17 Sentyabr 2025 08:00
998
SİYASƏT
A- A+
Qalib Lider misli görünməyən layihələri reallaşdırır

Qalib Lider misli görünməyən layihələri reallaşdırır


Ərazi bütövlüyümüz təmin edildikdən sonra Cənubi Qafqazda əsas söz sahibinə çevrilən Azərbaycan həm də regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirir, iqtisadi sahədə ciddi irəliləyişlərə nail olur. Dövlətin iqtisadi qüdrətinin artması isə işğaldan azad edilən torpaqlarımızda möhtəşəm tikinti-quruculuq işlərinin daha da sürətlənməsinə müsbət impuls verir. 

Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la alan Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizdən ötən beş ilə yaxın müddətdə bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. 

Hər gün demək olar ölkəmizin müxtəlif istiqamətlərindən köç karvanı Qarabağa, Şərqi Zəngəzura yola salınır. Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi yaşamaq üçün bu yerlərə qayıdan məcburi köçkünlərin sayı sürətlə artmaqdadır. 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət alıb. Doğma yurdlarına qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük və digər sahələrin inkişafı da geniş vüsət alır. 

Sentyabrın 14-15-də Prezident İlham Əliyevin Qarabağa səfəri çərçivəsində reallaşan təməlqoymalar, açılışlar və keçirilən görüşlərdə səslənən fikirlər bir daha təsdiq edir ki, Qarabağ və Şəqri Zəngəzur qısa zamanda cənnətməkana çevrilir. 

Öncə dövlət başçısı Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoydu, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrində, Sos kəndində oldu, Hadrut qəsəbəsində inşa edilmiş məscidin açılışını etdi. Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü.

Xocavənd rayonunun azadlığından söz açan Prezident bildirdi ki, iki il öncə sentyabrın 19-20-də şanlı ordumuz separatçılığa son qoyub. Onunla da separatçılığın kitabı bağlanıb və Azərbaycan tam suverenliyini bərpa edib: "2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik".

Hazırda Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icra edildiyini söyləyən ölkəmizin rəhbəri vurğuladı ki, son beş ilin tarixi Zəfər tarixidir. Bu müddət ərzində keçmiş məcburi köçkün soydaşlarımıza yeni mənzillər tikilib. Bütün şərait təmin edilib - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar salınıb: "Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq. Amma sülh şəraitində yaşamaq üçün, əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı".

Prezident dedi ki, artıq bütün dünya Azərbaycan xalqın güclü, iradəli, döyüş meydanında qələbə qazanmış xalq olaraq tanıyır.  Sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi.

Bu gün bütün dünyanın Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıdığını vurğulayan Müzəffər Ali Baş Komandan  bildirdi ki, 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmayıb. 

Prezidentin dediyi kimi, Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Bu da ilk növbədə dövlətin iqtisadi qüdrətinin göstəricisidir. Heç bir təşkilatdan, hansısa dövlətdən yardım almadan öz gücünə işğaldan azad edilən torpaqlarda möhtəşəm tikinti-quruculuq işləri aparan Azərbaycan əbəs yerə dünyanın fəal aktorları sırasında yer almayıb. Bunun da səbəbi ilk növbədə Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti, Azərbaycanın etibarlı tərəfdaşlığı və ölkəmizin iqtisadi qüdrətidir.  

Prezident sentyabrın 15-də Xocalıya səfər edib. Burada dövlət başçısı Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib, Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub. Həmçinin rayonun Daşbulaq, Seyidbəyli, Şuşakənd, Badara kəndlərində olub.

Həmin gün Xocalının Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşən Prezident onları təbrik edib və yeni evlərində yalnız sevincli günlər yaşamalarını arzulayıb: "Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infra-struktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq". 

Dövlət başçısı onu da dedi ki, uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Bu gün Azərbaycan dövləti öz qüdrəti hesabına Qarabağ və Şərqi Zəngəzurda xariqələr yaradır.

Böyük Zəfərin 5 illik yubileyi, suverenliyin tam olaraq bərpasının 2-ci ilində Azərbaycan dünyaya necə qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirir. Bütün bunlar şanlı Zəfərimizin təntənəsidir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!