04 Oktyabr 2025 08:30
815
İQTİSADİYYAT
A- A+
Qeyri-neft məhsulları ixracı son altı ildə iki dəfə artıb

Qeyri-neft məhsulları ixracı son altı ildə iki dəfə artıb


"Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı 68 faizə çatıb və ilin sonunda bu rəqəmin 70 faiz olacağı proqnozlaşdırılır". Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı demişdir.

İcra edilən islahatlar ölkədə münbit sərmayə mühiti yaratmaqla bu sektora xarici investisiyaların cəlb olunmasının önünü açmışdır. Görülən tədbirlər nəticəsində bu sektora yönəldilən investisiyaların həcmi artaraq 8,2 milyard manata çatmışdır. Cari ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən yatırılan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artmışdır. Kapital qoyuluşunun artması qeyri-neft sektorunda sahibkarlığın inkişafına da müsbət təsir göstərmişdir. Hazırda bu sektorda sahibkarların payı 81 faizdir.

Qeyri-neft sektoruna investisiya qoyuluşunun artması istehsal və ixrac imkanlarını xeyli artırmışdır. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artmış və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlmişdir. Son 6 ildə, demək olar ki, qeyri-neft məhsulları ixracı iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsi və ixrac imkanlarının artmasının müsbət təsirinin göstəricisidir.

Yeri gəlmişkən qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın sentyabr sayını təqdim edib. İcmala əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixracın dəyəri 774,2 milyon dollara çatıb ki, bu da 23 faizə yaxın artım deməkdir. İxrac olunan şəkər ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,2, meyvə-tərəvəz 32,2, kimya sənayesi məhsulları 24,3, pambıq iplik 16,3, çay 2,1, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz yüksək olub. Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 28,2, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracının dəyəri 21,3 faiz artaraq 823,9 milyon dollara çatıb. 

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, pambıq lifi üçüncü, avqust ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalı birinci, qızıl ikinci, pambıq lifi üçüncü olub. Cari ilin 8 ayında Rusiya Federasiyası, Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna ölkəmizdən ən çox qeyri-neft məhsulları alan ölkələrdir. 

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 41 ölkəyə 11,6 milyon dollar dəyərində telekommunikasiya xidməti göstərib. "Azərkosmos"un xidmət ixracından gəliri onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Təkcə bu ilin avqust ayında "Azərkosmos" dünyanın 35 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət göstərib. 8 ayda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollarla Birləşmiş Krallıq, 2,3 milyon dollarla Lüksemburq, 569,5 min dollarla Nigeriya, 537,9 min dollarla Türkiyə, 530,4 min dollarla İsveç qərarlaşıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!