22 Dekabr 2023 10:08
510
İDMAN
A- A+
Qalib Qarabağ - Ordu-Xalq birliyidir

Qalib Qarabağ - Ordu-Xalq birliyidir

 

Dünən sübh çağında "Koroğlu" metrostansiyası yaxınlığından media təmsilçiləri və azarkeşlər üçün xüsusi ayrılmış avtobuslarla Xankəndiyə yola düşdük. Bizi həyəcanlı bir səfər gözləyirdi: bir neçə saatdan sonra yenicə bərpa olunmuş şəhər stadionunda ilk idman tədbirinə - futbol üzrə Azərbaycan Kuboku yarışlarının 1/8 mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" və MOİK klubları arasında qarşılaşmaya start veriləcəkdi.

 

İşğaldan azad edilmiş ərazilərdə ilk futbol matçı

 

Saat 12:00 radələrində şəhərin əsas prospektində yerləşən baş meydanına daxil oluruq. Həmin an Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra cıxışında dediyi  sözləri xatırlayıram: "Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında... Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir".  
Çox qəribə hisslər keçirirəm. Analoji təəssüratları ötən il - 30 ildən sonra yenidən müqəddəs torpağımıza ayaq basdığım Şuşada da yaşamışdım. Düzü, bu hissləri sözlərlə ifadə etmək çox çətindir - əziz, ülvi və ən dərin arzularımızın reallaşması ilə həsrətimizə son qoyuldu...
Xankəndidə stadionun inşasına 1955-ci ildə  başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. Bu arena ilk dəfə SSRİ-nin qanlı diktatoru İosif Stalinin, bir müddət keçdikdən sonra isə çoxsaylı azərbaycanlıların daha bir qatili Stepan Şaumyanın adlarını daşıyıb. Süni ot örtüklü stadionda tamaşaçı tutumu 15 min nəfərdir.
SSRİ dövründə stadionda yerli "Qarabağ" komandası ev oyunlarını keçirib. Təxminən 30 illik fasilədən sonra - 2023-cü ilin sentyabrında arena Gənclər və İdman Nazirliyinin nəzarətinə qayıdıb.
Oyunun başlanmasına az qalır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəlirlər. Dövlət başçısı arenaya toplaşanları salamladıqdan sonra dedi: "İlk dəfədir işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var".

 

"Ev oyunlarımızı Xankəndidə oynamaq istəyərdik"

 

Prezidentin çıxışından sonra Dövlət himni səsləndirildi, ardınca isə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Saat 14:00-da baş hakim Əli Əliyevin fiti ilə tarixi oyuna start verildi.
Meydançanın süni ot örtüyü olmasından hiss edilirdi ki, bu, "Qarabağ" kimi sürətli və qısa ötürmələrə üstünlük verən komandalara çətinlik yaradır. Oyuna hər iki tərəf qarşılıqlı hücumlarla başladı. MOİK futbolçularının həyəcanlı və təcrübəsiz olmaları əldə etdikləri fürsətləri boşa vermələrindən sezilirdi. Ancaq unutmayaq ki, Ağdam klubunun əsas heyət üzvlərindən bir neçəsi oynamırdı. Bunlara baxmayaraq, ağdamlılar daha çox topa sahib olur, xüsusilə cinahlardan qurulan hücumlara üstünlük verirdilər. Bütün səylərə baxmayaraq ilk hissədə qol olmadı.
Fasilədən sonra təzyiqi artıran "Qarabağ" qol epizodları yaratsa da, bundan yararlana bilmirdi. Son dəqiqələrdə fiziki yorğunluq topsuz oyunda da oyunçuların iş əmsalını aşağı saldı. Nəhayət, gözlənilən qol son dəqiqədə gəldi. Nəriman Axundzadə ağdamlılara qələbə qazandıran qolu vurdu.
Yekunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" 1/4 finala vəsiqə qazandı.
Matç başa çatdıqdan sonra komandaların baş məşqçiləri təəssüratlarını jurnalistlərlə bölüşdülər. 
MOİK-in baş məşqçisi Qəzənfər Abbasov oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandana, ordumuza minnətdarlığını bildirdi və dedi ki, Allah şəhidlərimizə rəhmət eləsin. Çünki bu gün onların sayəsində Xankəndidəyik.
Oyuna gəlincə, baş məşqçi dedi: "Qarabağ"ın gücü, futbolçuların səviyyəsi bəllidir. Əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm, bacardıqlarını etdilər. Qurban Qurbanov gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçularımız kimə qarşı oynadığımızı bilirdilər. Gözəl oyun göstərmək niyyətində idik. Ev oyunlarımızı Xankəndidə oynamaq istəyərdik. Bu, mənim üçün də şərəf olar". 
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun təəssüratları isə belə oldu: "Burada ilk dəfədir ki, mətbuat konfransı keçirilir. Həddindən artıq həyəcanlıyam, neçə illərdir ki, bunu hamı həsrətlə gözləyirdi. İnanmırdıq ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışırdı, düşünürdü. MOİK də sona qədər mübarizə apardı".
Qurban Qurbanov Prezident İlham Əliyevin yaxın günlərdə "İmarət" stadionunun inşasına başlanılacağı ilə bağlı müjdəli açıqlamasına da münasibət bildirərək dedi ki, dövlət başçısı həmişə əsl azərbaycanlı kimi davranır və tarixi ərazilərimizə sahib çıxır: "Dövlət başçısı "İmarət" stadionunun yenidən mövcud olmasını istəyir. Ümid edirəm ki, bir gün də orada oyun keçirəcəyik".

 

Qələbə bizim tariximizdə əbədi olacaq

 

1986-cı ildə yerli "Qarabağ" komandasının bombardiri və  heyətində yeganə azərbaycanlı olan Samir Ələkbərov təəssüratlarını bölüşür: "Uzun illərdən sonra Xankəndidə olmağıma görə xoşbəxtəm. Qələbəmiz çox sevindiricidir. Mən qarabağlı deyiləm. Amma buralar üçün çox darıxmışam. Mənim ən böyük arzum idi ki, bu şəhərimiz geri qaytarılsın, burada futbol klubu yaradılsın və rəhbəri mən olum. Əvvəllər belə klub var idi və heyətdə ancaq ermənilər yer alırdı. Yeganə azərbaycanlı mən idim…  Şükürlər olsun ki,  yenidən bu stadiona ayaq basdıq. Bunu bizə yaşadan əsgərlərimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin. Onların ruhu qarşısında baş əyirəm".
Azərbaycanın sərvəti olan Xankəndidən qayıdırıq və yenə dövlət başçısının bu şəhərin separatçılar və terrorçulardan azad olunmasından sonra dediklərini qürurla xatırlayıram: "Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Rizvan HİLALOĞLU,
"Azərbaycan"
Bakı-Xankəndi-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!