Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Müzəffər Ali Baş Komandan İlham Əliyev kapitulyant ölkəyə sonuncu xəbərdarlığını etdi
Müzəffər Ali Baş Komandan İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına növbəti müraciətini etdi.
Həm də məğlub, kapitulyant Hayastana və onun havadarlarına sonuncu xəbərdarlığını edərək son sözünü söylədi!
Üstəlik, Baş Sərkərdəmiz qalib görkəmi, məğrur duruşu, vüqarlı baxışı, sıxılmış "dəmir yumruğ"u, qətiyyətli səsi, özünəməxsus məntiqi və təkzibolunmaz faktları ilə ağlı çaşanlara yerlərini göstərərək meydan oxudu!
Üç cəbhədə - müharibə, diplomatiya və informasiya meydanında düşməni ağır məğlubiyyətə uğradaraq qarşısında diz çökdürən Müzəffər Ali Baş Komandanımıza necə də yaraşırdı bu şahanə duruş, sərt və qəti mövqe nümayişi!
Artıq bütün dünya Azərbaycan Prezidentini sözü ilə əməli bir olan dövlət başçısı kimi tanıyır.
Hamı şahiddir ki, İlham Əliyev dediyini edir!
Odur ki, cənab İlham Əliyevin növbəti dəfə dediklərini və etdiyi xəbərdarlıqları da qəbul etmək zorundadırlar!
***
Gah Rusiyaya qarşı "xalqın etirazı"nı təşkil edən, gah da ona yalvaran, Qərbdə özünə yeni ağa axtaran, İranla cici-bacı olan, böyük bacısı Fransanın əli ilə beynəlxalq təşkilatlarda məsələ qaldıraraq dəstək axtaran, "konyak diplomatiyası"nı yenidən işə salaraq korrupsiyalaşmış Avropa Parlamentində qərarlar qəbul etdirən Hayastan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.
Üç ilə yaxın zaman keçməsinə baxmayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın maddələrinin birinə də sonadək əməl etməyib.
Halbuki müharibənin dayandırılması, danışıqlara başlanaraq sülh müqaviləsi imzalanması üçün neçə dövlət başçısının zəhləsini tökərək dayanmadan zənglər etmiş, neçə prezidentin dabanını yalamış, yalvar-yaxarla Azərbaycanın dövlət başçısına minnətçi salmışdı.
Xeyli xahiş-minnətdən sonra Prezident İlham Əliyevin irəli sürdüyü bütün şərtlərin əks olunduğu sülh müqaviləsinin bağlanacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa razılaşmışdı.
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev aşkarda, televiziya kameraları qarşısında, məğlub və miskin erməni baş naziri Paşinyan isə gizlində, gözə görünmədən üçtərəfli Bəyanatı imzaladılar.
Əlbəttə, kimsə öz adına, imzasına əhəmiyyət verməyə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin isə sözü ilə əməli birdir və sonadək daha neçə dəfə təsdiqlənmiş birgə bəyanatların bütün bəndlərinin tam şəkildə icrasında israrlıdır!
Görünür, Paşinyanın ya ağlı çaşıb, ya da yaddaşı itib:
* Sanki İkinci Qarabağ müharibəsində uzun illər "məğlubedilməz" adlandırdıqları ordularının məhv edildiyini unudub!
* Sanki itkilərinin tam sayı barədə hələ də xalqa dəqiq informasiya verməkdən necə çəkindiyini xatırlamır!
* Sanki on bir min əsgər və zabitinin silahını ataraq fərari kimi qaçdığını yaddan çıxarıb!
* Sanki Ağdam, Laçın və Kəlbəcər kimi möhkəmləndirilmiş, xüsusi istehkam, səngər və atəş nöqtələri, mina sahələri ilə qorunan rayonları bir güllə belə atmadan məcbur olub geri qaytardığından xəbəri yoxdur!
* Sanki indi əməl etmək istəmədiyi sülh müqaviləsinin bağlanması üçün kimlərə nə qədər yalvardığını, özünü alçaltdığını yaddaşından silib!
