08 Avqust 2023 10:30
435
İDMAN
A- A+
Qardaş derbisinə doğru

Qardaş derbisinə doğru

 

"Neftçi" "Beşiktaş"la qarşılaşmada nələrə diqqət yetirməlidir ?

 

Avqustun 10-da  UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk qarşılaşmalar keçiriləcək. Turnirdə mübarizə aparan komandalarımızdan "Neftçi" doğma arenada Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək. İki qardaş ölkə təmsilçilərinin duelində hansı komanda favoritdir? Bu suala cavab tapmaq üçün futbolçular və oyun planları üzərindən təhlil vermək daha faydalı olardı.
Ümumiyyətlə, reallığı qəbul etmək lazımdır ki, "Beşiktaş" kağız üzərində favoritdir. İstanbul klubunun yarımmüdafiə xəttinin əsas fiqurlarından olan Qedson Fernandes-Amir Hadcıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda rəqibdən top almalarda ən önəmli qüvvədirlər. Əsas şərt Fernandeslə bu futbolçuların bağlantısını kəsməkdir. Bunun üçün də çox yaxın oynayaraq, elə bir basqı qurulmalıdır ki, ikili mübarizələrdə bu bağlantını qopara biləsən. "Beşiktaş"ın hücumlarının qurulması, təşkili həmişə Fernandesdən başlayır. Onun sürəti və drinblinqləri hesabına komanda hücumda çoxalmağı bacarır. Bu baxımdan "Neftçi" onu zərərsizləşdirə bilsə, qonaqlar topa sahib olmada və hücumda çoxalmada ciddi problemlərlə üzləşəcəklər. Eddi İsrafilovun, Emin Mahmudovun və Ataa Caberin üzərinə böyük iş düşəcək. Fernandes çox sürətlidir, onu saxlamaq üçün də Eddi ilə Ataa gərək indiyəcən göstərdikləri performansdan daha artığını nümayiş etdirsinlər.
"Beşiktaş"ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakardır. Burada da "Neftçi"də müdafiəçilər Matiasla Tamasın işi asan olmayacaq. Xüsusən cinah müdafiəçiləri ilə stopperlər mövqe seçimində, bir-birilərini sığortalamaqda çox diqqətli olmalıdırlar. Matias və Tamas qırmızı vərəqə almamaq üçün ikili mübarizələrdə ayıq olmalıdırlar. Matias topa müdaxilədə zamanlama səhvi etməməlidir.
Qonaq komandaya qarşı oynayarkən  hücumları sol cinahdan təşkil etmək daha yaxşı olardı. Çünki Artur Masuaku qırmızı vərəqə aldığına görə bu mövqedə Umut Meraş çıxış edəcək və bu, həmin bölgədə ciddi problem yaşadacaq. Bakıda keçirilən qardaşlıq oyununda "Sabah"la matçı da xatırlasaq, Meraş hücuma qoşularkən geri dönməkdə çətinlik çəkir və Aleksey Kaşuk iki dəfə bu fürsətdən istifadə etmişdi.
Sol mərkəz müdafiəçisi Omar Koli də təzə gəlib və Meraşla anlaşmada, mövqe sığortalamasında ciddi problemləri var. "Neftçi" həmin cinaha uzun ötürmələrlə qol epizodları yarada bilər. 
Bunlara paralel olaraq qazanılan topları tez bir zamanda zonalara yaymaq lazımdır. Topu komandamız çox saxlayacağı təqdirdə irəliyə gedə bilməyəcək. Hacıahmetoviç, Uçan və ya sağ cinahda Onur Bulut və Valentin Rosyer çox sürətlidirlər. O cinahdan hücum qurmaq çətin olacaq. Qısası, üstünlük əldə etmək üçün ilk növbədə rəqibin yarımmüdafiə xəttini dayandırmaq lazımdır. Xüsusən də Fernandeslə Hacıahmetoviçi. "Neftçi" bu iki nəfər arasında ötürmə bağlantısına imkan verməsə, həm topa daha çox sahib olacaq, həm də boş zonalar tapacaq. Topa nəzarət "Beşiktaş"a verilsə, bu, müəyyən problemlər yarada bilər.
Komandamız ancaq öz oyununu oynayıb, ələ keçirilən toplarda dərhal əks-hücum qurmaqla, müdafiənin arxasına verilən ötürmələrlə "Beşiktaş"ın sol cinahına ciddi təhlükə yaşada bilər. Oyunçularımız Abubakara qarşı da diqqətli olmalıdırlar. O, həm toplu, həm topsuz epizodlarda çox fərqli oynayır. Sonda bir daha vurğulayaq ki, yenilməyən rəqib yoxdur, yetər ki, onlar qədər meydanda mübarizə aparasan.
Uğurlar, "Neftçi"!

Elçin CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!