19 Fevral 2026 18:11
170
SİYASƏT
A- A+
Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir  

Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir  


ATƏT Parlament Assambleyasının qış sessiyası Avstriyanın paytaxtı Vyana şəhərində öz işinə başlayıb. Sessiya çərçivəsində ATƏT məkanında sülh, təhlükəsizlik və əməkdaşlıq sahəsində müzakirələr keçirilir. Milli Məclisin nümayəndə heyəti də sessiyanın işində iştirak edir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov “Ukraynada və onun hüdudlarından kənarda Helsinki prinsipləri uğrunda mübarizə: müfəssəl təhlükəsizlik əsasında regional sülhün təmin edilməsi” mövzusunda keçirilən debatda çıxış edib.

Q.Məmmədov Helsinki Yekun Aktının əhəmiyyətini vurğulayaraq bildirib ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri ardıcıl və ikili standartlara yol verilmədən qorunmalıdır. Bu prinsiplərin selektiv şəkildə tətbiqinin ATƏT məkanında hərtərəfli təhlükəsizliyi sarsıtdığını bildirən deputat deyib: “Ukraynada davam edən müharibə regional və qlobal sabitlik üçün ciddi çağırış olaraq qalır. Biz Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə möhkəm dəstəyimizi bir daha bildiririk. Ukraynaya humanitar yardım göstərməklə praktiki dəstəyimizi davam etdiririk.

Ermənistan və Azərbaycan arasında baş verən müsbət proseslər sülhün mümkün olduğunu göstərir. 2025-ci ilin avqust ayında keçirilmiş Vaşinqton Sülh Sammiti Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi dönüş nöqtəsi oldu. Amerika Birləşmiş Ştatlarının, xüsusilə də sülh prosesinin möhkəmləndirilməsinə töhfə vermiş Prezident Trampın konstruktiv rolunu yüksək qiymətləndiririk. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana və Ermənistana son səfəri ABŞ-nin regionumuzda sülhə, bağlantılara və inkişafa davamlı sadiqliyinin güclü siqnalı oldu.

Bu gün isə Azərbaycan və Ermənistan faktiki olaraq sülh şəraitində yaşayır. Sülh hər iki ölkəyə daha çevik xarici siyasət yürütməyə və xalqlarının rifahı naminə əməkdaşlığın istifadə olunmamış potensialından yararlanmağa imkan verir. Birbaşa ikitərəfli danışıqların ən səmərəli irəliləyiş yolu olduğu sübut edilib. Hökumətlər, parlamentlər və vətəndaş cəmiyyəti arasında müntəzəm təmaslar mövcuddur. Ticarət və tranzit sahəsində real əməkdaşlıq formalaşır. Bu dinamikanı qorumaq üçün maneələrin tam aradan qaldırılması və öhdəliklərin tam icrası zəruridir. Bu baxımdan, TRIPP-in vaxtında reallaşdırılması sülh prosesinin düzgün istiqamətdə davam etməsi üçün həyati əhəmiyyət daşıyır”.

Q.Məmmədov ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının aktual və zəruri olduğunu qeyd edərək, səhvlərdən nəticə çıxarmağın, konsensus prinsipinin və əməli nəticələrə yönələn fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib YENİLƏNİB-4  

00:17
20 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib  

23:51
19 Fevral

Hikmət Hacıyev: 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur  

22:23
19 Fevral

Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq

21:11
19 Fevral

Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib  

20:59
19 Fevral

ABŞ Prezidenti: İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz  

20:07
19 Fevral

ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq

19:59
19 Fevral

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib  

19:55
19 Fevral

ABŞ-nin Vitse-prezidenti: Siz əla liderlik nümayiş etdirdiniz  

19:48
19 Fevral

Tramp: İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam  

19:07
19 Fevral

DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub

18:57
19 Fevral

Donald Tramp: Sülh Şurası istənilən ölkəyə açıqdır

18:46
19 Fevral

Xəzər dənizində zəlzələ olub

18:38
19 Fevral

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya edilib  

18:33
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib-YENİLƏNİB 

18:28
19 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

18:22
19 Fevral

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  

18:17
19 Fevral

Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb  

18:13
19 Fevral

Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir  

18:11
19 Fevral

Kollegiya: 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1-nə xəbərdarlıq edilib, 1-i isə cərimələnib  

17:53
19 Fevral

Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub  

17:43
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!