18 Sentyabr 2025 08:13
1118
SİYASƏT
A- A+
Qərbi Azərbaycan İcması və onun fəaliyyəti ilə bağlı yayılan məlumatlar yanlışdır

Qərbi Azərbaycan İcması və onun fəaliyyəti ilə bağlı yayılan məlumatlar yanlışdır


Bu qurum məqsədlərindən geri çəkilməyəcək


Dünya ictimaiyyətinin, ünlü siyasətçilərin və analitiklərin diqqət mərkəzində olan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmasından sonra Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilib. Onlardan biri də icmanın ləğv ediləcəyi ilə bağlı olub. Digər iddia isə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun ləğv edilməsi ilə əlaqədardır. Hətta buna görə Qərbi Azərbaycan İcmasının operativliyinin və fəallığının nisbətən zəiflədiyi, habelə Qərbi Azərbaycanla bağlı işlərin yarıda dayanacağı fikrində olanlar da tapıldı.

Bu məsələlərlə bağlı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mətbuata açıqlamasında demişdir: 

- Təbii ki, bunlar həqiqətə uyğun deyil. Şübhəsiz ki, bu yanlış informasiyanın mənbəyi Ermənistan mediasıdır. İcmanın işi beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, icmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur.

İndi isə eyni iddia Milli Məclisdəki Qərbi Azərbaycanla bağlı Təşəbbüs Qrupu haqqında söylənilir ki, bu da tamamilə absurddur. Təşəbbüs Qrupu bir il ərzində Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın doğma yurdlarına qayıdış hüququnun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində parlament diplomatiyasının imkanlarından istifadə edərək səmərəli fəaliyyət göstərib, bundan sonra da göstərəcək. Onun öz fəaliyyətini dayandırmasına heç bir zərurət görünmür.

O ki qaldı Qərbi Azərbaycan İcmasının fəaliyyətində zəifləmə, ya hər hansı bir istiqamətində səngiməyə bu, mümkünsüzdür. Əksinə, son aylarda Qərbi Azərbaycan İcması üzvlüyünə daxil olanların sayında artım olub, regionlarda çoxlu Qərbi  Azərbaycanəsilli soydaşlarımızla görüşlər keçirilib. Təkcə iyul ayında icmanın nəşr elədiyi tarixi torpaqlarımızda milli-mənəvi dəyərlərimizə qarşı erməni soyqırımına dair "Qərbi Azərbaycan irsi" kitabının Azərbaycanın 84 şəhər və rayonunda yüksək səviyyədə təqdimatları keçirilib. O ki qaldı bəyanatlara, bildiyiniz kimi, Vaşinqton görüşlərinə qədər Ermənistan tərəfdən Azərbaycana qarşı saysız-hesabsız əsassız iftira və ittihamlar səsləndirilirdi. Hətta bu, çox vaxt Ermənistanın müxtəlif dövlət rəsmiləri tərəfindən edilirdi və bu zaman qərbi azərbaycanlıların qayıdış hüququ ya inkar olunur, ya da gözardı edilirdi. Biz də Qərbi Azərbaycan İcması olaraq öz hüquqlarımızı müdafiə etmək məcburiyyətində idik. Vaşinqton görüşlərindən sonra isə qarşı tərəfdə bu məsələ ilə bağlı bir qədər konstruktivlik cəhdləri hiss olunmaqdadır, artıq erməni cameəsində qərbi azərbaycanlıların öz doğma evlərinə qayıtmaq məsələsi də müzakirə mövzusuna çevrilib, hətta bu məsələnin qaçılmaz olduğunu etiraf edənlər də var. Ona görə biz də proseslərə adekvat münasibət sərgiləməyi məqsədəuyğun  bilirik. Lakin bu, "Qərbi Azərbaycan İcması öz məqsədindən geri çəkilir" anlamında başa düşünülməməlidir, bizim işimiz haqq işidir, beynəlxalq hüquqa söykənir və soydaşlarımızın qayıdış hüququ tanınmalı və təmin edilməlidir. 

Onu da qeyd etmək yerinə düşər ki, yuxarıda adları çəkilən uydurmalar ayaq tutub yeriməmiş bəzi media orqanlarında Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan (TV) ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Təəssüf ki, həmin yazılarda ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə də yer verilib.

Qərbi Azərbaycan İcmasından redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bəzi məqalələrdə adıçəkilən "Qərbi Azərbaycan İcması (TV)" adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə adın təhrif edilməsi ilə icmaya bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd göstərilib.

Qərbi Azərbaycan TV yayımlarında yalnız icmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi status daşımayan səhifələr mövcuddur. Bəzi saytlar mənbəni dəqiqləşdirmədən həmin səhifələrin paylaşımlarını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıblar.

Qərbi Azərbaycan İcması belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edir. Bu cür addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də icma media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zidd olan təhriflərdən və yanlış təqdimatlardan uzaq olmağa çağırır.

Məlumatda Qərbi Azərbaycan İcmasının mövqeyi bir daha diqqətə çatdırılıb: milli birliyimizi zəiflədən və məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addım qətiyyətlə pislənilir. Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayılır.

İki xalq və iki dövlət arasında etimad və etibarlılığın dayanıqlı və davamlı olması üçün bunun çox böyük əhəmiyyəti var, xalqların birgəyaşayışı sülhün vacib şərtlərindəndir.

İcma ilk gündən hədəfini ölkə və dünya ictimaiyyətinə genişliyi ilə açıqlayıb. Hədəf budur: Ermənistan hökumətinin və aidiyyati beynəlxalq qurumların zəmanəti ilə ləyaqətli və təhlükəsiz formada ata-baba yurdlarımıza qayıdış... Bunun bütün detalları Qayıdış Konsepsiyasında da öz əksini tapıb. Fəaliyyət isə bu konsepsiyanın həyata keçirilməsi istiqamətində sistemli şəkildə davam edir. Şübhəsiz ki, əsas diqqət mərkəzində insanlarımızın qayıdış ideyası ətrafında təşkilatlanması, soydaşlarımız arasında maarifçilik işinin genişləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması məsələləri dayanır.

Milli Məclis çox geniş beynəlxalq əlaqələrə malikdir. MM-də dünyanın əksəriyyət ölkələri ilə işçi qrupları fəaliyyət göstərir, deputatlarımız bu qruplar çərçivəsində, həm də müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün mütəmadi olaraq xarici ölkələrə səfərlər edir, eyni zamanda xarici ölkələrin deputat qrupları tez-tez Azərbaycan parlamentinin qonağı olurlar. Milli Məclisin Sədri Sahibə Qafarova başda olmaqla deputatlarımız hər fürsətdə Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüquqlarını diqqətə çatdırır. Bir faktı da diqqətə çatdıraq ki, bu il 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin evsahibliyi ilə IV Diplomatiya Forumu keçirilib. Forumda Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Qərbi Azərbaycan İcmasının sədri olaraq Əziz Ələkbərli "Parlament Diplomatiyası və Qlobal İdarəetmə" panelində Qərbi Azərbaycan məsələsi ilə bağlı çıxış edib. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru idi.

Qərbi Azərbaycana qayıdış ideyasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasındakı tarixi çıxışı yol xəritəmizdir. 

Soydaşlarımızın ata-baba yurdlarına qayıdacaqlarına heç kim şübhə etməsin, nə də bu fəaliyyətin nə vaxtsa yarıda dayanacağını heç kəs ağlına gətirməsin. 


Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!