04 Dekabr 2023 11:27
3797
Səhiyyə
A- A+
Professor: Qızılcanın artım göstəriciləri təşviş və qorxuya səbəb olmamalıdır

Professor: Qızılcanın artım göstəriciləri təşviş və qorxuya səbəb olmamalıdır

 

“Qızılcanın hazırkı kəskin artımı labüddür və bunu qorxulu hal kimi dəyərləndirmək düzgün deyil. İstənilən infeksiyanın potensial fəallığını qiymətləndirən 2 əsas əmsalı - yoluxduruculuq qabiliyyəti, ölüm törətmə əmsalı olur”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib. Professor yoluxdurucu qabiliyyətinə görə qızılcanın bütün məlum virus infeksiyaları içərisində birinci olduğunu bildirib: “Yəni bir qızılca xəstəsi 11-18 nəfəri yoluxdura bilər. Halbuki, bu indeks COVID-19, fəsli qrip kimi viruslarda daha aşağıdır. Odur ki, qızılcaya “heç bir vaxt yoluxmamaq” fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyil. İnsanın olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olubsa, yoluxma qaçılmazdır. Bu səbəbdən xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır”.

M.Qəniyev qızılcanın epidemik halının törətdiyi ölüm göstəriciləri haqda danışıb: “Letallıq göstəricisinə görə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm cəmi 0,004-0,28 faizdir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridədir, yəni qorxusuzdur. Ölüm nisbəti yalnız parotit (0,006 faiz) və su çiçəyindən (0,0001 faiz) öndədir”.

Professor bildirib ki, bəzi həkimlər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn, qrip, COVID-19 və digər) yoluxma ehtimalı olduğunu deyirlər. Ancaq bu hal nə nəzəri, nə də praktik olaraq mümkün deyil. Çünki viruslara hüceyrədaxili mühitdə “mütləq konkurent antaqonizm” prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal “keçid qapısının bloklanması” kimi dəyərləndirilir.

Qızılcaya ən həssas insan qrupunun 4 yaşına qədər uşaqlar olduğunu deyən M.Qəniyev ən etibarlı qorunma vasitəsinin peyvəndləmə olduğunu vurğulayıb: “Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır istifadə olunur. Bizim ölkəmizdə peyvənd “Azərbaycan Respublikasının Milli peyvənd təqvimi” siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın xidmətlər zərfinə daxildir. Dünyada 83 faiz uşaq peyvəndin birinci dozasını bir yaşında, 74 faiz uşaq isə ikinci dozasını 6 yaşında qəbul edir. Qızılca zamanı formalaşan təbii immunitet isə, daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir”.

Bu gün uşaqların həyatı üçün heç bir xüsusi qorxu və təhlükə olmadığını söyləyən ATU-nun kafedra müdiri, bununla yanaşı, qorunma tədbirləri, ilk növbədə peyvənd olunmanın zəruriliyini önə çəkib. Onun sözlərinə görə, kənar şəxslərin uşaqların üzündən öpməsinə, onlara nəfəs verilməsinə, eləcə də digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!