17 Sentyabr 2025 08:15
929
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Qarabağa hər səfəri bir müjdədir

Prezident İlham Əliyevin Qarabağa hər səfəri bir müjdədir


Beş il əvvəlin payız günlərini xatırlayaq. O günlərdə hər səhər bir ümidlə açılır, hər axşam isə zəfərlə başa çatırdı. Hər gün bir kəndin, bir qəsəbənin, bir şəhərin azad olunması xəbəri gəlirdi. Xalq sevinc göz yaşları içində qürurla dinləyirdi o xəbərləri. Həmin günlərdə tarix yazılırdı. 

Bu gün isə tarix yenidən yazılır - bu dəfə bərpa və quruculuqla. O vaxt azad etdiyimiz kəndlərdə, şəhərlərdə indi yeni həyatın çiçəkləndiyinə şahidlik edirik. Bu, sanki eyni ritmlə, eyni ruhla davam edən bir yürüşdür. Bu irəliləyişdə çiyinlərimizdə silah yoxdur, lakin əllərimizdə qələm, çantamızda layihə sənədləri var. O vaxt tanklar gedirdi yollardan, döyüş avtomobilləri irəliləyirdi, torpaq barıt qoxuyurdu. Amma indi o yollardan  inşaat texnikası keçir. Barıtın yerini betonun, güllənin yerini isə ümidin səsi alıb. Yollara asfalt döşənir, elektrik xətləri çəkilir, məktəblər, xəstəxanalar, evlər inşa olunur. Bir vaxtlar dağıntılar altında qalan bu torpaqlarda hazırda uşaq səsi eşidilir, məktəb zəngləri çalınır. O vaxt bombaların düşdüyü yerlərdə bu gün gül kolları əkilir, ağaclar boy atır. 

Belə bir ab-havada Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri özü bir müjdədir. Hər təməlqoyma mərasimi  bir sevinc, hər açılış  bir bayramdır. Yeni inşa edilmiş məktəblər gələcəyin ümidi, su kəmərləri həyatın özü, yollar qayıdışın rəmzidir. O illərdə səngərlərdən gələn zəfər xəbərləri, bu gün tikinti meydanlarındakı quruculuq ritmi ilə əvəz olunub. Dəyişən yalnız hadisələrin formasıdır, lider isə dəyişməyib, yenə ön cəbhədə, yenə xalqla birlikdədir. Əvvəlcə torpaq azad olundu, indi isə o torpaq dirçəldilir. Əvvəlcə düşmən çıxarıldı, indi isə həyat gətirilir. Tarixin davamı var, o bir kitab kimi yazılır. Əvvəlində qəhrəmanlıq, ortasında quruculuq var, sonunda isə rifah, sabitlik, inkişaf olacaq. Bu kitabın müəllifi xalqdır, onun ideya rəhbəri, yol göstərən redaktoru isə böyük lider, Prezident İlham Əliyevdir.

Və budur, bu payızın da öz xəbərləri var. Yenə Prezident İlham Əliyevin azad olunmuş torpaqlara etdiyi səfərlərdən doğan bir səs ölkənin hər yanında eşidilir. O, bir neçə gün əvvəl zəfərdən sonra dəfələrlə getdiyi Füzuliyə, Xocalıya, Hadruta, Xocavəndə, Xankəndiyə  növbəti səfər etdi. Təbii ki, bu gediş  bölgədə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin davamlı olduğunu göstərir. Prezidentin səfər çərçivəsində ziyarət etdiyi Xocalı rayonunun Hadrut qəsəbəsi bir vaxt qızğın döyüşlərin baş verdiyi, qəhrəmanlıq səhifələrinin yazıldığı yaşayış məskənidir. İndi isə o döyüş səngərlərinin yerində quruculuq texnikaları işləyir. Hər tikinti sabaha ümid, hər atılan təməl gələcəyin əminliyi deməkdir. 