Xam xəyallara düşüb:
* Elə zənn edir ki, İrandan, Hindistandan aldığı silahlar, gətirdiyi muzdlular sayəsində yenidən güclənərək Azərbaycana üstün gələcək.
* Elə bilir ki, kimsə gəlib onun əvəzində döyüşəcək, öləcək, Qarabağı alıb təzədən ona verəcək.
* Elə fikirləşir ki, haralardasa, hansı yollasa, kiminsə vasitəsi ilə (yaxud diasporun pulu) çıxartdırdığı qərarlar nəyisə dəyişəcək, Azərbaycanın mövqeyinə və iradəsinə təsir edəcək.
AY-HAY!
Elə bu ağılla torpaqları vaxtında qaytarmadınız ki, indi çaş-baş vəziyyətdə qalmısınız.
Şübhəsiz, Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə Talış kəndindən etdiyi müraciəti hamınız eşitmisiniz!
İndi isə yadda möhkəm saxlayın:
Azərbaycan qalib ölkədir!
* Güclü ordusu, ən yeni və müasir silahları var!
* Güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malikdir!
* II Qarabağ müharibəsindən sonra ordusunu yenidən silahlandırıb, sərhəddə müasir hərbi şəhərciklər salıb, yeni komando qüvvələri hazırlayıb və onlara müntəzəm təlimlər keçir!
* Ölkənin müdafiə sənayesi yeni silahlar (sizin hələ görmədiyiniz və "dadına baxmadığınız") istehsalını qaydaya salıb!
* Dövlət başçısı son sözünü və qəti mövqeyini bildirib, kimsə onu iradəsindən heç zaman döndərə bilməz!
* "Dəmir yumruq" artıq hazır vəziyyətdədir, əzicilik qabiliyyəti isə həmişəkindən də yüksəkdir!
Bütün bunları yaddaşları təzələmək üçün söylədik!
***
Azərbaycan ona görə səbir edib gözləmir ki, guya, kimdənsə, yaxud nədənsə qorxur.
ƏSLA!
Azərbaycan zəruri və vacib saydığı işləri görür və bir an belə dayanmır!
Əslində, zaman Azərbaycanın xeyrinə işləyir!
Buyurun, baxın:
* Qeyd etdiyimiz kimi, ordu əvvəlkindən də qüdrətli vəziyyətə gətirilib;
* Qarabağın və Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi yüksək sürətlə gedir;
* Böyük qayıdış proqramına uyğun olaraq nəzərdə tutulan bütün işlər planlı qaydada görülür, məcburi köçkünlər hissə-hissə geri dönürlər;
* Yeni yollar çəkilir, dəmir yolu xətti salınır, ilin bütün fəsillərində Laçın və Kəlbəcərə rahat gediş-gəlişi təmin etmək üçün dağların altından tunellər qazılır;
* Çayların qarşısı kəsilərək süni göllər yaradılır, elektrik stansiyaları tikilir, suvarma kanalları çəkilir və təmir olunur;
* "Smart" tipli yaşayış məntəqələri inşa olunur, məktəblər, uşaq bağçaları açılır, geri qayıdanlar üçün iş yerləri yaradılır;
* Zəngəzur dəhlizinə aparan avtomobil yolunun 70, dəmir yolunun isə 40 faizi artıq hazırdır;
* Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xocavənddə planauyğun şəkildə bərpa və tikinti işləri aparılır;
* Azərbaycan etibarlı sözü, təbii qazı və «yaşıl enerji»si ilə Avropaya əvəzsiz tərəfdaş olduğunu daim və dönmədən sübut edir, yeni-yeni müqavilələr bağlayır, iqtisadi imkanlarını genişləndirir, siyasi nüfuzunu yüksəldir!
Azərbaycanın xeyrinə işləyən zaman məğlub, vassal, alət dövlət olan Hayastanın miskin vəziyyətini daha da dərinləşdirir, ölkənin gələcəyini görməyən əhalinin bu perspektivsiz dövləti tərk etmələrini daha da sürətləndirir.
