21 Sentyabr 2025 09:00
528
CƏMİYYƏT
A- A+
Qəhrəmanlığı ilə yaddaşlara yazılan Azərbaycan əsgəri

Qəhrəmanlığı ilə yaddaşlara yazılan Azərbaycan əsgəri


Uzun illər idi ki, torpaqlarımızın işğaldan azad olunacağı, düşmən üzərində zəfər qazanılacağı günləri intizar içində gözləyirdik. O günlərin sevincini, fərəhini yaşamaq istəyirdik. İllər bir-birinin ardınca hiss olunmadan sıralanıb getsə də, təəssüflər olsun ki, ümidlərimiz çiçək açmırdı, ürəyimizdə dolaşan arzularımızın üzü gülmürdü. Ara-sıra keçirilən görüşlərdən, aparılan uzun-uzadı danışıqlardan ümidverici heç nə görünmürdü.

Artıq sülh danışıqalarına bəslənən ümidlər tükənmək üzrə idi. İşğalçılar bir sıra nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur, heç nəyə və heç kimə əhəmiyyət vermirdilər. Havadarlarına arxalanan ermənilər işğalçı olduqlarını da unudurdular, müxtəlif  bəhanələrlə danışıqlar prosesinə əngəl törədirdilər. Bəzən isə açıq-açığına, bəhanəsiz-filansız görüşlərdə iştirak etməkdən boyun qaçırırdılar.  

İllərdən bəri işğalda qalmış torpaqlarımızın qaytarılmasına ümid, inam ancaq və ancaq Azərbaycan əsgərinə, onun igidliyinə, qəhrəmanlığına idi. İşğalın davam etdiyi günlərdə görkəmli şair Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" şeiri xalqımızın dilindən düşmürdü. Yurdun, torpağın taleyindən rahatsız olan şair çox doğru deyirdi, düzgün yazırdı - yurdumuzu erməni işğalından yalnız və yalnız ürəyi Vətən sevgisi ilə döyünən vətənpərvər oğullarımız təmizləyə bilərdilər.

Azərbaycan əsgəri də yaxşı bilirdi ki, erməni işğalında qalmış torpaqları azad etmək onun ən müqəddəs borcu və başlıca vəzifəsidir. Buna görə də yorulmaq bilmədən təlimlərdə son döyüşə, düşmən üzərində Zəfər qazanmağa hazırlaşırdı. Bir-birindən cəsur olan hərbçilərimiz qəsbkarları işğal etdikləri ərazilərdən qovmağa hazır idilər - hər dəqiqə, hər an Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın döyüş əmrini gözləyirdilər. 

Hərbçilərimizin yurdumuzun azadlığı uğrunda döyüşə hazır olduqlarını həmişə görmüşdük, bu sözləri onların dilindən çox eşitmişdik. Hər dəfə də qürur hissi keçirmişdik. Cəbhə bölgələrinə ezamiyyətlərimiz zamanı zabit və əsgərlərimizdə hiss etdiyimiz, gördüyümüz yüksək döyüş ovqatı sabahkı zəfərlərimizin çox da uzaqda olmadığını göstərirdi. Həmişə mövqelərində ayıq-sayıq dayanan hərbçilərimizlə görüş və söhbətlərimizdə onlar deyirdilər ki, ermənilər heç vaxt danışıqlar yolu ilə torpaqlarımızdan çıxmayacaqlar. Çünki mövqelərində çox möhkəmləniblər, geri addım atmaq fikrində deyillər. Düşmən danışıqlar prosesini qəsdən uzadır, arada yaranmış vaxtdan istifadə edərək müasir olan silah-sursat alır, döyüşlərə hazırlaşır. Danışıqlar masası arxasında oturmaq istəməyən yağıları ancaq silah gücünə torpaqlarımızdan qovmalıyıq. İlan ulduz görməyincə ölmədiyi kimi, işğalçı ermənilər də gücümüzü üzərlərində görməsələr, qüdrətimizi hiss etməsələr işğalda saxladıqları ərazilərimizdən heç vaxt geri çəkilməyəcəklər. 

Yəqin bu səbəbdən idi ki, vətənpərvərlik mövzusunda olan söhbətlərimiz zamanı həmişə hərbçilərimizi yüksək döyüş ovqatında görürdük. Onlar düşmən üzərinə atılmaq, yurdumuzun azadlığı uğrunda vuruşmaq və Zəfər qazanmaq üçün hazır idilər. Həmin anlarda düşünürdük ki, əgər torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayarsa, ordumuz qısa müddət ərzində erməni işğalçılarını məğlubiyyətə uğradıb qalib gələcək, ərazilərimizi qəsbkarlardan azad edəcəklər. Həmişə zabit və əsgərlərimizlə bu ovqatla, bu inamla görüşür, elə bu ovqat və inamla da onlardan ayrılırdıq. 

