24 Noyabr 2022 18:53
304
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında əməkdaşlığı gücləndirəcək

 

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın demokratik inkişaf yolu bu gün ölkəmizdə özünün ən yüksək mərhələsini yaşayır. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf xətti Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Həm regional və beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Azərbaycan haqqında danışarkən ilk növbədə ölkəmizi sadiq tərəfdaş olaraq təqdir edir, əməkdaşlıqdan məmnunluq ifadə edirlər. Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb. Bu, bilavasitə Prezident İlham Əliyevin daim müdrik xalqının mənafeyindən, dövlət maraqlarından çıxış etməsi ilə sıx bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə Azərbaycanın əlaqələri bütün sahələri əhatə etməklə genişlənir: “Burada enerji siyasətinin üstünlüyünü xüsusilə qeyd etmək istərdim. Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər, reallaşdırdığı layihələr sayəsində Avropanın üzləşdiyi böhran fonunda xilaskar rolunu oynayır. Bu da etibarlı tərəfdaş olan ölkəmizin dostlarının sayını artırmaqdadır. Mən Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərini qeyd etmək istərdim. Dövlətimizin başçısının burada yüksək səviyyədə qarşılanması, ona göstərilən ali münasibət onun şəxsi nüfuzunun və dünya siyasətinə verdiyi mühüm töhfələrin göstəricisidir. Bu ölkə ilə Azərbaycanın münasibətlərinin səviyyəsi hər zaman yüksək olub, siyasi dialoq, qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edib. Həmçinin münasibətlərimizdə hüquqi baza rolunu oynayan müxtəlif sənədlər mövcuddur. Hər iki dövlət biri-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək verirlər”.

S.Möhbalıyev əmin olduğunu bildirib ki, dövlətimizin başçısının Serbiyaya səfəri, imzalanan sənədlər, aparılan danışıqlar əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video