22 İyun 2025 09:20
1155
İDMAN
A- A+
Qələbənin sərhədsiz gücü 

Qələbənin sərhədsiz gücü 


Paralimpiyaçımızın uğur hekayəsi


"Hər gecə bayrağımızı öpüb qalib olacağım anı, onu qələbə sevinci ilə başımın üzərinə qaldıracağımın xəyallarını qururdum..." 

Bunu Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilən, üçrəngli bayrağımızı dəfələrlə zirvələrə ucaldan, xalqımıza qürur, iftixar hissləri yaşadan dördqat dünya və ikiqat Paralimpiya çempionu para-atlet Lamiyə Vəliyeva deyir.

Hər kəs üçün uğur yolunda maneələr olur. Amma bəziləri var ki, onların yolunda duran çətinliklər təkcə cəmiyyətin qaydaları və ya rəqabət deyil. Onlar həm də fiziki məhdudiyyətlərlə üz-üzə gəlirlər. Paralimpiya idmançıları məhz bu qəhrəmanlardandır və onlar yalnız rəqiblərinə deyil, həm də həyatın sərt sınaqlarına da qalib gəlməlidirlər. Onlar yalnız medal qazanmaqla kifayətlənmirlər, həm də iradəsinin, səbrin və əzmin nə qədər güclü ola biləcəyini bütün dünyaya nümayiş etdirirlər. Elə Lamiyə də görmə qabiliyyətindəki qüsura rəğmən çətinliklərdən usanmayıb, qarşısına qoyduğu hədəflərə müvəffəqiyyətlə nail olan qəhrəmanlardandır.


"Bu uşaq çempion olacaq"


Uşaqlıqdan babası ilə birlikdə televiziyada müxtəlif idman yarışlarını həvəslə izləyən Lamiyə məktəbdə voleybol dərnəyinin fəaliyyətə başladığını eşidən kimi tez evə gedib bu xəbəri babası ilə paylaşır və dərnəyə yazılmaq istədiyini bildirir. Bir il voleybolla məşğul olduqdan sonra məşqçisi bildirir ki, Lamiyə yüngül atletikayla məşğul olsa, daha yaxşı nəticələr əldə edəcək.

Ertəsi gün babası ilə birlikdə idman mərkəzlərindən birinə üz tutub, məşqçi Tofiq Əliyevlə tanış olurlar. Lamiyənin 60 metrə qaçışını yoxlayan məşqçi heyrətqarışıq sevinclə üzünü yanındakılara tutub "Bu uşaq çempion olacaq" deyir. O gündən Lamiyə həyatını idmana həsr edir...

Prinsipiallığı ilə yaşıdlarından seçilən Lamiyə yaxşı bilirdi ki, peşəkar idmançı olmaq üçün yalnız fiziki yox, mental gücə sahib olub, rəqiblərindən öncə özünə qalib gəlməyi bacarmalısan. İdmanda qələbə qazanmaq, uğurlar əldə etmək üçün əzmkarlıq, yorğunluğa məhəl qoymadan məşq etmək lazımdır. Seçdiyi sahədə uğur qazanmaq istəyən hər bir idmançı iradəli olmalı, qarşıya çıxacaq çətinlikləri aşmaq üçün özünü psixoloji və fiziki baxımdan hazırlamalıdır. Elə buna görə də atletikaya başladığı ilk illərdə maddi çətinliklər ucbatından lazım olan idman geyiminə və ayaqqabısına sahib ola bilməməsi, hətta ucuz olduğu və o da yalnız bir cüt qaldığı üçün 36 ölçü əvəzinə, 41 ölçülü ayaqqabı alması onu daha da gücləndirmişdi. 

2009-cu ildən başlayaraq paralimpiyaçı kimi beynəlxalq və ölkədaxili yarışlarda Azərbaycanı təmsil edən gənc atlet o zamana qədərki ən böyük nailiyyətini isə Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında qazandı. Üstəlik, 400 metr məsafəyə qaçışın final mərhələsində 55 saniyəyə finişə çatmaqla 9 illik paralimpiya rekordunu qırıb, qızıl medala sahibləndi.