Həmin anlar təpədən-dırnağadək silahlanaraq torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmış Vətən təəssübü çəkən qeyrətli oğulları yurdumuzun sabahkı xilaskarları kimi görürdük. Dərindən köks ötürə-ötürə bir az təhlükəsiz yerlərdən işğal altında olan ərazilərimizə, kəndlərimizə, şəhərlərimizə baxırdıq. Yağılar tərəfindən uçurulub-dağıdılmış evləri görəndə ürəyimiz ağrıyır, qəlbimiz göynəyirdi. Hiss edirdik ki, qəsbkarların işğalında qalmış torpaqlarımız sanki ayaq tutub üstümüzə yerimək, dil açıb danışmaq istəyir. İstəyir ki, tezliklə əsl sahiblərini qoynuna alsın, düşmən əsarətindən qurtulsun, qəsbə son qoyulsun. 

Bunu təkcə işğalda qalmış torpağımız, yurdumuz, kənd və şəhərlərimiz istəmirdi. Bu arzular, bu istəklər xalqımızın da dilindən düşmürdü, ürəyindən çıxmırdı. Yaxşı xatırlayırıq ki, hər dəfə üz-gözündən qəhrəmanlıq yağan əsgərlərimizlə görüşəndə hərbçilərimizin hamısı yurdumuzu işğaldan azad etməyə hazır olduqlarını deyirdi. Yaxşı bilirdik ki, onlar bunu yalnız söz xatirinə demirdilər. Çünki onların səsində qətiyyət var idi. Onu da bilirdik ki, bu qətiyyətin arxasında məğlubedilməz güc, qüdrət, xalqı sevindirəcək zəfər, doğma ocaqlara sevgi və məhəbbət, qayıdışa böyük bir təşnəlik var. Bütün bunlar mütləq və mütləq zabit və əsgərlərimizi düşmən üzərinə aparacaq, torpaqlarımızı işğaldan azad edəcəkdi. 

27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda xalqımızın Azərbaycan əsgərinə bəslədiyi ümidlər, inamlar özünü doğrultdu. Savaşın elə ilk günlərindən ordumuzun cəsur zabit və əsgərləri qorxmadan düşmən üzərinə atıldılar. Uzun illərdən bəri torpaqlarımızı işğalda saxlayan erməni qəsbkarları Azərbaycan əsgərlərinin hünəri, cəsarəti və rəşadəti qarşısında çox duruş gətirə bilmədilər, ağır itkilər verərək geri çəkildilər. Xalqımız Azərbaycan Ordusunun uğurlarını eşitdi, zəfərlərini gördü. Zəfər xəbərlərini eşitdikcə yadımıza əsgərlərin səngərlərdə bizə dedikləri "torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırıq" kəlmələri düşdü. Gərgin döyüşlərdən sonra kənd və şəhərlərimiz bir-birinin ardınca işğaldan azad edildi. Sevincdən ürəyimiz fərəhlə doldu, gözlərimiz yaşardı.

Yurdunu, torpağını, Vətənini sevən və onu göz bəbəyi kimi qoruyan hərbçilərimiz düşmən üzərində Azərbaycan xalqına böyük sevinc bəxş edən uğurlar və zəfərlər qazandılar. Erməni qəsbkarlarını ağır məğlubiyyətə uğradıb geri sıxışdıran rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı işğaldan azad etdi. Yurdunu, torpağını ürəkdən sevən Azərbaycan əsgəri son nəfəsinədək içdiyi hərbi anda sadiq qaldı, verdiyi vədin, dediyi sözün üstündə dayandı. 

Sevincə, fərəhə büründüyümüz belə xoş anlarda ürəyimizdən dilimizə bu sözlər süzülüb gəlir: "Xalqımız həmişə səninlə fəxr edəcək, Azərbaycan əsgəri! Çünki sən qəhrəmansan, sən məğlubedilməzsən, sən igidsən, Azərbaycan əsgəri! Yazıçı və şairlərlərimiz zaman-zaman sənin qəhrəmanlığının şəninə şeirlər, poemalar, hekayələr, romanlar yazacaq, bəstəkarlarımız bir-birindən dəyərli nəğmələr bəstələyəcək. Sən tarixin daş yaddaşında əbədi olaraq cəsarətli, igid kimi qalacaqsan! Sən qazandığın zəfərlərlə əbədi olaraq qəhrəman kimi heykəlləşəcəksən, igid kimi tarixləşəcəksən, Azərbaycan əsgəri!"


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!