02 Oktyabr 2024 01:23
923
CƏMİYYƏT
A- A+
Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü qeyd olunub

Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü qeyd olunub


Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və ümumi yığıncağının üçüncü günü başa çatıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransının və ümumi yığıncağının 3-cü günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

"Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər", "Cinayət mühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçün maraqlı tərəflər arasında əməkdaşlıq", "Cinayət mühakiməsi sistemində şəffaflıq və ictimaiyyətin etimadı" adlı plenar sessiyaları, "Məişət və gender əsaslı zorakılığın təqibi" və  "İqtisadi Cinayət və Aktivlərin Bərpası" seminarlarında səmərəli fikir mübadilələri və müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiya keçirilib.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur. 1918-ci il oktyabrın 1-də qəbul olunmuş qərara əsasən Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçib, fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik ideyalarına sədaqətlə qulluq edib.

Qeyd edilib ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olub.

Baş prokuror vurğulayıb ki, bir çox dövlət təsisatı kimi, prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Ulu Öndər Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə davam edir.

Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, Azərbaycan Prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatının - Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və ümumi yığıncağı Bakıda keçirilir və bu tədbir həm də hüquq sahəsində müsbət nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün ən mühüm platformadır.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques çıxış edərək Azərbaycan Prokurorluq orqanlarında aparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumun fəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətli vəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlar arzulayıb.

Sonra baş prokuror Kamran Əliyev "1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü" münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!