16 Sentyabr 2025 16:09
488
SİYASƏT
A- A+
Qarabağın və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir 

Qarabağın və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir 

Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqda davam edir. Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salınıb. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış olub, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb. Dövlət başçımız bəyan edib ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, hər kəs 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Azərbaycanın yazdığı tarixdən danışır. Uzun illər işğaldan əziyyət çəkən ölkəmiz hər zaman sülh tərəfdarı olub. Bununla belə, Ermənistan havadarlarının dəstəyi ilə işğalı davam etdirib. Çünki onlar hesab edirdilər ki, müharibə olmayacaq. “Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən hər dəfə, hər zaman onları qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər”, – deyən Müzəffər Ali Baş Komandan azad Qarabağ torpağından bir daha bəyan edib ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməz. Çünki biz haqlıyıq və haqlı olduğumuzu postmünaqişə dövründə də sübut edirik. Belə ki, böyük abadlıq və tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir.

“Keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı yeni dövrün əsas prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İşğaldan azad edilən ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlətimizin başçısı mütəmadi olaraq Qarabağda və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir. Sonuncu səfər zamanı da yeni yaşayış məntəqələrinin təməli qoyulub, həmçinin sosial-mədəni obyektlər istifadəyə verilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissi ilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə, burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük Qayıdış Proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır”, - deyə deputat bildirib.

N.Məmmədova işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpasının və yenidən qurulmasının əsl nümunə kimi qiymətləndirilməli olduğuna diqqət çəkərək deyib: “Belə ki, cəmi 8 aya - 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan, cari ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda, müasir yol-nəqliyyat infrastrukturunun qurulması bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq, əhalinin rifahına töhfə verir.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırında Qarabağda və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!