10 Dekabr 2025 22:45
329
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirməkdədir. Qərbi Azərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovla keçirilən görüş bu istiqamətdə atılan növbəti addımlardandır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanda tarixi boyu çoxsaylı məscidlər, dini ocaqlar, pir və ziyarətgahlar mövcud olub və onların böyük bir qismi hazırda erməni vandalları tərəfindən dağıdılmış və təhrif edilmiş vəziyyətdədir. O, İcmanın bu irsi faktoloji əsaslarla yenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl iş apardığını vurğulayıb.

Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsin araşdırılması, institusional əməkdaşlığın gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda təqdimatı istiqamətində qonaqla fikir mübadiləsi aparıblar.

İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov səmimi görüşə görə təşəkkürünü bildirib, dini dəyərlərin cəmiyyətdə oynadığı rol və mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin yalnız siyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunu vurğulayaraq, qazılığın bu istiqamətdə İcma və onun strukturları ilə sıx əməkdaşlığının vacib olduğunu bildirib. Onun fikrincə, İcmada Qərbi Azərbaycanın bütün bölgələrinin insanları kənd və rayon icmaları şəklində birləşdiyindən onun imkanlarını heç bir qurumla müqayisə etmək olmaz. Qazı həmçinin sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədə sabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktların toplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalı şəkildə aparılması barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

17:20
23 Yanvar

“New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

17:19
23 Yanvar

“TikTok”un ABŞ strategiyası dəyişdi  

17:18
23 Yanvar

Temperaturun düşməsi okeanda kalsium səviyyəsinin kəskin azalması ilə əlaqələndirilir  

17:17
23 Yanvar

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb  

17:15
23 Yanvar

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

17:05
23 Yanvar

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

17:01
23 Yanvar

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

16:50
23 Yanvar

Güzel Maitdinova: Tacikistan-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük potensial mövcuddur

16:42
23 Yanvar

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından  

16:31
23 Yanvar

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici videoçarx hazırlayıb VİDEO

16:13
23 Yanvar

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib  

16:11
23 Yanvar

Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları

15:58
23 Yanvar

Ağdamda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub  

15:57
23 Yanvar

Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib  

15:52
23 Yanvar

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

15:43
23 Yanvar

Energetika naziri Masallıda vətəndaşlarla görüşüb  

15:41
23 Yanvar

Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  

15:38
23 Yanvar

Media: Rumıniya Azərbaycan neftinin əsas alıcılarından birinə çevrilir  

15:34
23 Yanvar

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:21
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!