaq üçün tez-tez qan verməsi tövsiyə olunur. Mütəxəssislər hazırda digər qan qruplarından biri üzərində işləyib, onu antigenlərdən təmizləyib "qızıl qan"a bənzətməyə çalışırlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!