08 Dekabr 2025 19:05
332
İQTİSADİYYAT
A- A+
“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə icrasına dair tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına dair videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində aparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28,6 min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib. Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı işəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirən Anar Əliyev “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onların ailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipi əsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədr müavini Musa Qasımlı “Qarabağ KOB-ları layihəsi”nin bölgələrdə kiçik və orta biznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahına töhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildə dəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlara da tətbiq edilməsinin vacibliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə yeni biznes subyektlərinin yaradılması baxımından da əhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə indiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsi 2026-cı ildə də şəhid ailələri və qazilərimizə dəstək verməyə davam edəcəkdir.

"Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş şəhid xanımı, “Oxloff” çörək və şirniyyat evinin təsisçisi Sonaxanım Abbasova və "PAŞA Holdinq" MMC-nin direktor müavini Rövşən Allahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.

Tədbir çərçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

17:20
23 Yanvar

“New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

17:19
23 Yanvar

“TikTok”un ABŞ strategiyası dəyişdi  

17:18
23 Yanvar

Temperaturun düşməsi okeanda kalsium səviyyəsinin kəskin azalması ilə əlaqələndirilir  

17:17
23 Yanvar

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb  

17:15
23 Yanvar

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

17:05
23 Yanvar

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

17:01
23 Yanvar

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

16:50
23 Yanvar

Güzel Maitdinova: Tacikistan-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük potensial mövcuddur

16:42
23 Yanvar

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından  

16:31
23 Yanvar

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici videoçarx hazırlayıb VİDEO

16:13
23 Yanvar

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib  

16:11
23 Yanvar

Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları

15:58
23 Yanvar

Ağdamda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub  

15:57
23 Yanvar

Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib  

15:52
23 Yanvar

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

15:43
23 Yanvar

Energetika naziri Masallıda vətəndaşlarla görüşüb  

15:41
23 Yanvar

Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  

15:38
23 Yanvar

Media: Rumıniya Azərbaycan neftinin əsas alıcılarından birinə çevrilir  

15:34
23 Yanvar

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:21
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!