29 İyul 2025 09:31
471
CƏMİYYƏT
A- A+
Qəhrəmanlıq dastanı

Qəhrəmanlıq dastanı

 

Qəfil qapımızı döyən üzücü xəbər həmişə bizi kədərləndirir. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova dünyasını dəyişib. Dursun xanım Gəncə şəhərindəki Səbiskar qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.

Mərhumla vida mərasimi keçirilib. Dəfn mərasimində Dursun Qasımovanın doğmaları, əzizləri, şəhid ailələrinin üzvləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, qazilər iştirak ediblər.

Ömrünün 83-cü ilində vəfat edən Dursun xanımın dünyaya gətirdiyi və tərbiyə etdiyi oğlu Natiq Qasımov Birinci Qarabağ müharibəsində qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış igidlik göstərib. O, 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevir şəhərinə köçüb. Buna görə də Natiq orta təhsilini bu şəhərdə başa vurub. Çağırış yaşı çatanda yaşıdları ilə bərabər ordu sıralarına yollanıb. Keçmiş ittifaqın Krasnoyarsk vilayətindəki Daxili Qoşun hissəsində xidmət edib. N.Qasımov 1991-ci ildə əsgəri borcunu yerinə yetirib doğmalarının yanına qayıdanda Qarabağ uğrunda qanlı döyüşlər başlamışdı. Sinəsində Vətən üçün döyünən ürək gəzdirən Natiq vaxt itirmədən könüllü olaraq döyüşlərə yollanmış, Qarabağın azadlığı uğrunda vuruşmağa tələsmişdi.

1992-ci il mart ayının ilk günləri idi. Artıq ermənilər dünyanı sarsıdan Xocalı soyqırımını törətmiş, onlarca azərbaycanlının qanını tökmüşdülər. İşğalçılar fevral ayının 25-dən 26-na keçən gecə bu qədim Azərbaycan şəhərinə hücum edərək günahsız, silahsız sakinləri qarlı meşələrdə, dağlarda amansızcasına qətlə yetirmişdilər. Min illərin tarixinə şahidlik edən Xocalını odlara qalamış, viran qoymuşdular. Xalqımızı sarsıdan Xocalı faciəsindən sonra ürəyi qisas və intiqam hissi ilə döyünən zabitlər, əsgərlər silahı yerə qoymamışdılar. İndi onlar Xocalıda amansızcasına öldürülmüş şəhidlərin intiqamını almaq istəyirdilər.

Natiqgilin bölüyü Xocalı rayonunun Pirlər kəndi istiqamətində döyüşürdü. O, yeddi əsgər yoldaşı ilə Alban kilsəsinin yerləşdiyi əlverişli yüksəklik uğrunda ölüm-dirim savaşına qalxmışdı. Gərgin döyüşdən sonra onun əsgər yoldaşlarının altısı da şəhid olmuşdu. Sağ qalan yeganə əsgər Natiq Qasımov düşməndən qorxub geri çəkilməmişdi. Əlverişli mövqedə yerləşən Alban məbədini özünə səngər seçərək erməni işğalçıları ilə döyüşünü davam etdirmişdi. Natiq harada döyüşürmüşsə, üçrəngli Azərbaycan bayrağını da özü ilə aparıb mövqedəki uca zirvədən asırmış. Bayraq yenə də erməni işğalçıları ilə təkbaşına döyüşən cəsur əsgərin başının üzərində dalğalanırmış. Ürəyi, qəlbi Vətən eşqi ilə döyünən cəsur əsgər 5 gün gecə-gündüz vuruşaraq düşmənləri abidəyə yaxın buraxmayıb. Ermənilər kilsədə xeyli döyüşçünün olduğunu zənn edirdilər. Sonda onlarla bacarmayacaqlarını, itki verəcəklərini görən daşnaklar hiyləyə əl atıblar. Əsirlərindən birini kilsənin içində döyüşənlərin yanına göndərib təslim olmayacaqları təqdirdə Xocalıdan olan 22 nəfər qadın və uşaqları güllələyəcəklərini bildiriblər. Başqa yolun qalmadığını görən, Xocalı sakinlərinin güllələnməsinə razı olmayan Natiq mart ayının 12-də kilsənin üzərindəki Azərbaycan bayrağını da özü ilə götürərək ermənilərə təslim olmuşdu. Kilsədə onlara qarşı yalnız bir əsgərin döyüşdüyünü görəndə ermənilər bu qəhrəmanlıq qarşısında heyrətə gəlmişdilər.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, Natiq Səlim oğlu Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!