29 Noyabr 2025 08:35
577
İQTİSADİYYAT
A- A+
Qazaxda gələn ilin məhsulu üçün görülən işlərin vəziyyəti müzakirə olunub

Qazaxda gələn ilin məhsulu üçün görülən işlərin vəziyyəti müzakirə olunub


Qazax rayonunda  2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və payız suvarması ilə bağlı görülən işlər müzakirə edilmişdir. 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən danışmış, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatında məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet sahələrindən olduğunu diqqətə çatdırmışdır. Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların müsbət nəticələr verdiyini deyən R.Babaşov kənd təsərrüfatının inkişafının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malik olduğunu vurğulamışdır: "Odur ki, Qazax rayonunda da aqrar sektorun inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, rayonda əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq xeyli yüksəlmişdir".  

RİH-in başçısı əkin sahələrinin vaxtında suvarılması, əkinçilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görüldüyünü  diqqətə çatdıraraq demişdir ki, rayonda əkin sahələrinin vaxtında suvarılması, fermerlərin suvarma suyundan korluq çəkməmələri üçün sudan qənaətlə istifadə edilməsinə diqqətlə yanaşılır.

Sonra Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış etmişdir. Məlumat vermişdir ki, 2026-cı ilin məhsulu üçün 6800 hektarı arpa, 4700 hektarı buğda olmaqla, 11500 hektarda taxıl səpini nəzərdə tutulmuşdur. Son məlumata görə, 5480 hektarda arpa, 4160 hektarda buğda, ümumilikdə 9640 hektardas səpin aparılmışdır. 

Bitki Mühafizəsi İdarəsinin rəisi Faiq Bəkirov isə bildirmişdir ki, indiyəcən   133,3 hektarda zərərvericilərə qarşı kimyəvi mübarizə işləri aparılmışdır. 8 kənddə, o cümlədən İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Aslanbəylidə 28,30 hektarda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri görülmüşdür. 

Müşavirədə aqrar sektorla əlaqəli olan idarə və təşkilatlara tapşırıqlar verilmiş, nöqsanların tezliklə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!