***
Ağılsız siyasət yürüdən Hayastanın öz təqsiri ucundan blokada vəziyyətində qalması bir dövlət kimi onun sonunu yaxınlaşdırır.
İşğal dövründə təcrid vəziyyətində olsa da, xeyli gəlir mənbəyi də vardı:
* Azərbaycanlı əhalinin dolu vəziyyətdə qoyub çıxdığı evlərdəki əmlak və əşyaları satıb pula çevirirdilər;
* Evləri terrorçu fars qardaşları ilə sökərək dəmir, taxta materiallarını, mişar daşlarını İrandakı tikinti materialları bazarında sataraq qazanırdılar;
* Azərbaycan ərazisindəki mis, qızıl, gümüş, molibden mədənlərindəki qiymətli metalları, habelə tikinti materiallarını yağmalayıb xaricə ötürürdülər;
* Meşələri, xüsusən oradakı qiymətli ağac növlərini qırıb inşaat materialları kimi satıb sovururdular;
* İşğal ərazilərindəki elektrik stansiyalarında istehsal olunan elektrik enerjisindən məişətdə və istehsalda istifadə etməklə qabaq düşürdülər;
* Azərbaycana məxsus hazır meyvə bağlarının və üzüm plantasiyalarının məhsullarını, habelə mədən sularını öz adları ilə dünya bazarına çıxararaq satırdılar;
* Azərbaycan ərazisindəki çay və göllərin suyundan kənd təsərrüfatı məhsullarının istehsalında gen-bol istifadə edirdilər.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı öz sərvətlərinə yenidən sahib çıxdı!
Blokadadan qurtula bilməyən Hayastan isə daha nə oğurlaya bilir, nə sata, nə də qazana.
Üstəlik, işsiz qalaraq dilənçi vəziyyətində yaşayan haylar sürətlə ölkəni tərk edirlər.
On bir min fərarisi olan, müharibə iştirakçıları və əlilləri adam yerinə qoyulmayan bu dövlətdə yeni müharibə qorxusu qarşısında başıpapaqlıların hamısı qaçıb aradan çıxır.
Ordu Anna Akopyanın "sərkərdəliyi" ilə haxçiklərın ümidinə qalır.
Belə bir vəziyyətdə olan haylar, görəsən, kimə və nəyə arxayın olub Azərbaycanı qəzəbləndirirlər.
Artıq qaçmağa yerləri də çox dardır.
***
Vaxt var idi elə güman edirdik ki, "Qarabağ problemi" BMT-nin 4 məlum qətnaməsi əsasında sülh yolu ilə həll ediləcək, məsələ beynəlxalq hüquqa uyğun olaraq AŞ PA-da, Aİ-nin Parlament Assambleyasında qəbul olunan qərarlarla çözüləcək.
Dünyada ədalətin mövcudluğuna, beynəlxalq hüququn işlənməsinə inanırdıq, yaxud inanmaq istəyirdik.
İkili standartların mövcudluğunu hər an hiss etsək də, özümüzü o yerə qoymur, "sülh yolu"ndan gözümüzü çəkmirdik.
Hərdən ermənipərəst qüvvələrin, ermənilərin ələ aldıqları Avropa Parlamenti deputatlarının qərəzli addım və açıqlamalarından, erməni dəyirmanına su tökən çıxış və addımlarından narahat olsaq da, yenə gözləyirdik.
Azərbaycanda mətbuat və söz azadlığının "boğulması", insan haqlarının "pozulması" ilə bağlı öz satqınlarımızın (5-ci kolonun) "arayış"ları əsasında beynəlxalq qurum və təşkilatlar tərəfindən hazırlanan "hesabat"ları oxuyanda qərəzi, yalanı açıq-aşkar görsək də, yenə özümüzə bəraət qazandırmağa can atır, əsl həqiqətin necə olduğunu ermənipərəstlərə sübut etmək üçün xeyli çabalar göstərərdik.
Artıq öz işimizi özümüz həll etmişik!
