23 Yanvar 2026 15:58
577
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları

Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları


“Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. Bu fikirləri Davosda “Euronews” telekanalına verdiyi müsahibədə  səsləndirən Prezident İlham Əliyev  haqlıdır. Azərbaycan, həqiqətən də, müstəqillik əldə edildikdən sonra demək olar ki, bir gün belə sülh şəraitində yaşamadı. 

2026-cı ildə Azərbaycanın müstəqilliyinin bərpasının 35 ili tamam olur. Və bu dövrün cəmi yarım ilini xalqımız sülh şəraitində yaşayıb. Dövlət başçısı müsahibəsində bunun xüsusi bir hiss olduğunu bildirdi. Və bu, doğrudan da belədir. Çoxumuz bu gün bunun üzərində düşünmürük. Belə ki, biz 2020-ci il Vətən müharibəsindən sonra az qala  iki nəslin böyüdüyü Qarabağ münaqişəsinin artıq olmadığı fikrinə tədricən alışırıq. Lakin,  cənab İlham Əliyevin səsləndirdiyi bu fikirlərdən sonra birdən düşünürsən:  doğrudan da, biz sülh şəraitində yaşamamışıq. Bunu dərk etdikdə isə anlayırsan ki, bir epoxanın dəyişməsinin şahidi olmaq nə qədər böyük şansdır. Biz müharibə epoxasından sülh epoxasına keçidin şahidləriyik.

Bu, xüsusilə, 1988-ci ildə  münaqişənin başlanması ilə bütün dəyərlər sisteminin, “yaxşı” və “pis” anlayışlarının dağıldığını yaşayan yaşlı nəsildə daha aydın hiss olunur. Daha sonra 20 Yanvar faciəsi, müharibə, işğal, daxili qarşıdurma, böhran, dağıntı, çadır şəhərcikləri gəldi. 1994-cü ildən sonra müharibə olmasa da,  sülh  yox idi. Çünki erməni işğalı davam edirdi, məcburi köçkün statuslu vətəndaşlarımız  var idi, bizim haqq səsimizi eşitmək istəmirdilər, hansısa “reallıqları” qəbul etməyimizi istəyirdilər. 

Münaqişənin 2023-cü ilin sentyabrında tam başa çatması da dərhal sülhün bərqərar olması anlamına gəlmirdi. Sərhədlərdə artıq atəş açılmasa da, İrəvanın tərəddüdləri və qəti addımları gecikdirməsi vəziyyəti qeyri-müəyyən saxlayırdı. Xarici sabitlik fonunda daim destabilizasiya təhlükəsi qalırdı. Bu vəziyyət 8 avqust 2025-ci ildə dönüş nöqtəsi baş verənədək davam etdi.

Prezident İlham Əliyev əmindir ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Bakı bunun üçün əlindən gələni edir. Vaşinqtonda Ermənistan öhdəliklər götürdükdən və ən əsası, onların icrasına ABŞ kimi bir dövlət zəmanət verdikdən sonra Azərbaycan bir neçə son dərəcə vacib və simvolik addım atdı. Dövlət başçısının dediyi kimi, bu gün Ermənistanla Azərbaycan arasındakı münasibətlər artıq əməkdaşlıq mərhələsinə keçməkdədir.

Doğrudur, əməkdaşlıq hələlik əsasən Azərbaycanın təşəbbüsləri hesabına formalaşır. Amma əslində bu, təbiidir, çünki güclü tərəf bizik, qalib tərəf bizik. Prezident İlham Əliyevin dedi kimi: “Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq”.

Azərbaycan Ermənistan üçün öz ərazisindən yük tranzitinə icazə verib. Bu marşrutla Ermənistan artıq Rusiya və Qazaxıstandan taxıl alıb. Bundan əlavə, Azərbaycan və Ermənistan birbaşa əməkdaşlığa başlayıblar. Ermənistan Azərbaycan yanacağının alıcısına çevrilib və tərəflər hazırda ixrac-idxal mövqelərinin genişləndirilməsini müzakirə edirlər.

Bədxahlar bu prosesdə siyasi hesab axtarırlar. Mübahisə etməyək. Əslində, Azərbaycanın öz enerji resursları üçün kifayət qədər geniş bazarı var. Ən sərfəlisi isə Prezidentin müsahibədə dediyi kimi, Avropa bazarıdır. Bu bazar Ermənistan bazarından qat-qat daha sərfəlidir və Azərbaycan artıq orada güclü mövqelərə malikdir. Prezident İlham Əliyev «Euronews»a müsahibəsində bildirib: “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.

Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan qazı Avstriya və Almaniyaya çatdırılmağa başlayıb. Avropa İttifaqının Rusiya qazı ilə bağlı qərarından sonra Almaniya kimi ölkələr çətin vəziyyətə düşüb. Bu ölkə atom energetikasından imtina edərək bütün AES-ləri bağlayıb, “yaşıl enerji”nin inkişafı isə, xüsusilə qış aylarında Almaniyanın real enerji tələbatını qarşılamaq üçün yetərli deyil.

Bu şəraitdə Ermənistanın Azərbaycan yanacağının alıcıları siyahısında yer alması və gələcəkdə enerji resurslarımızın potensial alıcısına çevrilməsi Azərbaycanın iqtisadi maraqları ilə ən az əlaqəli məsələdir. Bu, xüsusilə də hazırda əməkdaşlığın tədricən qarşıdurmaya, hüququn gücünün isə gücün hüququna yer verdiyi qlobal reallıqlarda region üçün daha mühüm və taleyüklü prosesin tərkib hissəsidir.   Qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində qurulan Cənubi Qafqaz sabitlik adasına çevrilə bilər.

Azərbaycanın gücü və qüdrəti, hər zaman ədalətli mövqeyə söykənməsi, bu cür əsassız ittihamları elə bir nöqtəyə gətirib ki, biz artıq qalib ölkə kimi onlara reaksiya vermirik. Çünki yaxşı anlayırıq ki, bu hücumların arxasında Azərbaycanın müstəqil siyasəti ilə barışmaq istəməyən müəyyən lobbi qrupları dayanır. Bununla bağlı Prezident İlham Əliyevin  aydın mövqeyi var : “Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

Tarixi ədalət Cənubi Qafqazda məhz Azərbaycanın gücü ilə bərpa olunub. Azərbaycan xalqı beynəlxalq vasitəçilikdən imtina etdi. Mövcud şəraitdə, Prezidentin dediyi kimi, “hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Azərbaycan dost tapmağı və dostluq etməyi bacarır. Bu da Azərbaycan layihələrinin hər zaman uğurlu olmasının səbəblərindən biridir. Bakı həm qonşularla, həm də qonşularımızın qonşuları ilə münasibət qurmağı bacarır. Bakının təşəbbüsü ilə yaradılan logistika dəhlizləri və boru kəmərləri boyunca Azərbaycana dost ölkələr yerləşir. Layihələr genişləndikcə və şaxələndikcə dostların sayı da artır.  Sabit və dayanıqlı inkişaf yolunu tutan Azərbaycan və onun təşəbbüsü ilə reallaşan layihələr cəlbedicidir. Həmişə olduğu kimi, dövlət başçımız həm «Euronews»a müsahibəsində, həm də Davos panel müzakirəsində baş verənləri açıq və obyektiv şəkildə öz adı ilə adlandırdı. Onun dünyada gedən proseslərə, o cümlədən qlobal siyasətin perspektivlərinə dair dəqiq baxışı hər kəsə düzgün nəticə çıxarmaq imkanı verir.

 

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, 

professor


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!