28 Mart 2024 13:21
286
İQTİSADİYYAT
A- A+

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər  

 

Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağına ümid edirik.

AZƏRTAC xəbər verir ki, bu fikri martın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Haynan adasında keçirilən Asiya naminə Boao Forumunun illik konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Qazaxıstanın dövlət başçısı Asiya ilə Avropa arasında tədarük zəncirini etibarlı şəkildə təmin edən Orta Dəhlizin həm mövcud, həm də yeni nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün səyləri artırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Çinin Haynan adasında Asiya naminə Boao Forumunun “Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət” mövzusunda illik konfransı keçirilir. Tədbirdə 60 ölkədən təxminən 2 min nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, parlament rəhbərləri, dövlət rəsmiləri, elm adamları, beyin mərkəzlərinin nümayəndələri iştirak edir. Konfransın panel iclaslarında dünya iqtisadiyyatı, elmi və texnoloji innovasiya, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və digər mövzularda müzakirələr aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video