Həm də ATƏT-in Minsk qrupunun vasitəçiliyi, "sülh danışıqları yolu ilə" yox!
"Dəmir yumruq"la həll etmişik!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycan Ordusu sayəsində həll etmişik!
Birliyimizlə, əsgər və zabitlərimizin rəşadəti ilə, şəhidlərimizin torpağa tökülən qızıl qanı ilə həll etmişik!
İndi kim harda hansı "qərar"ı çıxarmaq istəyirsə, qoy çıxarsın.
Qoy erməni diasporu Avropa Parlamentində istədiyi qədər deputatı "konyak diplomatiyası", korrupsiya və rüşvət yolu ilə ələ alsın.
Qoy Ermənistan Avropadakı bütün "nəzarətçi"ləri yığaraq öz ərazisində sərhəddə yerləşdirsin, gecə-gündüz dayanmadan bizə "nəzarət" etdirsin, istədiyi qədər atəşkəsi pozsun.
* Artıq Azərbaycan öz torpaqlarına qayıdıb!
* Artıq Azərbaycan öz ərazisinə özü nəzarət edir!
* Artıq Azərbaycanı öz ordusu, öz əsgərləri qoruyur!
* Artıq Azərbaycanın razılığı olmadan heç bir ordu, heç bir nəzarətçi onun ərazisinə ayaq basa bilməz!
* Artıq Azərbaycanın təbii sərvətlərini kimsə talayıb apara bilməz!
* Artıq hər şey nəzarətdədir!
Hər məsələ zamanı çatan kimi həllini tapır!
Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilir və edir də!
Azərbaycanı əsəbiləşdirmək olmaz!
Azərbaycanla hesablaşmaq, üçtərəfli Bəyanata sözsüz əməl etmək lazımdır!
Sonra gec olacaq!
Necə ki məsələnin «sülh yolu ilə həlli» gecikdirildi!
Nəticədə «dəmir yumruq" işə düşdü!
"Dəmir yumruğ"u qəzəbləndirmək olmaz!
***
Özünə yeni ağa axtaran Hayastan öz ərazisinə "mülki missiya" adı ilə müşahidəçilər gətirdi.
Əvvəla, bu necə "mülki" missiyadır ki, onun üzvlərinin yarısını fransız jandarmasının, o biri yarısını isə alman hərbi polisinin keçmiş zabitləri təşkil edirlər?!
İkincisi, bu "mülki" müşahidəçilər gələndən sonra niyə Hayastan tərəfi xeyli ürəklənib və atəşkəsi tez-tez pozmağa başlayıb?
Üçüncüsü, "müşahidəçi"lər Azərbaycan tərəfinə baxdıqlarından, deyəsən, qulaqlarının dibində bizə sarı tuşlanan silahları "görmür", atılan güllələrin səsini "eşitmirlər".
Yoxsa təkcə biz tərəfdə "pozuntu" axtarırlar?!
Müşahidəçiləri ermənilər çağırdıqları üçün onların dediklərini də özləri eşidib əməl etməlidirlər.
Gələn gündən özlərini karlığa və korluğa qoyanların rəyi və mövqeyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur!
Azərbaycan istəmədiyi istənilən "missiya"nı, yaxud "missiya daşıyıcısı"nı qəbul etmir!
Azərbaycanın qəbul etmədiklərinin isə axırı olmur!
* Necə ki ATƏT-in Minsk qrupu dağıldı!
* Necə ki qondarma qurumun “dövlət naziri” yoxa çıxdı!
“Mülki missiya” və onun təşkilatçıları təkcə ATƏT-dən yox, yaxın tarixdə baş verən “Vardanyan əhvalatı”ndan da özlərinə ciddi nəticə çıxarmalıdırlar!
***
Biz bundan sonra yalnız irəliyə gedəcəyik!
Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləridir!
Elə gedirik də!
HƏM DƏ:
* Bizə qarşı törədilən bütün bədxahlıqlara və düşmənçilik hərəkətlərinə baxmadan!
* İranın və Fransanın düşmənçilik əməllərinə əhəmiyyət vermədən!
