Qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalı 7,8 faiz artmışdır
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2, qeyri-neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsullarının 64,5 faizi mədənçıxarma, 29,0 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artmışdır.
Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 49,7, mebel istehsalı 39,0, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,3, tikinti materiallarının istehsalı 34,4, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2, içkilərin istehsalı 24,5, geyim istehsalı 21,1, elektrik avadanlıqlarının istehsalı 16,8, kimya sənayesi məhsullarının istehsalı 16,7, tütün məmulatlarının istehsalı 15,6, toxuculuq sənayesi məhsullarının istehsalı 9,0, kompüter, elektron və optik məhsulların istehsalı 7,9, neft məhsullarının istehsalı 5,4, kağız və karton istehsalı 2,0, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,3, əczaçılıq məhsullarının istehsalı 0,9 faiz artmış, hazır metal məmulatlarının istehsalı 0,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4, qida məhsullarının istehsalı 2,6, poliqrafiya məhsullarının istehsalı 4,0, maşın və avadanlıqların istehsalı 19,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 16,3, sair nəqliyyat vasitələrinin istehsalı 45,1, sair sənaye məhsullarının istehsalı 46,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,6 faiz artmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
30 Aprel
Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət d...
30 Aprel
BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər...
30 Aprel
Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb
30 Aprel
ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub
30 Aprel
Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?! – Sevil Mikayılova...
30 Aprel
Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata ...
30 Aprel
Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar
30 Aprel
Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəli...
30 Aprel
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!