13 Yanvar 2022 15:42
2100
DÜNYA
A- A+
Qədim Misir təbabətinin sirləri

Qədim Misir təbabətinin sirləri

 

Arxeoloqlar qədim Misir məzarında unikal bir fakt aşkar ediblər. Onlar 2000 il əvvəl ölmüş qızın mumiyalanmış cəsədində kətan bintlə sarılmış yara tapıblar. Müəyyən edilib ki, qədim misirlilər ilk fironların hakimiyyətə gəlməsindən təxminən min il əvvəl, yəni 6 min il öncə kiçik cərrahiyyə əməliyyatları, o cümlədən qırıq sümüklərin birləşdirilməsi sahəsində böyük təcrübəyə malik olublar. Onlar, həmçinin papiruslarda reseptləri göstərilmiş çoxsaylı dərmanlardan istifadə ediblər.

AZƏRTAC “Egypt Today” nəşrinə istinadla xəbər verir ki, Qədim Misir təbabətinin bir çox hallarda magiya ilə əlaqələndirilməsinə baxmayaraq, tibbi tədqiqatlar müalicənin effektivliyinin və əczaçılıq kompozisiyalarının 1973-cü ildə nəşr olunan Britaniya Əczaçılıq Konstitusiyasına 37 faiz uyğun olduğunu müəyyən edib. Kahinlərin papiruslarda qeydə aldıqları tibbi mətnlərdə müayinə, diaqnoz və müalicənin müasir standartlara görə tamamilə düzgün olduğu aşkarlanıb. İlk misirlilərin anatomik bilikləri onların insan bədənini qorumaq üçün ölülərin mumiyalanmasına olan marağından irəli gəlirdi. Qədim Misir həkimi təkcə misirlilər arasında mühüm statusa malik deyildi, o, həm də böyük loğman biliyi və şöhrəti ilə Misirlə qonşu ölkələrdə də məşhur olub.

Bəzi qədim Misir əlyazmalarında böyük kahinlərdən biri İmhotepin qədim Misirdə təbabətin banisi hesab edildiyi qeyd olunur. Onun həm də heroqlif yazının yenilikçisi olduğuna inanılır. Bu səbəbdən qədim misirlilər sonrakı dövrlərdə İmhotepi “şəfa tanrısı” adlandırıblar.

Yunan tarixçisi Diodorus yazırdı ki, Qədim Misirdə həkim yetişdirmək üçün “Həyat evi' adı verilən məktəblər olub. Papiruslarda üç tibb sağlıq personalından bəhs edilir: həkimlər, bədəndən cin çıxaran kahinlər, nəbz dinləyənlər və damar xəstəliklərini müalicə edən cərrahlar. Bu cərrahlar “Sekhmet kahinləri” adlanırdı. Fironların saraylarında həkim olanlar isə xüsusi təhsil almalı idilər.

Qədim Misirdə cərrahiyyə bədəni yaracaq qədər irəliləməsə də, sünnət və boyun ətrafında bəzi əməliyyatlar aparılırdı. Sünnət isə misirlilər üçün məcburi idi və Ebers papirusuna əsasən, bu əməliyyat 14 yaşına çatmış uşaqlar üzərində aparılırdı. Bundan başqa, xəstəliklər əczaçılıq vasitələri, masaj, aromaterapiya ilə sağaldılır, eyni zamanda, pasiyentlərin müalicəsində gigiyenaya vacib şərt kimi əməl edilirdi. Müasir təbabətdə geniş istifadə olunan antibiotik dərmanlarının kökü də Misirdən gəlir. Belə ki, Qədim Misirdə infeksiyaları kifli çörək ilə müalicə edirdilər.

Misirin “Əl-Tibbi” elektron jurnalında dərc edilən “Qədim Misir təbabəti” adlı məqalədə qeyd olunur ki, qədim misirlilər ruh sağlığını fiziki sağlamlığın əsas şərti hesab edirdilər. Ağır xəstəliyə düçar olmuş insanlara isə tanrılara dua etmək məsləhət görülürdü. Bununla yanaşı, fironlar və kahinlər xəstəliklərin qarşısını almaq üçün orqanizmin immun sistemini gücləndirir və xüsusi pəhriz saxlayırdılar. Onlar çoxlu soğan, sarımsaq yeyir, antioksidantlarla və A vitamini ilə zəngin qidalar qəbul edirdilər. Bütün bunlar xəstəlik riskini aşağı salırdı. Qədim mənbələrdə fironların gigiyena qaydalarına da ciddi riayət etdikləri, gündə ən azı iki dəfə isti su ilə yuyunduqları qeyd olunub.

Alimlər qeyd edirlər ki, Ptolemey dövründə İsgəndəriyyədə tibb elmi zirvəyə çatıb və bu şəhər elm, mədəniyyət və təbabət mərkəzinə çevrilib. Qədim Misir təbabəti Yunanıstanda, sonralar bütün Avropada tibb elminin inkişafına böyük təsir göstərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!