09 Oktyabr 2025 08:15
1024
SİYASƏT
A- A+
Qardaş töhfəsi

Qardaş töhfəsi


Dövlətimiz üç onillik boyu işğal altında olan, talan edilərək xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparır. Yaşayış məntəqələri yenidən salınır, infrastruktur qurulur. 

2022-ci ildən etibarən həmin yerlərə mərhələli şəkildə qayıdış həyata keçirilir. İndi on minlərlə insanın yaşadığı, işlədiyi və təhsil aldığı bu ərazilərdə yenidən həyat qaynayır.  Qarabağ və Şərqi Zəngəzurda qardaş ölkələr - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Türkmənistan və Türkiyə tərəfindən quruculuğa dəstək verilməsi isə həm Azərbaycan xalqı, həm də ümumilikdə "türk dünyası ailəsi" adına yaşanan qürurverici məqamlardandır.  

  Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı bu dəstəyin növbəti təntənəsini yaşadıq. Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Zirvə görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoydular. 

"Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi - bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq", - deyə TDT-nin Dövlət Başçıları Şurasının Zirvə görüşü zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bu töhfəyə görə qardaşlara təşəkkürünü bildirdi. 


Həmrəyliyin təzahürü 


Türkdilli dövlətlərlə hərtərəfli əlaqələr Azərbaycanın xarici siyasətində daim prioritet kimi müəyyənləşdirilir. Hələ 44 günlük müharibəyə qədərki dövrdə də ölkəmiz türk dövlətləri ilə yüksəksəviyyəli əlaqələr quraraq türk dünyasının birliyi naminə mühüm işlər görürdü. Şuşa qələbəsi isə "türk dünyası ailəsi"nin həmrəyliyini zirvəyə daşıyan misilsiz hadisə oldu. Bu zəfər milli köklərimizlə, dilimizlə, mədəniyyətimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin birliyini daha da sarsılmaz etdi. Vətən müharibəsinin 44 günü ərzində də türk dünyasının qəlbi Azərbaycanla döyündü, qələbələrimiz böyük coşqu ilə qarşılandı. Həmin vaxt ən ali səviyyədə qardaş Türkiyənin siyasi, mənəvi dəstəyini hiss etməsi həm savaş meydanında düşmənlə döyüşməyə, həm də beynəlxalq arenada qərəzli siyasi güclərlə mübarizə aparmağa ölkəmizə əlavə ruh və qüvvət verdi. 

Qardaş Türkiyə və Azərbaycan arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin türk birliyinin güclənməsinə mühüm təsiri oldu. 

6 iyul 2024-cü ildə Qarabağda türk dünyasının həmrəyliyi adına daha bir tarixi hadisə yaşandı. Sözügedən tarixdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın mədəniyyət paytaxtında keçirildi. Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qırğız Prezidenti Sadır Japarovun, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin, ümumiyyətlə, türkdilli dövlətlərdən olan xeyli mötəbər şəxsin iştirak etməsi, burada Qarabağ Bəyannaməsini imzalamaları mühüm əhəmiyyət daşıdı.  Qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür: "Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər".


Dost hədiyyəsi 


Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərində Böyük qayıdışı həyata keçirmək üçün apardığı quruculuq işlərinə töhfələr vermələri qardaşlıq həmrəyliyinin daha bir təcəssümüdür. 

2023-cü ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 

Ötən ilin martında Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Dövlətimizin rəhbəri İlham Əliyevlə birgə açılış mərasimində iştirak edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki,  bu mərkəz Qazaxıstan xalqı adından hədiyyədir: "Bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq". 

3 iyul 2025-ci ildə Prezident İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Dövlət başçıları, Qırğızıstan tərəfindən tikilən Ayköl Manas adına 528 şagird yerlik tam orta məktəbin açılışını həyata keçirdilər. 

Macarıstanın maliyyə dəstəyi ilə Cəbrayılda məktəb binasının tikilməsi, həmçinin bu il oktyabrın 7-də Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin təməlinin qoyulması türkdilli dövlətlərin bir-birlərinə göstərdikləri dəstəyə bariz nümunələrdir. 

Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Zirvə görüşündə iştirak edən digər dövlət və hökumət başçıları tərəfindən onlayn formatda təməli qoyulan və ümumi ərazisi 1 hektardan çox olacaq məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinin timsalında, bütün bunlar, türk dünyasının birliyinin uğurlu bəhrələridir. Bu, həm də onu göstərir ki, qardaş xalqlar və dövlətlər daim bir-birilərinə arxa-dayaq durur, kədərdə də, sevincdə də bir yerdə olub həmrəylik göstərirlər. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!