06 Mart 2024 08:05
1518
İQTİSADİYYAT
A- A+
"Qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır"

"Qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır"

 

Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi geniş rezonans doğurub

 

"Cənub qaz dəhlizi" layihəsinə başlananda bu ideyanı dəstəkləyənlərlə yanaşı,  onun gələcəyinə inanmayanlar və şübhə ilə yanaşanlar da az deyildi. Belə bir mövqe sərgilənirdi ki, guya Azərbaycan bu ideyanı reallaşdırmaqda aciz qalacaq və onu həyata keçirə bilməyəcək. 
"Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi". Bu sözləri Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsində deyib. 
Beləliklə, Azərbaycan aparıcı beynəlxalq maliyyə institutlarını dəvət etdi, ölkələr və şirkətlər arasında yüksək əməkdaşlıq münasibətləri yarada bildi: "Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var". 
Azərbaycan bu layihənin reallaşması ilə enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdirə bildi. 
Digər tərəfdən isə bərpaolunan enerji layihələrinin həyata keçirilməsində, həqiqətən də, Azərbaycanın tutduğu mövqe uğurludur. Dövlət başçısı belə hesab edir ki, bu, bizim ümumi "yaşıl enerji" gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir: "Çünki qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik". 
Qeyd etmək lazımdır ki, bütün dünyada ekologiya ciddi problemlərlə üzləşdiyi kimi, Azərbaycanda da vəziyyət o qədər asan deyil. Dünyada baş verən ekoloji problemlərin böyük bir qismi Azərbaycanda özünü büruzə verməkdədir. Belə ki, hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır, dənizdə yaşayan heyvanların sayı və növləri də seyrəlir. Baş verən ağrılı prosesləri izləmək üçün heç də böyük biliklərə ehtiyac yoxdur, bir çox halda sadə müşahidələr də çox şeyi sezməyə imkan verir. Qlobal iqlim dəyişikliyinin fəsadları göz qarşısındadır. Çaylarımızda su azalır və getdikcə quruyan çayların sayı sürətlə artmaqdadır. Əgər həmişə dağlarda ilboyu qar qalardısa, indi bu da belə deyil. Qar həm az yağır, həm də daha tez əriyir. Daha dəhşətlisi isə Xəzər dənizində suyun səviyyəsinin azalmasıdır. Bir sözlə, ekoloji problemlərin buketi Azərbaycanı bütün imkanlarını səfərbərliyə almağa sövq edir. 
Dövlət başçısı qeyd edir ki, əgər biz indidən enerji məsələləri ilə məşğul olmasaq, gələcəkdə hamımız əziyyət çəkəcəyik. Bu istiqamətdə bərpa-olunan enerji layihələri xüsusi əhəmiyyət kəsb edir. 
Burada Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına diqqət yetirmək yerinə düşərdi. Belə ki, onların hesablamalarına görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 157 giqavat təşkil edir. Dövlət başçısının mövqeyi belədir ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə edilməli və daxili bazarda təbii qaz istehlakı azaldılmalıdır. 
"Euronews" Prezident İlham Əliyevin müsahibəsində maraqlı mövqeyini dəstəklədi: "Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil... Onlar ətraf mühitin mühafizəsi və "yaşıl enerji"yə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir". 
Prezident İlham Əliyev belə hesab edir ki, artıq bu işdə bir qədər mövzu dəyişilməlidir: "Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacardıq". 
Azərbaycanın bir çox neft ölkəsindən fərqi onda oldu ki, biz nefti inkişafa çevirdik, sərvətlərin ədalətli paylanmasını təmin etdik. Dövlət başçısı onu diqqətə çatdırdı ki, son 20 ildə biz ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Bu rəqəmin 10 dəfə aşağı düşməsi böyük göstəricidir. Eyni zamanda qazıntı yanacağının təhlükəli olması və günahın  bu ehtiyata sahib olan ölkələrin üstünə yıxılmasını Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi: "Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və "yaşıl enerji" gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin". 
Faktiki olaraq Azərbaycan dünya iqtisadiyyatı qarşısında enerji resurslarından daha səmərəli istifadə etmənin yeni yollarını təqdim edir. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!