29 Dekabr 2025 21:43
154
DÜNYA
A- A+
Putin Trampa Rusiyanın danışıqlar mövqeyinə yenidən baxıldığını bildirib  

Putin Trampa Rusiyanın danışıqlar mövqeyinə yenidən baxıldığını bildirib  


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya lideri Ukraynanın Novqorod vilayətində Rusiya Prezidentinin iqamətgahına hücumundan sonra Moskvanın danışıqlar mövqeyinə yenidən baxmaq niyyətində olduğunu bildirib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Vladimir Putin Rusiyanın sülhə nail olunması yollarının tapılması istiqamətində amerikalı tərəfdaşlarla sıx və məhsuldar əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb, lakin əvvəllər əldə olunmuş bir sıra razılaşmalar və formalaşmış mümkün həll variantları üzrə Moskvanın mövqeyinin yenidən nəzərdən keçiriləcəyini qeyd edib.

Rusiya Prezidentinin köməkçisi, həmçinin Ağ Ev rəhbərinin və onun müşavirlərinin Vladimir Putini Ukrayna lideri ilə aparılan danışıqların əsas nəticələri barədə məlumatlandırdıqlarını bildirib. Bununla yanaşı, Y.Uşakovun sözlərinə görə, Moskva Kiyevin nizamlanma ilə bağlı təkliflərini geniş şərhlərə açıq hesab edir və bu amilin öhdəliklərin yerinə yetirilməsindən yayınmaq üçün istifadə oluna biləcəyini düşünür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp ABŞ-ın Venesuela ərazisinə zərbə endirdiyini təsdiqləyib  

00:50
30 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”ə ziyarətinə dair videoçarx paylaşıb

23:41
29 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər  

23:32
29 Dekabr

Tramp İrana qarşı növbəti hücumu dəstəkləyə biləcəyini bəyan edib

23:04
29 Dekabr

Xankəndidə bayram konserti keçirilib  

22:37
29 Dekabr

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb  

22:24
29 Dekabr

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb  

22:05
29 Dekabr

Tramp Putinlə telefonla danışıb  

21:53
29 Dekabr

Putin Trampa Rusiyanın danışıqlar mövqeyinə yenidən baxıldığını bildirib  

21:43
29 Dekabr

Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayevdən  

21:41
29 Dekabr

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

21:36
29 Dekabr

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası başa çatıb  

21:34
29 Dekabr

Bu il Almaniya Türkiyəyə 8,4 milyard avroluq silah-sursat ixrac edib  

20:43
29 Dekabr

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan  

18:54
29 Dekabr

Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Sultanhüseyn Qasımzadədən  

18:53
29 Dekabr

İrlandiyalı tarixçi: Azad olunan ərazilərdə aparılan bərpa prosesi Ermənistanın dağıdıcı siyasətinin ifşasıdır  

18:51
29 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:51
29 Dekabr

E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

18:49
29 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  

18:44
29 Dekabr

Gələn il sosial müdafiə xərcləri 8 milyard manatı ötəcək  

18:39
29 Dekabr

Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə dair filmin Vyetnam dilində təqdimatı keçirilib  

18:37
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!