14 Yanvar 2025 09:05
180
SİYASƏT
A- A+
Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbidir

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbidir


Tarixi yurd yerimiz olan indiki Ermənistan adlanan ərazidən şovinistlər tərəfindən zor gücü ilə qovulan yüzminlərlə soydaşımızın beynəlxalq hüququn prinsiplərinə uyğun formada geri qayıdışını təmin etmək dövlətimizin prioritetidir. Buna görə də Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəraitdə dədə-baba yurdlarına dönüşünü həyata keçirmək istiqamətində ardıcıl və mühüm addımlar atılır.

"...Hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır", - deyə yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. 


Bu, insan hüquqları məsələsidir


Azərbaycan dövlətinin qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsində qətiyyətli mövqe sərgiləməsi təbii ki, monoetnik dövlət Ermənistanın şovinizm ideyaları ilə üst-üstə düşmür. Buna görədir ki, baş nazir Nikol Paşinyan erməni hiyləgərliyi ilə bunu guya ölkəmizin ərazi iddiası kimi qələmə verməyə çalışır, hadisələrə başqa don geyindirərək beynəlxalq ictimaiyyətin fikrini ayrı istiqamətə yönləndirmək istəyir. Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair bu yaxınlarda verdiyi ziddiyyətli açıqlamaları ilə əlaqədar Qərbi Azərbaycan İcmasının verdiyi bəyanatda da vurğulanır ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. O da qeyd olunur ki, qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır: "Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir". 

Xatırladaq ki, bu günlərdə qondarma Ermənistan dövlətinin faşist ideyalı prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışının videoyazısı yayılıb. Petrosyan həmin videoda ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən danışıb, düz 600 ildir ki, ermənilərin Qarabağ, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni əsrlərdir bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirib. Bu isə Ermənistanın necə monoetnik dövlətə çevrilməsini aydın şəkildə təsdiqləyir. 

Qondarma Ermənistan dövlətinin vaxtilə prezidentləri olmuş qatil Robert Koçaryan və Serj Sarkisyanın da azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı törətdiklərini, işğal siyasəti həyata keçirdiklərini etiraf etdikləri faktlar mövcuddur. 


Qərbi azərbaycanlıların qayıdışına şərait yaradılmalıdır


Bütün bunlar isə Ermənistanın dövlət olaraq faşist və şovinist ideyalar üzərində qurulduğunu təkzidbedilməz şəkildə sübut edir. Eyni zamanda Nikol Paşinyanın Qərbi Azərbaycana qayıdışla bağlı sərgilədiyi destruktiv siyasət onu deməyə əsas verir ki, Ermənistanda  faşizm ideyaları hakimdir. Hər nə qədər Paşinyan özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, əməlləri ilə bunun əksini göstərir. Ermənistanın baş naziri regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərmir. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə bununla bağlı manipulyasiyalar etməyə cəhd göstərir. 

Nikol Paşinyanın iddialarına cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı sosial mediada paylaşımında bildirib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir.

Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: "Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

A.Hacızadə bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə yayınır: "Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".

"Dənizdən-dənizə" böyük imperiya yaratmaq kimi sərsəm xülyaya qapılan erməni millətçiləri XIX-XX əsrlər ərzində azərbaycanlılara məxsus torpaqları qəsb edib, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparıblar. Sözügedən tarixin müxtəlif kəsimlərində həyata keçirilən mənfur plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.

Zamanla tarixi torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix uydurmaq üçün, ilk növbədə, qədim toponimlərimizə qənim kəsiliblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları quraşdırıblar, bəzən isə riyakarcasına Azərbaycan dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. 

Lakin tarixin erməni şovinistləri tərəfindən qaranlığa gömülən üzü getdikcə aydınlığa çıxır. Ermənistanın qatil prezidentləri də etiraf ediblər ki, azərbaycanlıları kütləvi şəkildə etnik təmizləməyə məruz qoyublar və dədə-baba torpaqlarından zorla didərgin salıblar. Bu gün də Ermənistan hakimiyyəti 300 mindən çox azərbaycanlının insan hüquqlarını heçə sayaraq onların qayıdışını müxtəlif məkrli yollarla əngəlləməyə çalışır.    

Ancaq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapdığı kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə əzəli yurdlarına qayıdışı təmin ediləcək. Bu, Azərbaycan xalqının, dövlətinin qarşısında duran milli hədəfdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!