İlham Əliyevin ayaq basdığı digər yerlər Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndi, Xocalının Şuşakənd, Badara, Seyidbəyli kəndləri idi. Dövlətimizin başçısı bu yaşayış məskənlərində  həyata keçirilmiş genişmiqyaslı abadlıq-quruculuq layihələrinin icrası ilə tanış olub. Həmin tanışlıq bərpa posesinin kağız üzərində deyil, reallıqda da nə qədər sistemli və məqsədyönlü şəkildə aparıldığını göstərmiş oldu. Qeyd edək ki, kəndlərdə salınan yeni infrastrukturlar, tikilən sosial obyektlər, çəkilən yollar həm də bir xalqın torpağına necə sahib çıxdığının, səbir və zəhmətlə gələcəyə doğru addımladığının sübutudur. Yenilənən küçələr, təmir olunan binalar bu torpaqlara qayıdışın, sülh və sabitlik içində yaşamaq əzminin rəmzidir. Bunlar sadəcə texniki göstəricilər deyil, bir millətin yenidən doğuluş tarixidir.

Dövlət başçısı ənənəsinə sadiq qalaraq Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin də təməlini qoyub. Bu, sadəcə bir kəndin yox, bir həyatın, bir gələcəyin bünövrəsidir. İllərlə viran qalmış kənd yenidən insan nəfəsi, uşaqların gülüşü, ailələrin səsi üçün hazırlanır. Burada Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. İki mərhələdə icra olunacaq kənd müasir infrastrukturla, ağıllı yanaşmalarla salınacaq yeni bir yaşayış məskəni olacaq. 

Prezident İlham Əliyevin Xocalı rayonunun Daşbulaq kəndində salınmış 13 hektar sahəni əhatə edən tut bağına baş çəkməsi onu göstərdi ki, təkcə şəhərlər, yollar, məktəblər deyil, kənd təsərrüfatı da Qarabağın dirçəliş planında mühüm yer tutur. Tut bağı torpağın yenidən bərəkət tapmasının, əmək və zəhmətə dayanan yeni həyatın başlanğıcıdır. Bu bağda ağaclarla bərabər  ümidlər  də boy atır. Uzun illər işğal altında susan torpaq indi məhsul verməyə, xalqına xidmət etməyə hazırlaşır. Bu, Daşbulaq kəndinin  gələcəyinə, kəndlinin dolanışığına yönəlmiş real və davamlı addımlardan biridir.

Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş yeni məscidin açılışında iştirak edən Prezident həm dini-mənəvi dəyərlərə verilən önəmi nümayiş etdirib, həm də bölgənin dirçəlişinin hərtərəfli xarakter daşıdığını  göstərib. Təbii ki,  məscidin açılışı əlamətdar hadisə olmaqla yanaşı, torpaqlara mənəvi qayıdışın da rəmzidir. Bu hadisəyə təkcə bir dini ibadət yerinin istifadəyə verilməsi kimi baxmaq doğru olmaz. Müqəddəs məkan illərlə susdurulmuş mənəviyyatın və ruhun dirçəlişidir. Minarələri ucalmış məsciddə azan səsi uzun fasilədən sonra yenidən eşidilir. Dərin məna daşıyan bu addım Qarabağda inancın, dəyərlərin və kimliyin bərpa olunduğunun əks-sədasıdır.

Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdikdən sonra Prezident Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin, Sos kəndinin, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndinin sakinləri ilə görüşüb. Bu görüş dövlət başçısının yalnız infrastruktur layihələrinə deyil, eyni zamanda insanların həyatına, onların rifahına, gündəlik problemlərinə göstərdiyi diqqətin bariz nümunəsidir. Xalqın həyatına, ümidlərinə, gələcəyinə verdiyi dəyəri ürəkdən ifadə edən Prezident İlham Əliyev deyib: "Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq". 

Prezidentin bu səfəri bir daha sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın sabahıdır. Bura təkcə qayıdış yox, həm də yüksəliş bölgə, bura yaddaş və ümid yeridir. Və bu ümid artıq real layihələrdə, göz önündə olan inkişafda öz əksini tapır.  Burada təməli qoyulan kəndlər, istifadəyə verilən sosial obyektlər və infrastruktur layihələri  deməyə əsas verir ki, bölgəyə yalnız "azad olunmuş ərazi" kimi yox, gələcəyin inkişaf mərkəzi kimi baxmaq lazımdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!