05 Sentyabr 2024 08:45
1086
İQTİSADİYYAT
A- A+
Qarabağın "yaşıl enerji"si

Qarabağın "yaşıl enerji"si

 

İşğaldan azad olunmuş ərazilərə bu yaşıllığı bəxş edən Azərbaycanın ekoloji siyasətidir

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə növbəti səfəri də bir sıra obyektlərin təməlqoyma və açılış mərasimləri ilə tarixə düşdü. Azərbaycanın cənnətməkan guşəsində geniş vüsət alan bu inşaat işləri - yaşayış komplekslərinin tikintisi, sosial-kommunal infrastrukturun yaradılması, elm, təhsil, mədəniyyət, istirahət-müalicə obyektlərinin açılışı ilə yanaşı, "yaşıl dünya"ya verilən möhtəşəm töhfələr dövlətin iqlim dəyişmələri ilə mübarizədə nə qədər səmərəli və ardıcıl mövqeyini göstərdi. 
Xəbər verildiyi kimi, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi strategiyasına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su-Elektrik Stansiyası Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Təkcə bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi Qarabağ və Şərqi Zəngəzurda 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci anoloji obyektdir. 
"Azərenerji"nin rəhbəri Baba Rzayev məlumat verdi ki, "Yuxarı Vəng" SES-ə su iki mənbədən - "Nadirxanlı" SES-in çıxışından və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib. Layihə "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə yerli mütəxəssislərlə yanaşı, Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.
Prezident İlham Əliyevin işə saldığı "Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Layihə BMT-nin iqlim dəyişmələri ilə mübarizə və "yaşıl enerji"yə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin "yaşıl enerji" inkişafına sadiqliyini göstərir.
Məlumdur ki, işğaldan azad edilən şəhər və kəndlərimizə qayıdan əhalinin işlə təminatı da vacib məsələlərdən sayılır. Deməli, stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər sakinlərinin işlə təmin olunması nəzərdə tutulur. Dövlətimizin başçısının Kəlbəcərdə 4,3 MVt gücündə "Zar" Kiçik Su-Elektrik Stansiyasının (KSES) və SCADA sistemi vasitəsi ilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" KSES-in açılışını etdiyini də nəzərə alsaq, təkcə enerji sektorunun məşğulluğa böyük töhfələr verdiyini söyləmək mümkündür.
Ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə "yaşıl enerji" hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerji sisteminə ötürülür ki, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, "yaşıl enerji" istehsalının tam şəkildə təmini və artıq qalan enerjinin mərkəzi enerjisistemə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatmaq yolunda mühüm addımdır.
Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri "yaşıl enerji" zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə barədə tapşırıqlarına əsasən, "AzərEnerji" ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su-elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu stansiyaların gələn ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. 

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!