18 Fevral 2026 22:38
1791
Səfərlər
A- A+
Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb 

Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.

Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı.

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.

Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı.

Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:02
19 Mart

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb

16:32
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

16:08
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

DİN: Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur

12:26
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!