26 Aprel 2024 11:19
245
DÜNYA
A- A+

Çin yeni texnologiya əsasında beyin çipi hazırlayıb

 

Çin dövlət tərəfindən dəstəklənən özəl şirkət “Neuralink” startapı tərəfindən hazırlanmış texnologiyaya bənzər beyin çipini təqdim edib. “Beijing Xinzhida Neurotechnology” şirkəti “Neucyber” adlı beyin-kompüter interfeysi (BCI) implantı hazırlayıb. Yeni implant meymun üzərində sınaqdan keçirilib. Çin şirkəti texnologiyanın müstəqil şəkildə inkişaf etdirildiyini və ölkənin ilk yüksək keyfiyyətli invaziv BCI-yə malik olduğunu bildirib.
“Xinzhida Neurotechnology” şirkətinin nəzarət səhmdarı Pekin bələdiyyəsinin dövlət aktivlərinin tənzimləyicisidir. Çinli alimlər və Sinxua agentliyi İlon Maskın beyin çipinin işə salınmasından bəhs etməsə də, bu yeni məhsulun Pekində keçirilən illik texnoloji əsaslı Jonquancun Forumunda nümayişi Çinin “Neuralink” şəbəkəsini ələ keçirmək məqsədini vurğulayır.
Bu proses Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin keçənilki Jonquancun Forumunda BCI texnologiyasını mühüm mütərəqqi inkişaf edən texnologiya kimi təsnif etməsindən sonra başlayıb.


Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video