13 Sentyabr 2022 01:08
1102
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun "hava qapıları"

Qarabağ və Şərqi Zəngəzurun "hava qapıları"

 

Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportlarının logistika, turizm və hərbi-strateji baxımdan böyük əhəmiyyəti var

 

44 günlük Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və yenidənqurma işlərinə başlanıldı. İlk sırada duran işlərdən biri yol infrastrukturunun qurulması idi ki, burada hava yolları da müstəsna əhəmiyyət daşıyırdı. 
Elə bu məqsədlə Prezident İlham Əliyevin tapşırığı ilə ilk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroport tikilərək ötən ilin oktyabr ayında istifadəyə verildi. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi. Artıq Füzuli hava limanı fəaliyyət göstərir. Bir neçə gün öncə isə Zəngilan Beynəlxalq Hava Limanına "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi olan "Airbus A340-500" ilk texniki uçuşunu həyata keçirdi. Bu da hava limanının yaxın zamanda açılacağından xəbər verir. Laçında da hava limanının tikintisi sürətlə gedir. İqtisadçılar işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanlarının əhəmiyyətinin böyük olduğunu bildirirlər.

 

Hava limanları regionun ixrac imkanlarının genişləndirilməsi baxımından da vacibdir

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, iqtisadi qiymətləndirmələr işğaldan azad olunan ərazilərdə üç hava limanının fəaliyyətinin çox səmərəli olacağını göstərir. Deputat qeyd edir ki, Füzuli hava limanı Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər yoluna inteqrasiya olunduğundan turist səfərlərini də asanlaşdıracaq. 
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də "Şərq-Qərb" nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından Zəngilanda hava limanına ehtiyac var idi.
Deputat bildirir ki, Zəngilan və Füzuli hava limanlarının iqtisadi göstəriciləri demək olar ki, eynidir. Hava limanları uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağı, 8 hava gəmisinin dayanması üçün 60 min kvadratmetrlik sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
V.Bayramov hava limanlarının həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından da vacib olduğunu vurğulayır. Bu limanlar yeni iş yerlərinin açılmasına da xidmət edir. Onların xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından əhəmiyyəti var.
Deputat deyir ki, hava limanları Laçın, Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından da önəmlidir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanları bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərir.

 

Aeroportlar Azərbaycanın əhəmiyyətini beynəlxalq müstəvidə artıracaq

 

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın təmin olunması üçün ilk növbədə infrastrukturun yaradılması vacib idi ki, bu da yol infrastrukturundan başlayırdı.
 Ekspert bildirir ki, bu istiqamətdə həm quru yollarının çəkilməsi, həm də hava məkanının ölkənin nəqliyyat infrastrukturuna birləşdirilməsi vacib idi. Azərbaycanda avtomobil yollarının uzunluğu 20 min kilometrdən artıqdır. Bunun da beşdəbiri işğaldan azad olunmuş ərazilərin payına düşür. Bu yollar isə tamamilə dağıdılmışdı. Onların qurulması kifayət qədər maliyyə vəsaiti və zaman tələb etsə də, Azərbaycan bu işlərə start verdi. Azad olunmuş ərazilərdə üç hava limanı da inşa edilməyə başlanıldı. Bunlardan biri artıq istifadəyə verilib, ikincisi, demək olar, hazırdır, digərində isə işlər gedir. İşğaldan azad olunmuş ərazilərdə hər üç hava limanının ümumi faydaları ilə yanaşı, hər birinin ayrılıqda önəmli statusları var.  Ümumi fayda odur ki, hər üç hava limanı bu ərazilərin iqtisadiyyatının inkişafına, bərpasına öz töhfəsini verəcək. Hər biri həm daxili, həm xarici turizmin inkişafına kömək edəcək. Eyni zamanda Azərbaycanın bu mövqedə daha da güclənməsinə təkan verəcək. 
İqtisadçı deyir ki, bundan əlavə hər bir hava limanının digərindən üstün cəhəti də var.  Füzuli Beynəlxalq Hava Limanı daha çox mərkəzi mövqedə yerləşməklə, respublikanın digər ərazilərinin işğaldan azad olunmuş ərazilərlə birləşməsi, logistik fəaliyyətin təmin olunması baxımından böyük önəm daşıyır. Yəni coğrafi koordinatlara baxmış olsaq, görərik ki, bu hava limanından istifadə etməklə daha çox ünvanlara, digər rayonlara səyahət etmək olacaq. Bu da ərazilərin iqtisadi potensialına daha çox töhfəsini verəcək. Buna görə də ilk olaraq Füzuli hava limanı istifadəyə verildi.
Onun sözlərinə görə, Laçında tikilməkdə olan hava limanı həm daxili, həm də xarici turizmin inkişafına töhfə verəcək. Bundan başqa, bu ərazinin qış aylarında yüklərin daşınması üçün relyef baxımından çətin olduğunu nəzərə alsaq, Laçın hava limanının əhəmiyyəti müstəsna olacaq. Ömər aşırımı vasitəsilə Kəlbəcərə, Laçına yollarla səyahət ciddi problemlər yaradır.  Bu normaldır, çünki  iqlimdir, qış aylarında bu ərazilərdə hərəkət çətin olur. 
Eldəniz Əmirov deyir ki, Laçında olan hava limanı digərləri ilə müqayisədə daha çox hərbi əhəmiyyətli olacaq: "Bu hava limanı Azərbaycanın hərbi mövqeyinin möhkəmlənməsində daha böyük rol oynayacaq". 
O, Zəngilan hava limanının əhəmiyyətindən də söz açaraq bildirir ki, bu aeroport Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətini artıracaq. "Şimal-Cənub", "Qərb-Şərq",  eyni zamanda "Cənub-Qərb" dəhlizlərinin Azərbaycandan keçməsi və bu nöqtədə birləşməsi Zəngilanı logistik hava məkanına çevirir. Zəngəzur dəhlizinin açılacağı təqdirdə Zəngilanın və Zəngilan hava limanının əhəmiyyəti daha da artacaq. Bu hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Türkiyənin Orta Asiyaya çıxışı bu marşrut üzrə olacaq. Eyni zamanda Orta Asiyadan Avropaya yük daşımalarının həyata keçirilməsində də bu hava limanı mühüm rol oynayacaq. Hansı istiqamətdə baxası olsaq, Zəngilan Beynəlxalq Hava Limanı digərləri ilə müqayisədə daha çox çəkiyə malikdir.  Bu, Azərbaycan miqyasında əhəmiyyətlilik dərəcəsinə görə ikinci vacib hava limanı olacaq.
İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə turizm potensialının artmasına imkan yaradacaq. Yenidənqurma və bərpa işləri başa  çatdıqdan sonra bu əraziyə turist axınında hava limanlarının müstəsna xidmətləri olacaq.

Əsmər QARDAŞXANOVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!