22 Avqust 2025 08:00
3059
SİYASƏT
A- A+
Qərbi Azərbaycan İcması sülh istəyir

Qərbi Azərbaycan İcması sülh istəyir


Soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaları təmin edilməlidir

 

Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzalaması, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionumuzda daimi sülhün təmin olunması üçün böyük imkanlar açır.

Ümid edək ki, Ermənistan yekun sülh sazişinin imzalanması üçün sonuncu maneəni - Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamları konstitusiyasından çıxaracaq, sülh sazişi imzalanacaq, bununla da uzun illərdən sonra Cənubi Qafqazda dinc əməkdaşlıq mühiti başlanacaq.

Vaşinqton görüşlərindən sonra da, təbii ki, gündəmə gələn müəyyən suallar var  və bunların ən əhəmiyyətlilərindən biri Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyəti barədədir. Sülhə doğru mühüm irəliləyişlərdən sonra internet resurslarında belə bir ehtimal irəli sürülüb ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandıracaq. Amma icma rəhbərliyi bunu təkzib edib, qurumun bundan sonra da fəaliyyətini davam etdirəcəyini, Qərbi Azərbaycan İcmasının Azərbaycan və Ermənistan arasında normallaşma prosesini, bu istiqamətdə Prezident İlham Əliyevin səylərini alqışladığını bildirib: "Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq", - deyə vurğulanıb.

 

Məqsəd dinc yolla soydaşlarımızın ata-baba yurdlarına qayıtmalarıdır

 

Tarixə qısa ekskurs edib yada salaq ki, Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adı ilə təsis edilən, 1992-ci ilin 14 fevralında həmin adla dövlət qeydiyyatına alınan, 2014-cü ilin 5 oktyabrında isə "Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi" adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilmiş, onun yeni nizamnaməsi təsdiqlənmişdir.

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşmüş azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı, saxlandığı yeganə ictimai təsisatdır.

1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49928 ailədə 300 min nəfərədək azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuşdur.

Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qurum öz fəaliyyətində indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün fəaliyyətini həyata keçirən və bu fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən, beynəlxalq hüquqa, aidiyyəti dövlətin daxili hüququna, tarixi faktlara əsaslanaraq, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanı - Qayıdış Konsepsiyası"nı qəbul etmişdir.

Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsiplərinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan, hüquqi baxımdan məcburi beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkiliyin həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi kimi məsələlər daxildir. Konsepsiya beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsini də nəzərdə tutur.

 

Tanklarla yox, maşınlarla

 

Göründüyü kimi, burada sülh proseslərinə, eləcə də Ermənistanın suverenliyinə xələl gətirəcək hər hansı məqam yoxdur. İcmanın fəaliyyəti beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, icmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə də birbaşa əlaqəsi yoxdur. Azərbaycan dövləti bu məsələdə hətta münaqişənin ən gərgin vaxtlarında da daim rasional mövqe tutub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə, verilən bəyanatlarda, o cümlədən Qərbi Azərbaycan İcmasının fəaliyyətində Ermənistana qarşı ərazi iddialarına, qonşu ölkənin suveren haqlarına xələl gətirəcək hər hansı məqamlara yol verilməyib. İcmanın qəbul etdiyi müvafiq sənədlərdə Qərbi Azərbaycan deyilərkən qonşu ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət əlaməti kimi, indiki Ermənistan Respublikasına daxil olan ərazilərin nəzərdə tutulduğu həmişə xüsusi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman bəyan edib ki, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla gedəcəyik.

Ötən ay Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev qərbi azərbaycanlıların qayıdışı məsələsini bir daha qaldırdı və bu, sammitin yekunlarına dair Xankəndi kommunikesində əks etdirildi. "Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair "İstanbul Bəyannaməsi"ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbu azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək", - Azərbaycan Prezidenti öz çıxışında dedi.

Uzun illər ərzində Ermənistanın işğalçı mövqeyi üzündən davam edərək hər iki tərəf üçün böyük itkilər hesabına başa gəlmiş, xüsusilə Azərbaycana on minlərlə vətəndaşımızın ölümü ilə yanaşı, həm də ağır iqtisadi-sosial yaralar vurmuş münaqişənin ordumuzun gücü ilə həllindən sonra indi dövlətimizin əsas məqsədi bölgəmizdə əbədi sülhə, dayanıqlı inkişafa, bütün region dövlətlərinin faydalana biləcəyi mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq mühitinə nail olmaqdır. Bu isə ancaq haqq-ədalətin təmin olunması, fərdlərin hüquqlarının qorunması ilə mümkündür. Qərbi Azərbaycan mövzusu Cənubi Qafqazda dayanıqlı sülhün, insanların rifah və xoşbəxtliyinin əldə edilməsi baxımından son dərəcə aktualdır. Bu mövzu həm də xalqımızın milli birliyi və tarixi yaddaşının qorunması üçün də vacibdir. Çünki Qərbi Azərbaycan məsələsi ictimaiyyətimiz üçün dərin emosional və ideoloji məna kəsb edir.

Bütün bu səbəblərdən son illərdə "Qərbi Azərbaycana qayıdış" mövzusu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin də prioritet istiqamətlərindən birinə çevrilmişdir. Agentliyin hesabatından belə görünür ki, təkcə son illərdə 50-dən çox QHT-nin "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 60-a yaxın təşəbbüsü dəstəklənib.

Ötən illər  ərzində Azərbaycan QHT-ləri beynəlxalq platformalarda - BMT, ATƏT və digər nüfuzlu təşkilatların tədbirlərində aktiv iştirak edərək Qərbi Azərbaycanla bağlı məsələləri gündəmə gətirib, ictimai müzakirələr keçiriblər. Bu təşəbbüslər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan və Qazaxıstan kimi ölkələri əhatə edib.

Bir sözlə, Qərbi Azərbaycan İcmasının əsas məqsədi vaxtilə indiki Ermənistandan didərgin salınmış soydaşlarımızın insan hüquqlarını beynəlxalq normalara uyğun müdafiə etməkdən, onların dinc yolla öz dədə-baba yurdlarına qayıtmalarına nail olmaqdan ibarətdir. Sülh sazişinin imzalanmasından sonra da iki ölkə, xalq arasında münasibətlərin tam normal məcrasına düşməsi, heç bir açıq sualın qalmaması, keçmişə dair ədavətin, kinin birdəfəlik aradan qaldırılmasından ötrü belə bir dinc məqsədləri hədəfləyən təşkilatın fəaliyyətinə ehtiyac vardır.

Sülh gündəliyinin irəliləməsi Azərbaycanla Ermənistan arasında bir çox məsələləri yoluna qoyduğu kimi, qərbi azərbaycanlıların da dinc yolla öz yurdlarına dönməsinə şərait yaradacaq, Qərbi Azərbaycan İcması da öz fəaliyyəti ilə əbədi sülhə, insan hüquqlarının bərpasına, ədalətin təmin olunmasına xidmət edəcək.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!