22 Oktyabr 2025 14:59
438
İQTİSADİYYAT
A- A+
Qazaxıstan-Azərbaycan biznes-forumu keçirilib  

Qazaxıstan-Azərbaycan biznes-forumu keçirilib  


Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes-forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Astana şəhərində nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan-Azərbaycan biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini artıracaq.

İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon dollara çatıb. Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.

Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, “KAZAKH INVEST” Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və “Azerconnect Group” şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəşt və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzularda çıxış ediblər.

Tədbirdə Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov imzalayıblar.

Memorandum Azərbaycanın KOB evi modeli təcrübəsinin Qazaxıstanda tətbiqi imkanlarına dair əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, KOBİA sahibkarlara vahid məkanda xidmət modeli olan KOB evinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı təcrübəsini Qazaxıstanın Xarici Ticarət Palatası ilə bölüşəcək, bu məqsədlə təlimlərin və səfərlərin təşkili, zəruri hüquqi bazanın yaradılması üçün məsləhət dəstəyi, KOB evlərində göstərilən xidmətlərin Qazaxıstanda KOB-ların ehtiyaclarına uyğunlaşdırılmasına kömək, eləcə də KOB-lar üçün dəstək infrastrukturu, innovativ və rəqəmsal xidmətlərin inkişafına yönəlmiş layihələr haqqında məlumat mübadiləsi və s. nəzərdə tutulur.

Səfər çərçivəsində KOBİA nümayəndələri Azərbaycan-Qazaxıstan Biznes Şurasının 3-cü iclasında da iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Biznes Şuranın iki ölkənin sahibkarları arasında əməkdaşlıq, təcrübə və tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm platformaya çevrildiyini və Agentliyin belə platformaları dəstəklədiyini qeyd edib. Bildirilib ki, KOBİA Biznes Şura çərçivəsində biznes missiyaların və görüşlərin təşkilini, iş adamlarının iştirakı ilə birgə layihələrin icrasını dəstəkləyir.

Həmçinin KOBİA nümayəndələri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi, səfir Kairat Sarybay ilə görüşüb. AQEM-in Astanadakı yeni qərargahında keçirilən görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə Biznes Şura çərçivəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub. Qeyd edək ki, AQEM Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.

Tədbir çərçivəsində B2B və B2C formatında görüşlər keçirilib.

Forum çərçivəsində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib. İclasda şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsində və biznes subyektləri arasında təmasların artmasında rolu, sahibkarlara göstərilən dəstək barədə müzakirələr aparılıb. İclasın sonunda hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlər qarşılıqlı işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!