Lamiyə deyir ki, həyatının ən unudulmaz anlarından birini 2023-cü ildə dünya para-atletika çempionatının rekordunu qıranda yaşayıb: "Yarışa gedəndə çox çətinlikliklər çəkdim. Hətta deyim ki, yarışa getməyim son anda oldu. Viza sənədləri ilə bağlı ciddi problemlər yaşadım. Uçuşa bir gün qalmış bildim ki, dünya çempionatına gedirəm. Psixoloji olaraq gərgin idim, üstəlik fiziki zədəm də vardı. Qələbə qazanmağım çox böyük önəm kəsb edirdi. Deyə bilərəm  ki, bu yarışda özüm-özümə qalib gəldim. Həmin yarışda ikiqat dünya çempionu oldum. 2024-cü ildə də bir daha ikiqat dünya çempionu adını qazandım".


"Sağlam idmançılarla rəqabət aparmaq motivasiya verir"


İndi Lamiyənin ən böyük təəssüfü babası ilə bağlıdır. O, babasına mütləq çempion olacağına, himnimizi beynəlxalq arenada səsləndirəcəyinə, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracağına söz vermişdi. Lamiyə sözünü tutsa da, çox təəssüf ki, babası onun parlaq qələbəsini görə bilmədi. "Babam 2021-ci ildə dünyasını dəyişdi. Onun çempionluğumu görməsini, mənimlə qürur duymasını çox istəyərdim. Tokio-2020 paralimpiya yarışlarından 5-6 ay öncə babamı itirdim. Qələbələrimi görə bilmədiyinə görə çox təəsüflənirəm. Babam ilk gündən  mənə inanıb, stadionlarda yanımda olub, məşqlərə aparıb. Onun itkisi mənimçün çox ağır oldu. Sonra xatırladım ki, babam həmişə mənə irəli getməyi öyrədib. O deyirdi ki, heç vaxt arxaya baxma, güclü ol, önə get. İndi çox güclüyəm. Babamın ruhunu şad etmək üçün var gücümlə çalışıb, onun əziyyətini yerdə qoymayacağam", - deyir gənc atlet.

Hazırda Lamiyə yeni yarışlara, yeni qalibiyyətlərə hazırlaşır. Bu yolda ona  böyük dəstəyi isə həyat yoldaşı Tembo Con Monarenqo verir. Peşəkar idmançı olan Tembo yüngül atletika ilə məşğul olur. Lamiyə deyir ki, idman, eyni həyat tərzi onlara bir-birlərini daha yaxşı başa düşməyə kömək edir. Bir-birlərini ruhlandırıb dəstək olmaq ailə həyatlarının əsasını təşkil edir. Məqsədləri isə hər ikisinin Azərbaycan bayrağı altında çıxış etməkləridir.

İdmanda uğurun sirri sistemli məşq, inam və özünə qarşı tələbkarlıqdır. 

23 yaşlı Lamiyə deyir ki, hər bir idmançı üçün çətin günlər olur. Əsas çətinliyi keçmək üçün motivasiya tapmaqdır. Vətəni layiqincə təmsil etmək üçün daim öz üzərində çalışmalısan. Hazırkı hədəfi isə VI İslam Həmrəylik Oyunlarında qələbə qazanmaqdır: "Bu yarışda sağlam idmançılarla yarışacam. Bunun üçün var gücümlə gecə-gündüz çalışıram. İnanıram ki, əziyyətim yerdə qalmayacaq. Allah məni layiq olduğumla mükafatlandıracaq. Bu yay mövsümünü Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışı ilə açdım. Sağlam idmançılar arasında keçirilən yarışda 200 metr məsafəni 24,35 saniyəyə qət edərək bürünc medal qazandım. Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki sağlam idmançılarla eyni səviyyədə rəqabət apara bildim. Bu həm motivasiya verir, həm də daha çox çalışmağa sövq edir. Gələn dəfə daha gözəl nəticələr əldə edəcəyimə inanıram. Böyük uğurlar böyük əziyyət tələb edir. Bayrağımızı yüksəltmək, himnimizin sədalarını eşitməyin xoşbəxtliyini yaşamaq ifadəedilməz hissdir. Həmin məqamda ürəyimin necə döyündüyünü, gözlərimin qürurdan dolduğunu, hiss etdiklərimi ifadə etmək çox çətindir. İnsanın əzmi, iradəsi ilə fəth olunmayan zirvə yoxdur. Əminəm ki, ailəmi, dövlətimi, xalqımı hələ çox qürurlandıracağam".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!