* Guya, bizə sanksiya tətbiq ediləcəyi barədə eyhamlardan çəkinib qorxmadan!
* "Konyak diplomatiyası"nın korrupsiyalaşmış "uğur"larını heçə saymadan!
Düşməndən qat-qat güclü olduğumuzu dərk edərək ədalətin və beynəlxalq hüququn tərəfimizdə olduğuna arxalanaraq, Ulu Tanrıya, ordumuzun gücünə, dostlarımızın sədaqətinə, Müzəffər Ali Baş Komandanımızın qətiyyət və uzaqgörənliyinə, hadisələri qabaqlamaq məharətinə güvənərək, yumruq kimi birləşərək gedirik!
Əgər Hayastan 29 min kvadratkilometrlik ərazidə rahat yaşamaq istəyirsə:
* Ağlını başına yığmalı və xam xəyallara qapılmamalıdır!
* Revanşıst xülyalardan, Azərbaycana qarşı ərazi iddialarından dərhal əl çəkməlidir!
* Kimlərəsə arxalanaraq özgə ağzı ilə hürməməlidir!
* Avropa Parlamenti kimi korrupsiyalaşmış qurumun qəbul etdiyi boş kağız-kuğuza, baxıcı-müşahidəçiyə güvənməklə nəyəsə ümid bəsləməməlidir!
* Kiminsə gəlib onun yerinə döyüşərək, ölərək yenidən Qarabağı Hayastana qaytaracağına heç bir ümid bəsləməməlidir!
* Azərbaycanın nə vaxtsa zəifləyəcəyi, əlinə fürsət düşəcəyi və qisas alacağı kimi sərsəm yuxularının çin çıxacağına sadəlövhcəsinə inanmamalıdır!
* Ən əsası daim hazır vəziyyətdə gözləyən "dəmir yumruğ"u unutmamalıdır!
Onun nicatının bircə yolu var:
İmzaladığı bəyanatın şərtlərini tez bir zamanda yerinə yetirməlidir!
***
"Dəmir yumruğ"u ilə yeni reallıqlar yaradan, erməni ordusunu məhv edərək Azərbaycan torpaqlarından qovan Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmən qarşısında bir şərti var:
"Ermənistanın 29 min kvadratkilometrlik ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometrlik ərazidə, - hansı ki indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər".
Əgər Hayastan rəhbərliyi bu dəfə də kiməsə, yaxud nəyəsə güvənərək sülhdən yayınsa, ərazi iddialarını davam etdirsə, İkinci Qarabağ müharibəsindən betərini alacaqdır!
Bəli, Azərbaycanın yalnız bir şərti var!
Bircə şərti!
Bütün şərtlərinin danışıqsız yerinə yetirilməsi şərti!
Sonra gec olar!
***
PS. Novruz bayramı şənlikləri başa çatmamış Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyini etdi!
Bir güllə atıb, bir damcı qan tökmədən ordumuz Laçın yoluna alternativ olan torpaq yolu nəzarətinə götürdü!
Beləliklə, həm ermənilərin gizlincə silahlanmalarının, həm də Hayastana xəlvəti gediş-gəlişin qarşısı alındı!
Üstəlik, RSK-ni erməniyə vaxtaşırı qulluq göstərmək "əziyyəti"ndən də qurtardı!
Həm də bir daha yüksək peşəkarlığını və hazırlıq vəziyyətini nümayiş etdirdi!
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev heç zaman sözü havayı söyləmir!
Dedisə, deməli, edəcəkdir!
Bu da sözlə əməlin birliyinə daha bir nümunə!
Bəxtiyar SADIQOV
Azərbaycan Premyer Liqası: "Sumqayıt"-"Qarabağ"- 0:1
"Turan Tovuz" "Zirə"ni əliboş yola salıb
Gimnastlarımız beynəlxalq yarışda finala yüksəliblər
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Progeriya sindromu olan kişi dünyasını dəyişib
Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq
“Qarabağ” həndbolçuları lüksemburqluları üstələdi
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!